Qlutatyon nə üçün əhəmiyyətlidir?

Qlutatyon nə üçün əhəmiyyətlidir?Qlutatyon, vücuddakı hər hüceyrədə təbii olaraq mövcud olan antioksidant maddədir. Mərkəzi sinir sistemində qaraciyər və sinir hüceyrələri tərəfindən istehsal olunur. Qlisin, L-sistein və L-qlutamat kimi 3 təməl amino asittən yaranır. Qlutatyon, toksinləri dəf etməyə, sərbəst radikalları parçalamağa və immun sistemini dəstəkləməyə yardım edir.
Qlutatyon, antioksidant təsirləri də daxil olmaq üzrə vücudda müxtəlif rollara sahibdir. Vücuddakı aşağı qlutatyon səviyyələri bir çox xronik vəziyyət və xəstəliklə bağlıdır.

Qlutatyonun faydaları nələrdir?

Qocalmağın təsirlərini, spirtli içkilərdən istifadəni azaltmaq, qaraciyər xəstəliklərini müalicə etmək, ürək və nevroloji xəstəliklər daxil olmaq üzrə xroniki xəstəlikləri nəzarət altına almaq üçün qlutatyon müalicəsi tövsiyə edilə bilər. Bu, bir çox xəstəliyin müalicə tətbiqində yer alsa da xəstəliklərə qarşı təsdiq edilmiş bir təsiri yoxdur. Bunlarla yanaşı qlutatyonun faydaları arasında aşağıdakılar yer ala bilir:

Oksidatif stresi azaltma – Bir çox xəstəliyin təməlini yaratmaqda və mövcud xəstəliklərin pisləşməsinə səbəb ola bilir. Bu xəstəliklər arasında, revmatoid artrit, periferik arter, xərçəng, diabet yer alır. Bu səbəbdən qlutatyonun içərisində yer alan antioksidant xüsusiyyəti oksidatif stresi azaldır və bu növ xəstəliklərin təsirini azaltmağa fayda verir.
Qlutatyon nə üçün əhəmiyyətlidir?Qaraciyər yağlanmasında hüceyrə miqdarında zədənin azaldılması – Qlutatyon əksikliyi vəziyyətində qaraciyərdə zədələnmə arta bilər və qaraciyər hüceyrələri ölə bilir. Bu vəziyyət qaraciyər yağlanmasına yol aça bilərkən, spirtli içkilərdə daha şiddətli olmaqla birlikdə, bu növ içkilərdən istifadə etməyənlərdə də görülür. Qaraciyər yağlanması olan xəstələrdə ən təsirli qlutatyon əlavəsi üsulu serum müalicəsidir.

Qocalmaqla birlikdə vücuddakı qlutatyon səviyyəsi və sintezi azalmaqdadır. Aparılan araşdırmalara görə, sonuncu qlutatyon səviyyəsinin aşağı olması yağ yanmasının azalması və yağ depolanmasının artması ilə əlaqəlidir. Qlutatyon əlavəsi insülini artıra bilər.

Periferik Arter simptomlarının yüngülləşməsi – Mütəxəssis tövsiyəsi əsasında alınan qlutatyon əlavələri vücuddakı əksikliyi tamamlayaraq damarlardakı qan dövranını düzəldir və periferik arter xəstəliyinin yol açdığı ağrıları azalda bilər.

Parkinson xəstəliyi əlamətlərini azaldır – Bu xəstəlik mərkəzi sinir sisteminə təsir edərək hərəkətlərdə yavaşlama, titrəmə və pozuntulara yol açır. Xəstəliyin tam olaraq müalicəsi tapılmayıb. Ancaq parkinson simptomlarını yüngülləşdirmək və nəzarət altına almaq, qlutatyon əlavələri ilə mümkün ola bilər.

İmmun sistemini gücləndirmə - Otoimmun xəstəliklərlə birlikdə inkişaf edən xronik inflamasyon, oksidatif stress səviyyəsinin artmasına səbəb ola bilər. Revmatoid artrit, lupus, çölyak xəstəliyi bu vəziyyətə səbəb olan yayğın otoimmun xəstəliklər arasında yer alır. Qlutatyon, vücuddakı immun sisteminin təsirini artıraraq oksidatif stresi azaltmaqda təsirli ola bilər. Qlutatyon vücuddakı sərbəst radikalların yox edilməsini təmin edir.

Qlutatyon hansı xəstəliklərə faydalıdır?
Qlutatyon nə üçün əhəmiyyətlidir?Bir çox xəstəliyin müalicə planında yer alsa da xəstəliklər üzərində təsdiqini tapmış effekti yoxdur. Bununla yanaşı bir çox xəstəliyin müalicəsində də qlutatyon müalicəsi tövsiyə edilir.
Faydalı olduğu xəstəliklər:

Parkinson

Damar tıxanıqlığı

Yüksək xolesterin

Diabet

Ürək xəstəlikləri

Qaraciyər xəstəlikləri

Qlutatyon hansı qidalarda mövcuddur?

Amino asitlərlə birlikdə böyük miqdarda kükürd mövcuddur. Kükürd miqdarı yüksək qidaların istifadəsi, vücudda təbii qlutatyon sintezinə dəstəkdir. Kükürd cəhətdən zəngin bəzi qidalar:

Soğan

Sarımsaq
Qlutatyon nə üçün əhəmiyyətlidir?Brokoli

Toyuq və balıq kimi az yağlı protein qaynaqları.

Qlutatyon səviyyələrini artıran digər qidalarla birlikdə kətan toxumu, süd proteini, kartof, kök, avokado, ispanaq və qovun yer alır.
Qlutatyon nə üçün əhəmiyyətlidir?


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 13 oktyabr 2023

Oxşar xəbərlər

Quava meyvəsi faydaları

Orta Amerika, Hindistan başda olmaq üzrə bir çox tropikal və subtropikal bölgədə yetişən quava meyvəsi, quava ağacından əldə edilən qabıqlı bir meyvədir. Oval formalı, rəngi açıq yaşıl və ya sarıdır. xəbər verir ki, antioksidan

Qarağatın faydaları

Qarağat bitkisi vitaminlərlə zəngindir. İnsan sağlamlığı üçün olduqca faydalıdır. xəbər verir ki, tərkibi A, K,B5, B6, B1, B2, PP, H, C vitaminləri ilə zəngindir. Bundan əlavə tərkibində təbii turşular, pektin maddəsi, efi

Nanə çayının faydaları və zərərləri

Yeməklərə dad verən gözəl qoxusu ilə sakitləşdirici təsiri olan nanə, ədviyyat olaraq da istifadə edilir. Rahatlaşdırıcı təsiri mövcuddur. Bir çox sahədə istifadə edilən nanə, alternativ tibdə, parfümeriyada da üstünlük verilə

Qırmızı soğanın faydaları

Qırmızı soğan digər soğan növü kimi olduqca faydalıdır. Ancaq digər növlə müqayisədə daha şirindir, acılığı azlıq təşkil edir. Bu tərəvəzin bənövşəyi rəngi vardır. Bu səbəbdən adətən yeməklərdə az istifadə edilir. Buna səbə

Ana südünün faydaları

Saymaqla bitməyəcək qədər faydası olan ana südü, həm pul tələb etməyən, həm də hər zaman yeni və ideal istilikdə olan qidadır. xəbər verir ki, həkimlər ilk 6 ayda sadəcə ana südü ilə qidalanmağın, süd verməyin 2 yaşa qədə

Əncirin faydaları nələrdir?

Yumşaq və şirin əncir bir çox ləzzətli və ya şirin reseptlərdə təqdim olunan meyvədir. xəbər verir ki, əncir antioksidantlar, minerallar və liflə zəngindir. Araşdırmalara əsasən, əncirin həm qurudulmuş, həm də təzə formad

İtburnunun faydaları və zərərləri

İtburnu xalq arasında xüsusilə bitki çayı kimi sevilərək içilir. Qrip və buna bənzər qış xəstəliklərinə qarşı qalxan rolunu oynayır. Bu bitki həmçinin tənəffüs yolu xəstəliklərinə qarşı olduqca faydalıdır. Payız-qış aylarınd

Orqanizmi xərçəngdən qoruyan qidalar

Düzgün qidalanma xərçəng hüceyrələrinin böyüməsini dayandıra bilər. . xəbər verir ki, hər təbii qidaların faydaları olduqca çoxdur. Sadəcə bəzi qidalar var ki, onlar insan orqanizmini xərçəng xəstəliyindən müdafiə edir. Xərçəngdə

D vitamini olan qidalar

D vitamini, vücudumuzun sağlam inkişafı üçün kritik əhəmiyyətə sahibdir. Günəş vitamini olaraq da bilinir. Sağlam sümüklərdən immun sisteminin inkişafına qədər bir çox orqan üçün təsirlidir. Vitamin tərkibli qidalar siyahıs


masaj yuxuda hamilelik testi tecili yardim sekis tecili tibbi yardim
masaj
is elanlari