Lavanda yağının faydaları və zərərləri

Lavanda yağının faydaları və zərərləriLavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir.

Doktorinfo.az xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema, mədə narahatçılıqları kimi problemlərə yardım edir.

Lavanda bitkisindən əldə edilən və uçucu xüsusiyyəti olan yağ, dəri, saç qulluğunda, həşərat dişləmələrində, günəş yanığı kimi bir çox problemdə faydalıdır. Güclü antioksidant, antimikrobial, sakitləşdirici xüsusiyyəti ilə lavanda yağı uzun illərdir tibbi üsullarda da istifadə edilir.

Lavanda yaginin faydalari

Bakteriya və göbələklərə qarşı mübarizə aparır. Antimikrobial xüsusiyyəti ilə bakteriyaları yox etməklə yanaşı, göbələk xəstəliyinə qarşı da effektlidir. Təmizlik zamanı da bu yağdan istifadə edilir.

Ayaq sağlamlığını qoruyur.

Bu yağ ilə ayaq massajı etmək, yorğunluğu azaldır və ağrıları yüngülləşdirir. Gərginliyi ortadan qaldırır. Antiseptik xüsusiyyətləri ilə ayaqda meydana çıxan iltihablanmaların sağalmasında effektlidir.

Yuxu problemlərində faydalıdır. Şəxs yata bilmirsə, yatmazdan öncə uçucu lavanda yağı istifadə edərək daha rahat yuxuya gedə bilər.

Stresi azaldır. Psixoloji problemlər zamanı effektlidir. Həmçinin baş ağrısı, sinirlərin gərginləşməsi zamanı faydalıdır. Canlandırıcı xüsusiyyəti ilə zehni aktivliyi artırır.

Əzələ və oynaq ağrılarını yüngülləşdirir.

Lavanda yağının faydaları arasında əzələ, oynaq və bel ağrısı kimi problemlərin yüngülləşməsi yer alır. Ağrıyan nahiyələrə lavanda yağı istifadə edərək massaj etmək, ağrıları yüngülləşdirir və əzələlərin genişlənməsini təmin edir.

Həzmi asanlaşdırır. Bağırsaq və həzm sisteminin fəaliyyətini təmin edir. Hansısa mədə narahatçılığında, ağrı, qəbizlik, qusma və ya həzmsizlik kimi problemlərdə müalicə üçün istifadə edilir.

Tənəffüs yolu xəstəliklərinə qarşı qoruyur və yaxşılaşdırır. Soyuqdəymə, infeksiyalar, öskürək, astma, bronxit, üst tənəffüs yolu xəstəliklərinə qarşı yaxşılaşdırıcı xüsusiyyəti vardır.

Boyun, sinə, bel nahiyəsinə çəkilərək tıxanıqlıqların açılmasına kömək edir, yaxşılaşmağı sürətləndirir.

Menstruasiya ağrılarını azaldır.

Yaranan qıcolmalar, ağrıları azaldır. Pambıq üzərinə damladaraq qoxlana bilər.
Lavanda yağının faydaları və zərərləriLavanda yağının dəriyə faydaları

Dəri sağlamlığını qoruyur. Ekzema, yaralar, həşərat dişləmələri zamanı faydalıdır.

Quru dərini nəmləndirir və ağrıları yatışdırır.

Dəridəki quru nahiyələrə massaj edilərək çəkilməsi quruluğu azaltmağa kömək edir.

Qocalmağı gecikdirir.

Dəri ləkələrinə qarşı qoruyur. Antioksidant xüsusiyyəti ilə dəridə yaranan qırışıqlıqları aradan qaldırır.

Yaraların sürətlə yaxşılaşmasını təmin edir.

Dəridə yaranan yaraların yaxşılaşmasını təmin edir.

Günəş yanıqlarını sürətlə yaxşılaşdırır.

Günəşin şüalarından yaranan ləkələr zamanı effektlidir. İltihabları azaldır.
Lavanda yağının faydaları və zərərləriLavanda yağının saça təsiri

Saçı gücləndirir, tökülmənin qarşısını alır

Antibakterialdır

Saç dərisindəki göbələk və infeksiyaların qarşısını alır.

Qan dövranını sürətləndirir

Yeni saçların çıxarılmasına kömək olur

Saç dərisindəki göbələk və infeksiya yaranmasının qarşısını alır

Ağarmanı gecikdirir

Bitdən qoruyur

Kəpəklənmə və qaşınma problemlərinə yaxşı təsir göstərir.

Şampun və ya saç kreminə bir neçə damla əlavə edərək yağı mütəmadi olaraq istifadə edə bilərsiniz. Bu formada mütəmadi olaraq istifadə etsəniz saç kökləri qidalanar və uzanma sürətlənər.

Lavanda yağının zərərləri və əks təsirləri

İstifadədən öncə kiçik bir nahiyədə test edilməlidir. Hamiləlik və süd vermə vaxtlarda qadınların istifadəsi tövsiyə deyil. Bəzi insanlarda dəriyə allergik təsir edir. Bu səbəbdən istifadəsi zamanı diqqətli olmaq lazımdır.

Əks təsirlər zamanı aşağıdakı əlamətlər meydana çıxa bilər:

Bulanıq görmə

Gözlərdə qızarıqlıq

Mədə bulantısı

İshal

Qusma və s.

Əgər hiss etsəniz istifadə dərhal dayandırılmalıdır.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 24 oktyabr 2024

Oxşar xəbərlər

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Nəfəs darlığı hansı problemin xəbərçisidir?

Tibdə dispne olaraq bilinən nəfəs darlığı, şəxsin kifayət qədər nəfəs ala bilməməsi vəziyyətinə deyilir. Şəxsin ağciyərinin hava ilə doldura bilmədiyini hiss etdiyi zamanlarda, normalda olduğundan fərqli olaraq nəfəs alıb-verdiy

Uşaqlarda öskürək zamanı nə etməli?

Uşaqlarda öskürək ancaq qışda deyil, yaz-yay aylarında da tez-tez rast gəlinir. Əksər zaman üst tənəffüs yolları infeksiyasından qaynaqlansa da altında bir çox səbəb də yata bilər. Uşaqlar nə üçün öskürür?. Öskürək adətə

Hepatit B peyvəndi

Hepatit B peyvendi nedir?. Hepatit B peyvəndi, hepatit B virusuna qarşı yoluxma olma riskini azaldan və xəstəliyə qarşı antikor istehsal edərək qoruyuculuğu təmin edən güclü peyvənddir. xəbər verir ki, körpələrdə doğuşda

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma

Tomatlı yeməyə duz qatmaq olar?

Tomat, bir çox xanımların yemək bişirəndə əsas köməkçisidir desək yanılmarıq. Yeməyə dad vermək üçün əksər zaman tomatdan istifadə edilir. Həm rəng, həm də dad verən tomat pastası növləri bir çox reseptə daxildir. Sousla

Ət xalı qopartmaq olarmı?

Ət xalı bəzi insanlarda doğuşdan bəzi şəxslərdə isə sonradan yarana bilər. xəbər verir ki, vücudunuzun hansısa bir yerində çıxa bilir. Bəziləri zərərsiz olsa da bəziləri olduqca təhlükəlidir. Et xal qoparilsa ne olur?. Qara


masaj yuxuda sekis tecili yardim boyrek agrisi goz hekimi
masaj
is elanlari