Kahı nə üçün çox yeyilməlidir?

Kahı nə üçün çox yeyilməlidir?Salatlara dad verən kahı, bol sulu tərkibi ilə həm kalorisi aşağı, həm də qidalandırıcı tərəvəzdir. Növləri ilə salatlarda bol formada istifadə edilir.
Kahı qida dəyəri cəhətdən olduqca zəngindir. 100 qram çiy kahıda bunlar mövcuddur:

Karbonhidrat: 2 qr

Protein: 1 qr

Su: 93 q

Lif: 1,5 q

Kalsium: 36 mq

Fosfor: 28 mq

Dəmir: 1 mq

Antioksidant xüsusiyyətlərə sahib betakaroten qaynağı olan kahının tərkibində bol miqdarda A vitamini mövcuddur. Həmçinin fol turşusu, K, C vitamini qaynağıdır. Kalsium, dəmir, maqnezium, fosfor, potassium, sodium, sink kimi minerallar mövcuddur. Bununla yanaşı K, C, B1, B2, B3, B6, E vitamini də vardır.

Kahı nə üçün çox yeyilməlidir?Faydaları nələrdir?

Pəhriz zamanı ideal qidadır. Lif tərkibi və kalorisinin aşağı olması ilə kahıdan çox istifadə edilir. Həmçinin toxluq hissi verir və yeməyə maneə olur. Tərkibində çox az miqdarda yağ mövcuddur.

İltihabın qarşısını almağa kömək edir – Vücudda iltihabı nəzarətdə saxlamağa kömək edir. Antioksidant tərkiblidir. Ağrıkəsici xüsusiyyətləri vardır.

Beyni gənc saxlayır – Yaddaşın inkişafına dəstək olur. Altsheymer, parkinson kimi beyin xəstəliklərində hüceyrələrin ölümünün qarşısını almağa kömək edir.

Xolesterini tənzimləyir – Yüksək səviyyədəki mənfi xolesterin xəstəliklərin inkişafı üçün zəmin yaradır. C vitamini və beta karoten tərkibi ilə qan dövranını tənzimləyir. Bunun sayəsində mənfi xolesterini aşağı salır və ürək problemləri riskini azaldır.

Xərçəngə qarşı qoruyur – mədə, ağız, özofagus kimi xərçənglərə qarşı qoruma təmin edilir.

Diabet dostudur – Yaşıl yarpaqlı tərəvəzlərin tip 2 diabet riskini azaltdığı bilinir. Həmçinin qan şəkəri miqdarını aşağı salır, diabet müalicəsində dəstəkçidir.

Toksinlərdən təmizləyir – Tərkibindəki minerallar, vücuddan toksinlərin atılmasına kömək olur. Bu vəziyyət vücudda asit miqdarını tənzimləyir. Toksinlərdən təmizlənən vücud daha sağlam qala bilər. Həmçinin antioksidantla zəngindir. Bununla da toxumalara və hüceyrələrə zərər verə bilən sərbəst radikallara qarşı vücudu qoruyur.

Yuxusuzluqla mübarizə aparır - Təribindəki lactucarium rahatlaşdıraraq yuxu gətirir.
Kahı nə üçün çox yeyilməlidir?Maddələr mübadiləsini yaxşılaşdırır – Dəmir, potassium, maqnezium qəbulu ilə vücudun metabolik funksiyalarını tənzimlənməsinə yardım edir. Tərkibində B qrupu vitaminlər vardır.

Göz sağlamlığını qoruyur – Görməyi yaxşılaşdırır. Katarakta, sarı nöqtə xəstəliyinin qarşısını almaqda effektlidir. Yaşıl yarpaqlı tərəvəzlərdə mövcud olan lutein də görmə sağlamlığını yaxşılaşdırır.

Sümükləri də qidalandırır – A, K, C vitaminləri kollagen yaranmasında effektlidir. K vitamini əksikliyi osteopeni və sümük qırıqları riskini artırır. Sümüklərin gücünü artdırmaq üçün bu vitaminləri qəbul etmək vacibdir.

Əzələləri gücləndirir – Potassium, əzələlər üçün vacibdir. Potassium cəhətdən zəngin olan kahı, əzələləri gücləndirir.

Ultrabənövşəyi şüalara qarşı dərinin qoruyur. Bu da dərinin qocalmağını gecikdirir. K vitamini saçları da gücləndirir. Əksər hissəsi su olan kahını istifadə etmək dərinizin nəmli qalmasına dəstək ola bilər.

Qeyd edək ki, çox yeyilməsi tövsiyə edilmir. Həddindən çox yeyildikdə nəfəs darlığı, allergik reaksiyalar yarada bilər.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 12 oktyabr 2023

Oxşar xəbərlər

Kompüter arxasında çalışanlar nece qidalanmalıdırlar?

Hazırda kompüterlə iş yetəri qədərdir. Ancaq kompüterin insan sağlamlığına eləcə də gözlərə və beyinə zərəri olduqca çoxdur. xəbər verir ki, kompüterlə işləmək beyin fəaliyyətini artıran işlərdən hesab edilir. Az məluma

Şalfeyin faydaları

Adaçayı nədir?. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, adaçayı, digər adı ilə sürvə dünya mətbəxlərində çox istifadə edilən aromaya sahib bitki növüdür. Bəzi insanlar rus dilindən götürülm

Kaktus meyvəsinin faydaları

Kaktus meyvəsi, yüksək antioksidant, vitamin və mineral tərkibi ilə önə çıxar. xəbər verir ki, C vitamini, immun sistemini gücləndirərkən, beta karoten göz sağlamlığını qoruyur. Lif tərkibi sayəsində həzmi tənzimləyər v

Bəhməzin faydaları

Bəhməzin insan vücuduna bir çox faydası mövcuddur. xəbər verir ki, qatqı maddəsi olmayan bəhməzlər istifadə edildiyi zaman boğazda yanma yarada bilər. Mütəmadi istifadə edildiyi zaman piylənmə, qadın xəstəlikləri, qansızlıq

Nanənin faydaları

Nanənin faydaları, sağlam həyata təbii üsullarla çatmağınıza kömək ola biləcək qədər çoxdur. Tənəffüsdən mədə problemlərinə qədər bir çox mövzuda sağlamlığınıza dəstək olan nanə, təzə ya da quru olaraq istifadə edilə bilər

Qəhvə içmək faydalıdır ya zərərli?

Qəhvənin tərkibində yüksək kafein mövcuddur. Bu səbəbdən gündəlik həddindən çox istifadəsi sağlamlıq problemlərinə yol aça bilər. Yuxu problemindən tutmuş vücudda su itkisinə qədər bir çox narahatçılıqlar yaşana bilər. xəbə

Cəfərinin faydaları nələrdir?

Cəfəri, həm mətbəxdə ləzzət qatıcı bir ədviyyat olaraq istifadə edilən həm də sağlamlıq cəhətdən bir çox faydası olan bitkidir. xəbər verir ki, A, C, K və E vitaminləri, potassium, kalsium, demir və maqnezium kimi mineralla

Narın faydaları və zərərləri

Nar, ləzzəti və görüntüsü ilə bir çox qida və salatlarda istifadə edilir. Sağlamlıq cəhətdən isə olduqca faydalıdır. Güclü antioksidantdır və bir çox xəstəliyə qarşı qoruyucu xüsusiyyəti mövcuddur. xəbər verir ki, tərkibind

Badamın faydaları

Tərkibi bir çox vitaminlərlə zəngin olan badamın faydaları tükənməzdir. xəbər verir ki, ləzzəti ilə bir çox insan tərəfindən bəyənilərək yeyilir və həmçinin hazırlanan şirniyyatlarda istifadə edilir.Gündə 25 ədəd çiy olara


masaj yuxuda hamilelik testi bogaz agrisi babasil mualicesi qarin agrisi
masaj
is elanlari