Azı da çoxu da zərərlidir – Duzdan necə istifadə etməli?

Azı da çoxu da zərərlidir – Duzdan necə istifadə etməli?Duz, kimyəvi olaraq sodium və xlor elementlərinin bir araya gələrək yaratdığı birləşmədir. Bu mənada, duz vücudun başlıca sodium qaynağıdır. Vücudda mövcud olan bütün hüceyrələr, hüceyrə xarici ortam ilə daxili ortam arasında müəyyən bir tarazlıq quraraq heyatini davam etdirir. Hüceyrə içi və xarici ortamlar arasındakı kimyəvi və fizioloji tarazlıq bu ortamlarda həll edilmiş halda mövcud olan iyonlar sayəsində təmin edilir.

Doktorinfo.az məlumat verir ki, sodium, iyonun böyrək funksiyaları, qan təzyiqi və vücud mayelərinin istehsalı kimi bir çox vacib funksiyalarının gerçəkləşməsində kritik diqqətə sahib olduğu söylənə bilər. Həmçinin sinir hüceyrələrinin hissiyyatı qəbul edib, bunları digər hüceyrələrə çatdırılması və əzələ hüceyrələrini hərəkətə keçirməsi kimi həyati funksiyaların problemsiz yerinə gətirilməsi üçün də sodium iyonuna ehtiyac duyulur.

Gündəlik duz ehtiyacı nə qədərdir?

Qida istehsalında tez-tez istifadə edilən duz, yeməklərdə də ən çox istifadə edilən mehsullardan biridir. Gündəlik duz ehtiyacının doğru müəyyənləşməsi olduqca vacibdir.
Aparılan araşdırmalara görə, bir insanın gündəlik duz ehtiyacı 6 qramdır. Həddindən çox alınan duz və içərisindəki digər birləşmələr, böyrəklər vasitəsilə vücuddan uzaqlaşdırılır. Ancaq çox alınan duzun hamısının böyrəklərdən atıla bilmədiyi vəziyyətlərdə bir sıra sağlamlıq problemləri ortaya çıxa bilər.
Azı da çoxu da zərərlidir – Duzdan necə istifadə etməli?Duzdan çox istifadən nəticəsində ortaya çıxa bilən sağlamlıq problemləri bu formadadır:

Yüksək təzyiq

Ödəmin yaranması

Böyrək çatışmazlığına yol aça bilən böyrək xəstəlikləri

İnfarkt olmaq üzrə müxtəlif ürək-damar xəstəlikləri

Sinir sistemində epileptik krizlər

Duzdan az istifadənin zərərləri nələrdir?

Duzdan çox istifadənin zərərləri olduğu kimi az istifade zamanı da bir sıra problemlər meydana çıxa bilər. Qandakı sodium səviyyəsinin düşməsi vəziyyətində, qadakı sodium miqdarının tarazlanması üçün qan mayesi toxumalara keçiş edər. Bunun nəticəsində də hüceyrələr şişər və toxumalarda ödəm yarana bilər. Xüsusilə sinir sisteminin ciddi mənada təsirlənməsinə bağlı olaraq inkişaf edən beyin ödəmi, sodium azlığında çox görülən vəziyyətdir. Vücuddakı sodium səviyyəsinin düşük olması eyni zamanda sinir və əzələ hüceyrələrinin funksiyalarını pozaraq baş ağrısı, bulantı, qusma, əzələ gücsüzlüyü və sancı kimi əlamətlərə səbəb ola bilər. Araşdırmalar, gündəlik sodium istifadəsinin 2,5 qramının altına düşməsi vəziyyətində ürək xəstəliyinin görülmə tezliyinin artdığını və erkən ölüm miqdarının yüksəldiyini göstərmişdir. Bu səbəbdən gündəlik sodium və duz qəbulu həddində istifadə edilməlidir.

Problemlərin yaranmaması üçün nələrə diqqət göstərmək lazımdır?
Azı da çoxu da zərərlidir – Duzdan necə istifadə etməli?Düzgün qidalanmalı

Gündəlik olaraq meyvə və tərəvəz miqdarının artırılması, vücuddakı vitamin, mineral və maye tarazlığının təmin olunmasına kömək olur.

Gündəlik alınan kalori miqdarı, şəxsin ehtiyaclarına görə tənzimlənməlidir.

Mütəmadi idmanla mesgul olmaq, vücudun mineral və maye tarazlığının qorunmasına dəstək olur.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 08 noyabr 2023

Oxşar xəbərlər

İtburnunun faydaları və zərərləri

İtburnu xalq arasında xüsusilə bitki çayı kimi sevilərək içilir. Qrip və buna bənzər qış xəstəliklərinə qarşı qalxan rolunu oynayır. Bu bitki həmçinin tənəffüs yolu xəstəliklərinə qarşı olduqca faydalıdır. Payız-qış aylarınd

Ən yaxşı vitamin kompleksi hansıdır? - Bunları bilmək vacibdir

Düzgün qidalanmağa diqqət yetirən birisinizsə, vacib vitamin və minerallar tərkibli qidaları yemək haqqında müəyyən qədər fikriniz ola bilər. Vitaminlər və minerallar sağlamlıq üçün gərəklidir və düzgün qidalanmaq vücudunuzu

Şalfeyin faydaları

Adaçayı nədir?. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, adaçayı, digər adı ilə sürvə dünya mətbəxlərində çox istifadə edilən aromaya sahib bitki növüdür. Bəzi insanlar rus dilindən götürülm

Nanənin faydaları

Nanənin faydaları, sağlam həyata təbii üsullarla çatmağınıza kömək ola biləcək qədər çoxdur. Tənəffüsdən mədə problemlərinə qədər bir çox mövzuda sağlamlığınıza dəstək olan nanə, təzə ya da quru olaraq istifadə edilə bilər

Orqanizmi xərçəngdən qoruyan qidalar

Düzgün qidalanma xərçəng hüceyrələrinin böyüməsini dayandıra bilər. . xəbər verir ki, hər təbii qidaların faydaları olduqca çoxdur. Sadəcə bəzi qidalar var ki, onlar insan orqanizmini xərçəng xəstəliyindən müdafiə edir. Xərçəngdə

Qaya duzunun faydaları

Qaya duzu nədir?. xəbər verir ki, qaya duzu, yer altındakı duz yataqlarından çıxarılaraq əldə edilən və yenilə bilən duz formasında tapılan təbii sodium klorür formasıdır. İlk olaraq Hindistanın tibb sistemi olaraq ortay

Qırmızı soğanın faydaları

Qırmızı soğan digər soğan növü kimi olduqca faydalıdır. Ancaq digər növlə müqayisədə daha şirindir, acılığı azlıq təşkil edir. Bu tərəvəzin bənövşəyi rəngi vardır. Bu səbəbdən adətən yeməklərdə az istifadə edilir. Buna səbə

Qəhvə içmək faydalıdır ya zərərli?

Qəhvənin tərkibində yüksək kafein mövcuddur. Bu səbəbdən gündəlik həddindən çox istifadəsi sağlamlıq problemlərinə yol aça bilər. Yuxu problemindən tutmuş vücudda su itkisinə qədər bir çox narahatçılıqlar yaşana bilər. xəbə

Feyxoanın faydaları

Feyxoa insan sağlamlığı üçün olduqca faydalı meyvələrdən biridir. Qida dəyəri olduqca zəngindir. xəbər verir ki, tərkibində müxtəlif vitamin və minerallar mövcuddur. Feyxoa meyvəsinin qida dəyərləri:. Feyxoa, aşağı kaloril


masaj yuxuda tecili yardim dis agrisi sekis qarin agrisi
masaj
is elanlari