Günə yorğun və stressli başlamağımıza səbəb nədir?

Günə yorğun və stressli başlamağımıza səbəb nədir?Günümüzdə insanlar stress və yuxusuzluqdan əziyyət çəkir. İnformasiya çoxluğu, mobil telefon və planşetlərdən uzun müddət istifadə, müxtəlif kompüter oyunlarına aludəçilik, ətraf mühit faktorları, xroniki xəstəliklərin artması, qeyri- sağlam vərdişlər, sosial və maddi məsələlər ilə bağlı narahatlıqlar stress və yuxusuzluğu yaradan əsas amillərdir.
Bu sözləri Axar.az-a Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi, nevropatoloq Könül İsmayılova deyib.
K.İsmayılova bildirib ki, stress çox zaman yuxunun keyfiyyət və müddətinə təsir göstərir:
"Stress və yuxunun olmaması həm fiziki, həm də ruhi sağlamlığa ciddi təsir göstərir. Mütəxəssislər insanların yaşlarından və digər amillərdən asılı olaraq, gecə 7-9 saat yatmağı tövsiyə edir. CDC-nin bir hesabatına görə, gecə 7 saatdan az yatan zaman insanlarda piylənmə, ürək-damar xəstəlikləri, insult, depressiya və diabet kimi xəstəliklərə tutulma riski artır. Stress və yuxu pozğunluğunun yaranma səbəbləri çoxdur. İlk növbədə bu avtonom sinir sisteminin (ANS) adrenalin və kortizol kimi hormonları buraxmasına səbəb olur. Bu hormonlar qanı həyati orqanlara və əzələlərə daha effektiv şəkildə dövr etmək üçün ürək döyüntüsünü artırır, lazım olduqda bədəni dərhal hərəkətə keçməyə hazırlayır. Bu reaksiya döyüş və ya qaçış reaksiyası kimi tanınır və təkamülün əvvəlki mərhələlərində insanın sağ qalması üçün böyük əhəmiyyət kəsb edib".
Mütəxəssis nevroloji gərginliklərdən uzaq olmaq üçün düzgün yuxu rejimi və sağlam həyat tərzinin önəmli olduğunu vurğulayıb:
"Balanslı yuxu, zərərli vərdişlərdən uzaq durmaq, sağlam qidalanma, fiziki aktivliyə önəm vermək, sosial şəbəkələr və kompüter oyunlarına az vaxt sərf etmək, sevdiyi peşə üzrə iş fəaliyyəti ilə məşğul olmaq və hobbilərinə vaxt ayırmaq stress və nevrotik hallara müsbət təsir göstərir".
Nevropotoloq onu da qeyd edib ki, yediyimiz qidalar dolayı yolla , psixoloji gərginlik yarada bilər. Yaz fəslinin gəlişi və günəşli günlərin daha çox olması insanlara stress yox, yüksək ovqat bəxş edir. Bu mövsümdə isə daha çox allergik xəstəliklərin simptomları artır.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 12 iyun 2023

Oxşar xəbərlər

Daha şəfalı ancaq bahalı qida... "Pekan qozu"nun adi qozdan fərqi nədir?

Təbiətin möcüzələrini saymaqla bitməz. Onlardan biri şəfalı xüsusiyyətlərə sahib olan ağacda yetişən pekan(Yapon) qozudur. Dünyada "Pekan" olaraq bilinən bu bitki növünün veteni Amerikadır. Sərt qabıqlı meyvə ola

Qatığın faydaları və zərərləri

Qatıq, vitamin və minerallarla zəngin tərkibi və ləzzəti ilə sevilən qidadır. Protein tərkibli yüksək qidadır. Əlavə qidaya başlayan körpələrə də verilir. Zəngin kalsium tərkibi olan qatığın içərisində potassium, kalsium

Qozun faydaları və zərərləri

Qoz, hər zaman "beyin yeməyi" olaraq qəbul edilir. Bəlkə quruluşunun da beyinə bənzəmə səbəbi budur. Yağ, protein və lif qaynağıdır. Ürək və sümük sağlamlığını qoruyur və uyğun çəkidə qalmağa kömək edir. Bir ovu

Çia toxumunun faydaları və zərərləri

Çia toxumu, Amerika bitkisidir. Kiçik, qara və ya ağ rəngli toxumlar formasındadır. Tərkibində yüksək miqdarda lif ilə Omega 3 mövcuddur. Yüksək lif miqdarı ilə həzmi asanlaşdırır və toxumlar şişərək uzunmüddətli toxluq hiss

Portağal və qabığının faydaları

Portağal, soyuq aylarda xəstəliklərə qarşı qoruyucu bir çox xüsusiyyəti, yayda sərinləşdirici özəlliyi ilə faydalı meyvələr arasında yer alır. Portağal və qabığının faydalarından xəbərdar olmaq istəyirsinizsə məqaləni sonadə

Tut qurusunun faydaları və zərərləri

Həm çiy halda, həm də qurudulmuş olaraq istifadə edilə bilən tut, qan dövranını sürətləndirir, immunitet sistemini gücləndirməyə, ürək xəstəlikləri və iltihabın qarşısını almağa kömək olur. Əksər zaman qurudulub atışdırmalı

Nar çiçəyinin faydaları

Nar çiçəyi nədir?. Nar çiçəyi, Çin tibbində əhəmiyyətli yeri olan, faydaları ilə diqqət çəkən bitki növüdür. xəbər verir ki, nar meyvəsi yaranarkən öncə çiəkləri açar. Nar çiçəkləri gözəl görüntüyə sahib olduqları kimi qid

Nanə çayının faydaları və zərərləri

Yeməklərə dad verən gözəl qoxusu ilə sakitləşdirici təsiri olan nanə, ədviyyat olaraq da istifadə edilir. Rahatlaşdırıcı təsiri mövcuddur. Bir çox sahədə istifadə edilən nanə, alternativ tibdə, parfümeriyada da üstünlük verilə

Cəfərinin faydaları nələrdir?

Cəfəri, həm mətbəxdə ləzzət qatıcı bir ədviyyat olaraq istifadə edilən həm də sağlamlıq cəhətdən bir çox faydası olan bitkidir. xəbər verir ki, A, C, K və E vitaminləri, potassium, kalsium, demir və maqnezium kimi mineralla


masaj yuxuda bogaz agrisi tecili tibbi yardim boyrek agrisi dis agrisi
masaj
is elanlari