Qadınlarda sonsuzluğun əlaməti və müalicəsi

Qadınlarda sonsuzluğun əlaməti və müalicəsiSonsuzluq, ən az bir il ərzində mütəmadi və qorunmadan cinsi münasibətdən sonra hamiləliyin uğursuz olması olaraq bilinir. Qadınlarda görülən mayalanmanın olmaması sonsuzluğun geniş yayılmış səbəbləri arasında yer alır. Müalicəsi altda yatan səbəblərlə bağlı olaraq bir çox fərqli üsullarla edilə bilər.

Qadınlarda menstruasiyanın dəyişkənliyi sonsuzluğun xəbərçisi ola bilər. Qadınlarda sonsuzluq, yaş, fiziki problemlər, hormonal pozğunluqlar, ətraf aləm və ya yaşayış tərzi kimi faktorlardan qaynaqlana bilər.

Qadınlarda sonsuzluq nədir?

Qadın sonsuzluğu, hamilə qala bilməmək və müvəffəqiyyətli bir hamiləlik keçirə bilməmək vəziyyətidir. Ən az bir il ərzində hamiləlik baş tutmadığı zaman bu diaqnoz qoyulur. Bundan sonra müalicəsi üçün bir çox seçimlər düşünülür.

Qadınlarda sonsuzluğun əlamətləri nələrdir?

Simptomlar sonsuzluğun səbəbinə uyğun olaraq fərqlilik göstərə bilər.

Hamiləliyin geçəkləşməməsi bəzi xəstələrdə bir əlamət olaraq göstərsə də, bəzilərində menstruasiyada dəyişiklik və ya heç olmayan menstruasiya, tüklənmə, cinsi istəksizlik kimi problemlərlə özünü biruzə verir. Bunlarla yanaşı qadınlarda sonsuzluq əlamətləri bu formada sıralana bilər:

Hamilə qalmamaq: 1-2 il ərzində hamilə qalmamaq ilkin əlamət hesab edilir. Xüsusilə də 35 və daha yaşlı qadınlarda 6 ay ərzində hamiləliyin olaması zamanı sonsuzluqdan şübhələnmək mümkündür.

Cinsi münasibət zamanı ağrı: Bu, altya yatan sağlamlıq probleminin simptomu ola bilər.

Cinsi istəksizlik: Sonsuzluğun əlamətləri arasında yer ala bilir.

Menstruasiyanın ağrılı və uzun keçməsi: Belə ərəfələrdə yaranan qıcolmalar və ağrıların şiddəti insandan-insana fərqlilik göstərə bilər. Şiddətli ağrı və qanaxma vəziyyətinin çox uzun davam etməsi simptomlar arasında yer alır.

Hormon dəyişikliləri: Çənə, süd vəzi, kürək nahiyələrində tüklənmənin həddindən çox görülməsi hormonal pozuntunun səbəbləri arasında yer alır ki, bu da sonsuzluğun digər əlamətlərindən hesab olunur.

Piylənmə: Həddindən çox çəkiyə malik qadınların hamilə qalma ehtimalı, çəki problemi olmayan insanlara görə daha aşağıdır. Bu səbəblə simptomlar arasında piylənmə və çəki problemləri də yer ala bilir.
Qadınlarda sonsuzluğun əlaməti və müalicəsiBəs qadınlarda sonsuzluğun səbəbləri nələrdir?

Həm qadın həm də kişilərin yaşadığı sağlamlıq problemidir. Bu vəziyyət bir çox fərqli səbəbdən qaynaqlana bilər. Qadınlarda baş vermə səbəbləri aşağıdakılardır:
Hormonal pozğunluq, genetik faktor, stress, şiş kimi vəziyyətlər hamiləliyin qarşısını alır.

Yaş: 35 və daha yuxarı yaşdakı qadınlarda yumurta sayısında azalma görülür.

Uşaqlıq və yumurtalıq arasındakı əlaqəni təşkil edən kanalda yaşanan tıxanıqlıq vəziyyətlərində yumurta hüceyrəsi qadınlığa çatmaz və hamiləlik baş tutmaz.

Qadınlarda sonsuzluğun risk faktorları

Risk faktorları arasında bir çox fərqli səbəblər yer alır:

Siqaretdən istifadə

Spirtli içkilərin istifadəsi

Piylənmə

Həddindən çox zəiflik

Stress

Yaş

Qadınlarda sonsuzluğun müalicəsi
Qadınlarda sonsuzluğun əlaməti və müalicəsiQadınlarda sonsuzluğun müalicəsi, şəxsin yaşına və altda yatan səbəblərə bağlı olaraq edilir. Müalicə əsnasında şəxsin istifadə etdiyi hansısa zərərli vərdişin buraxması, çəkisini qoruması, stress kimi faktorlardan qaçınması müalicəyə kömək olur. Müalicə sonsuzluğa səbəb olan faktorun müəyyən edilməsi ilə birlikdə planlanır.

Qadınlarda sonsuzluq müalicəsində tətbiq olunan başlıca üsullardan bəziləri aşağıdakılardır:

Dərman müalicəsi: Dərman müalicəsində məqsəd, hormonal pozuntularının düzəldilməsi və hamilə qalmaq ehtimalını alındırmaqdır.

Cərrahi müdaxilə: Kanallarda mövcud olan tıxanıqlıq və fərqli sağlamlıq problemlərlə əlaqəli olaraq yaranan sonsuzluq zamanı həkim əməliyyat üsulunu tövsiyə edə bilər.

Süni mayalanma üsulu: Qadınlardan alınan yumurta hüceyrəsi ilə birlikdə kişi sperma hüceyrəsi laboratoriyada mayalanma (döllənmə) proseduruna göndərilir.

Bu və ya digər hansısa üsulun seçilməsi tam ətraflı müayinədən sonra ginekoloq tərəfindən təyin edilir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 29 avqust 2023

Oxşar xəbərlər

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Ən yaxşı D vitamini necə seçək?

Vitamin D vücudun kalsium miqdarının tənzimlənməsində böyük rol oynayır. Xüsusilə sümük sağlamlığı üçün olduqca faydalıdır. İnsan orqanizminin gündəlik ehtiyac duyduğu vacib vitaminlərdən biridir. Əksik qəbulu zamanı yorğunluq

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

Bəyaz sirkənin faydaları

Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali

Dil uyuşması nə üçün olur?

Dil uyuşması nedir?. Dildə meydana gələn uyuşma ilə birlikdə hissizlik vəziyyəti dil uyuşması olaraq ifadə edilə bilər. Bu vəziyyətə eyni zamanda dildə qarışqalanma adı da verilə bilər. xəbər verir ki, bəzən keçici bir vəziyyət

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Yaşa görə nəbz nə qədər olmalıdır?

Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy

Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?

Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd


masaj yuxuda tecili yardim dis agrisi sekis qarin agrisi
masaj
is elanlari