Pəhriz zamanı nələri səhv edirik?

Pəhriz zamanı nələri səhv edirik?Arıqlamaq bir çox xanımın arzusudur. Bu baxımdan bir çox pəhriz növlərinə əməl edilir.

Bəs hansı yanlışlar düzgün formada arıqlamağın qarşısını alır?

Pəhriz zamanı nələrə diqqət edilməlidir?

Çox aşağı kalorili qidalanmayın

Çəki atmağınızın ən asan açıqlaması riyazi hesabdır. Əritdiyiniz kaloridən daha az kalori qəbul etsəniz çəki itirərsiniz. Bəziləri isə çox aşağı kalorili qidalanır ki, nəticədə çox çəki itirsin. Ancaq bu zaman immunitet sistemi zəifləyir, tükənmişlik yaranır. Bu isə uzunmüddət davam edərsə çəki getsə də yerini problemlərə verir.
Həll olaraq özünüzü ac buraxmaq yerinə, düzgün qidalanmağı seçərək çəkinizi nəzarət altında saxlaya bilərsiniz. Ən əsası isə fiziki hərəkətlərin sayını artırın. Ac qalıb gücsüzləşmək əvəzinə idmanla məşğul olun və doğru qaydada artıq çəkidən xilas olun.

Yağlı yeməklərə tamamilə qadağa qoymayın

Bir çox insan pəhriz zamanı yağsız yeməyə üstünlük verir. Yağlı yeməklərin arıqlamağın qarşısını aldığı zənn edilir. Əslində vücudun çəki verməsi üçün sağlam, keyfiyyətli yağlara ehtiyacı vardır. Bu səbəbdən yağı qida rasionundan tamamilə çıxarmaq yersizdir. Əgər istifadə edilməsə tərkibindəki A, D, E, K vitaminlərini qəbul edə bilməzsiniz.
Arıqlamaq istəyənlər sağlamlığına diqqət göstərməlidirlər. Qısa müddətdə verilən çəkilər doğru arıqlamaq növü deyil. Keyfiyyətli yağ dedikdə zeytun yağı, badam, fındıq, avokada yağı hesab edilir.
Pəhriz zamanı nələri səhv edirik?Gecə gec saatlarında yemək yeməyin

Gecə yemək yeyib dərhal yatmaq artıq çəki qazandırır. Bu həmçinin digər sağlamlıq problemlərinə yol aça bilər. Mədə problemi və ya reflüksdən əziyyət çəkə bilərsiniz. Gecə yatmazdan 2-3 saat öncə axşam yeməyinizi bitirməyə çalışın.

Daha çox idmanla məşğul olun

Daima hərəkətdə olun. Gündəlik görəcəyiniz işlərlə idman hərəkətlərinin fərqli olduğunu unutmayın. Daim idmanla məşğul olmaq, hərəkətdə olmaq vücuddakı yağların toplanmasının qarşısını alacaqdır.

Pəhrizinizdə yaşıllıqlara üstünlük verin

Yaşıl tərəvəzlər lif, vitamin, mineral qaynağıdır. Lif, özünüzü daha tox hiss etməyinizə kömək edəcək. Tərkibində olan vitamin və minerallar immunitet sistemini gücləndirərək maddələr mübadiləsinin daha sürətli çalışmasına kömək edəcəkdir.

Çox maye qəbul edin

İnsan sağlamlığı üçün suyun faydalarından xəbərdarsınız. Həmçinin artıq çəkidən azad olmaq üçün də çoxlu maye qəbul etməlisiniz. Əgər kifayət qədər maye qəbul etməsəniz böyrək funksiyasını yerinə yetirə bilməz və qaraciyərə artıq yük düşər. Çəki itirmək üçün maddələr mübadiləsi sürətlə işləməlidir. Gün ərzində 2 litr maye qəbul etməlisiniz.

Daha tez yatın

Arıqlamaq istəyirsinizsə yuxunuza diqqət göstərməlisiniz. Yuxunu kifayət qədər almadığınız zaman vücud özünüzü yorğun hiss edər. Az yatmaq yağ əridilməsini zəiflədir.

Səhərlər yumurta yeyin

Yumurta protein qaynağıdır. Vücud yumurtadakı bir proteindən 100% faydalanır. Tox tutur, enerji qazandırır. Buna görə də gün ərzində az yesəniz də özünüzü rahat hiss edəcəksiniz.

Qəhvə için
Pəhriz zamanı nələri səhv edirik?Qəhvə maddələr mübadiləsinin sürətini artıraraq daha çox yağ əridilməsinə kömək edir.
Qəhvənin təkibində kafein mövcuddur. Bu isə adrenalin hormonu səviyyəsini artırır. Adrenalin qandan yağ hüceyrələrinə ötürülür.

Yaşıl çay için

Antioksidant qaynağıdır. Sağlamlıq üçün olduqca faydalıdır. Maddələr mübadiləsini sürətləndirir. Kökəlməyin qarşısını alır. Bunun üçün gündə bir stəkan yaşıl çay içməyiniz tövsiyə edilir.
Bundan əlavə gün ərzində liflə, proteinlə zəngin qidalardan istifadə edin.

Arıqlama üçün əsas şərt şəkər və duzdan uzaq durmağınızdır. Duz orqanizmdə kristallaşma yaradır ki, bu da artıq çəki ilə nəticələnir. Şəkər isə orqanizm üçün faydalı olmadığından gərəksiz çəki qazandırır.

Meyvə və tərəvəzin şirəsini deyil özünü yeyin. Əks halda orqanizmə şəkər daha çox daxil olacaq. Vitamin isə onun qabıq hissəsindədir.
Düzgün arıqlamağın yolu düzgün qidadan keçir.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 14 yanvar 2024

Oxşar xəbərlər

Qozun faydaları və zərərləri

Qoz, hər zaman "beyin yeməyi" olaraq qəbul edilir. Bəlkə quruluşunun da beyinə bənzəmə səbəbi budur. Yağ, protein və lif qaynağıdır. Ürək və sümük sağlamlığını qoruyur və uyğun çəkidə qalmağa kömək edir. Bir ovu

Kivinin faydaları və zərərləri

Qış aylarında çox istifadə edilən meyvələrdən biri olan kivi, C və K vitamini cəhətdən olduqca zəngindir. Kivinin faydalarından bəhs edərkən sağlamlıq cəhətdən olduqca yararlı meyvə olması diqqətə çatdırılmalıdır. Tərkibind

Şabalıdın faydaları və zərərləri

Şabalıd, qış aylarında və soyuq havalarda sevilən və ağıla gələn ilk qidalardan biridir. Bir çox fərqli formalarda yeməklərdə istifadə edilən qida, çiy, qızarmış, qovrulmuş şəkildə də yeyilir. Kalori baxımından aşağı dəyərdədir

Çia toxumunun faydaları və zərərləri

Çia toxumu, Amerika bitkisidir. Kiçik, qara və ya ağ rəngli toxumlar formasındadır. Tərkibində yüksək miqdarda lif ilə Omega 3 mövcuddur. Yüksək lif miqdarı ilə həzmi asanlaşdırır və toxumlar şişərək uzunmüddətli toxluq hiss

Mixəyin faydaları və zərərləri

Kiçik və odunabənzər quruluşu olan mixəyin insan sağlamlığı üçün bir çox faydaları var. xəbər verir ki, həzm sistemini tənzimləyən mixək, eyni zamanda ağız gigiyenasında da istifadə edilir. Kəskin dadı olan mixək, xoş qoxus

Kaktus meyvəsinin faydaları

Kaktus meyvəsi, yüksək antioksidant, vitamin və mineral tərkibi ilə önə çıxar. xəbər verir ki, C vitamini, immun sistemini gücləndirərkən, beta karoten göz sağlamlığını qoruyur. Lif tərkibi sayəsində həzmi tənzimləyər v

Qaya duzunun faydaları

Qaya duzu nədir?. xəbər verir ki, qaya duzu, yer altındakı duz yataqlarından çıxarılaraq əldə edilən və yenilə bilən duz formasında tapılan təbii sodium klorür formasıdır. İlk olaraq Hindistanın tibb sistemi olaraq ortay

İvan çayın faydaları

Tibdə yayğın olaraq istifadə edilən bitki növüdür. Daha çox Rusiya və Avropada populyar olaraq istifadə edilir. İvan çayı fermentə edilmiş dar yarpaklı yangel yarpaqlarından əldə edilir. xəbər verir ki, bu bitki ferment

Kətan toxumunun faydaları və zərərləri

Kətan toxumu, faydaları səbəbiylə qidalanmada əsas yer tutur. Kətan toxumu dedikdə ilk ağıla omega 3 qaynağı gəlir. Görüntüsü ilə küncütə bənzəyir. Həzmi rahat olan qidanın faydaları çoxdur. Kətan toxumu, yağ, lif və antioksidan


masaj yuxuda hamilelik testi qarin agrisi tecili yardim tecili tibbi yardim
masaj
is elanlari