Komitə sədri: "Azərbaycanda vaksinasiya prosesini aktivləşdirməyə ehtiyac var"
"Dünyanın bir sıra ölkələri, o cümlədən Türkiyədə koronavirusun yeni ştamının aşkar olunması ilə əlaqədar Azərbaycanda vaksinasiya prosesini aktivləşdirməyə ehtiyac var. Vətəndaşlar tərəfindən müraciətlər olmalıdır".
Milli.Az xəbər verir ki, bu fikirləri "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, ilk növbədə insanlar özlərini qorumalı, qabaqlayıcı addımlar atmalıdırlar:
"Hələlik maska və ya digər məhdudlaşdırıcı rejimə ehtiyac duyulmasa da, istənilən halda biz bu tədbirləri görməliyik".
Komitə sədri xatırladıb ki, havaların soyuması ilə əlaqədar bir sıra viruslar, o cümlədən koronavirusun aktivləşməsi müşahidə olunur:
"Dünyanın bəzi ölkələrində yoluxma sayında artan tendensiya müşahidə edilir. Bu səbəbdən Türkiyə də daxil olmaqla, yeni ştamın yayıldığı ölkələr məhdudlaşdırıcı tədbirlər kimi sərhədləri bağlaya, həmçinin ölkədaxili karantin qaydalarında sərtləşdirmələr apara bilər".
M.Quliyev vurğulayıb ki, Azərbaycanda hələlik yoluxmanın artım tempi müşahidə olunmasa da, Nazirlər Kabineti yanında Operativ Qərargah başda olmaqla, bütün aidiyyəti qurumlar və tibb müəssisələri hazırlıq tədbirləri görür.
Qeyd edək ki, Azərbaycanda son 1 həftə ərzində (4-10 sentyabr) koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı aşkarlanıb. COVID-19-a yoluxan 123 nəfər sağalıb. Hazırda ölkədə 132 aktiv xəstə var.
Milli.Az
DOKTORINFO.AZ İndiqo, Kristal uşaq kimdir?
İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar
Dil yarasının səbəbləri və müalicəsi
Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran
Bəyaz sirkənin faydaları
Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka
Çarəsizliklə mübarizə yolları
Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə
A vitamini faydaları
A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur
Smeqma nədir?
Smeqma, şəxsin cinsi orqanının ətrafında toplanan bəyaz, sarı ya da yağlı görüntüyə sahib olan və genital gigiyena əksikliyi nəticəsində ortaya çıxan bir ifrazatdır. xəbər verir ki, həm kişilərdə həm də qadınlarda mövcu
Vaginal infeksiyaların əlamətləri və müalicəsi
Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak
Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?
Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd