Uşağın immunitetini necə gücləndirmək olar?

Uşağın immunitetini necə gücləndirmək olar?Uşağın sağlam həyatı üçün xəstəliklərə qarşı immunitet sisteminin güclü olması vacibdir.
İlk olaraq immunitet sisteminə təsir edən qida maddələrinin əksikliyində nələr baş verdiyini bilməliyik.

A vitamini – Antioksidantların və lenfositlərin qorunmasını təmin edir. Yağ asitlərini qoruyur.

Əksikliyində isə dəri quruyur, saçlar zəifləyir, tökülür. Tez-tez infeksiyaya yoluxmaq halları artır.

B vitamini – Antikor istehsalını artırır. Əksikliyində vücud enerjisi azalır, yorğunluq gətirir. Sinir sistemi pozğunluğu meydana gəlir.

C vitamin qrupu – Antibakterial, antiallergik, antioksidant xüsusiyyətlərə malikdir. Orqanizmdə mikrobları öldürən hüceyrələri inkişaf etdirir.

Əksikliyi zamanı təkrarlayan infeksiyalar görülür, allergik problemlər yaranır. Diş ətində qanaxmalar meydana gəlir. Yaranan yaralar gec sağalır.

E vitamini – Antioksidant yardır. Timus vəzini inkişaf etdirir. Dərini qoruyur. Əksikliyi zamanı dəri quruyur, dəri adi zərbələr nəticəsində göyərir, yaralar gec sağalır.
Uşağın immunitetini necə gücləndirmək olar?Kalsium – Sümüklər üzərində effektlidir. Mikrobları öldürən hüceyrələri inkişaf etdirir. Əksikliyi zamanı qəbizlik, halsızlıq, allergiya, sümük ağrıları yaranır.

Dəmir – Antikor, leykosit istehsal edir. Əksikliyində halsızlıq, iştahsızlıq, zehni funksiya pozğunluğu, qansızlıq yaranır.

Selenium – E vitamini ilə birlikdə çalışır. Xərçəng xəstəliyi üzərində qoruyucudur. Əksikliyində xərçəng xəstəliyinin yayılmasını asanlaşdırır. Tez-tez infeksiya görülə bilər.

Uşaqların immunitet sistemi necə güclənir?

İlk olaraq ana südü vacibdir. İmkan varsa 2 yaşına qədər ana südünü verməyiniz tövsiyə edilir.
Qırmızı ət, toyuq, qatıq kimi qidalar sink cəhətdən çox zəngindir. Həmçinin qatıq bağırsaq florasını tənzimləyir. Bağırsaq sisteminə ən çox təsir edən faktorlardan biri bağırsaqların normal fəaliyyət göstərməməsidir.

C və A vitamini antibakterial, antiviral xüsusiyyətləri daşıyır və bu sayədə immunitet sistemini gücləndirir. Bu səbəbdən uşağınıza qırmızı rəngli, narıncı meyvələri bol-bol yedizdirməyə çalışın. Ancaq verməzdən öncə allergiyanın olub-olmamasını dəqiqləşdirin.

Avokado – C, A, E vitaminləri cəhətdən zəngindir. Tərkibindəki yağlar digər meyvələrdə yoxdur. Bu səbəbdən uşağın immuniteti üçün dilim olaraq kəsib yedizdirə bilərsiniz.

Soğan və sarımsaq immunitet sistemi üzərində çox təsirlidir. Bu səbəbdən uşağa 1 yaşından sonra verə bilərsiniz.

Uşağın immunitetini necə gücləndirmək olar?Kök, manqo kimi tünd rəngli meyvələr də beta karoten cəhətdən zəngin olduğu üçün sistemli formada verməyiniz tövsiyə edilir.

Uşaq yemək yeyərkən ona su və ya ayran verin. Meyvə suları və şəkərli içkilər həm iştahı bağlayır həm də qidaların dəyərini öldürür. Əgər meyvə suları vermək istəyirsinizsə evdə sıxılmış təzə şirələri seçin.

Bundan başqa övladınıza süd verin. Ancaq bunu yemək arası deyil. Yemək bitdikdən sonra verə bilərsiniz. Əks halda süd həm uşağa doyumluluq hissi verir, həm də yeməklə birlikdə qəbul edildiyi zaman proteinləri öldürür və immunitet sisteminə təsir etməsinin qarşısını alır.

B vitaminini təmin etmək üçün uşağa bol-bol təbii yumurta, badam kimi ləpələr verməlisiniz.

Həmçinin enerji yaratması, viruslarla mübarizəsi üçün bal, bəhməzlərdən istifadə edin.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 18 avqust 2023

Oxşar xəbərlər

İvan çayın faydaları

Tibdə yayğın olaraq istifadə edilən bitki növüdür. Daha çox Rusiya və Avropada populyar olaraq istifadə edilir. İvan çayı fermentə edilmiş dar yarpaklı yangel yarpaqlarından əldə edilir. xəbər verir ki, bu bitki ferment

D vitamini olan qidalar

D vitamini, vücudumuzun sağlam inkişafı üçün kritik əhəmiyyətə sahibdir. Günəş vitamini olaraq da bilinir. Sağlam sümüklərdən immun sisteminin inkişafına qədər bir çox orqan üçün təsirlidir. Vitamin tərkibli qidalar siyahıs

Qarazirə yağının faydaları

Qara zirə yağının faydaları saymaqla bitməz. Qara zirə (Çörəkotu) daha çox çörək və digər xəmir məhsullarını bəzəmək üçün istifadə edilən toxum olsa da Qarazire yagi sağlamlıq üçün çox faydalıdı. Çörəkotunun mətbəxlərdə istifad

Şabalıdın faydaları və zərərləri

Şabalıd, qış aylarında və soyuq havalarda sevilən və ağıla gələn ilk qidalardan biridir. Bir çox fərqli formalarda yeməklərdə istifadə edilən qida, çiy, qızarmış, qovrulmuş şəkildə də yeyilir. Kalori baxımından aşağı dəyərdədir

Daha şəfalı ancaq bahalı qida... "Pekan qozu"nun adi qozdan fərqi nədir?

Təbiətin möcüzələrini saymaqla bitməz. Onlardan biri şəfalı xüsusiyyətlərə sahib olan ağacda yetişən pekan(Yapon) qozudur. Dünyada "Pekan" olaraq bilinən bu bitki növünün veteni Amerikadır. Sərt qabıqlı meyvə ola

Mixəyin faydaları və zərərləri

Kiçik və odunabənzər quruluşu olan mixəyin insan sağlamlığı üçün bir çox faydaları var. xəbər verir ki, həzm sistemini tənzimləyən mixək, eyni zamanda ağız gigiyenasında da istifadə edilir. Kəskin dadı olan mixək, xoş qoxus

Nanənin faydaları

Nanənin faydaları, sağlam həyata təbii üsullarla çatmağınıza kömək ola biləcək qədər çoxdur. Tənəffüsdən mədə problemlərinə qədər bir çox mövzuda sağlamlığınıza dəstək olan nanə, təzə ya da quru olaraq istifadə edilə bilər

Qarağatın faydaları

Qarağat bitkisi vitaminlərlə zəngindir. İnsan sağlamlığı üçün olduqca faydalıdır. xəbər verir ki, tərkibi A, K,B5, B6, B1, B2, PP, H, C vitaminləri ilə zəngindir. Bundan əlavə tərkibində təbii turşular, pektin maddəsi, efi

Kartof qabığının faydaları

Kartof insan orqanizmi üçün faydalı tərəvəz hesab edilir. Aparılan araşdırmalara görə, kartofun özü qədər də qabıqları da faydalıdır. Bəs kartof qabığının faydaları nələrdir?. Kartof qabığının çayından istifadə edərək bi


masaj yuxuda goz hekimi hamilelik testi tecili yardim cinsi xestelikler
masaj
is elanlari