Meyvə və tərəvəzlər qabıqlı ya soyularaq yeyilməlidir?

Meyvə və tərəvəzlər qabıqlı ya soyularaq yeyilməlidir?Meyvə və tərəvəzlərin qabıqlı yoxsa qabıqsız yeyilməsi hər zaman müzakirə mövzusu olub. Əslində bu vəziyyət meyvə və tərəvəzin növünə görə dəyişiklik göstərə bilir.
Qabıqların qida dəyəri yüksəkdir. Tərkibi isə meyvə və tərəvəzlərin növünə görə dəyişir. Soyulmamış qidaların vitamin dəyəri soyulmuşlarla müqayisədə çoxdur. Əslində qabıqlı almada, soyulmuş almaya görə 332% daha çox K vitamini, 142% daha çox A vitamini, 115% çox C vitamini, 20% çox kalsium mövcuddur. Bu nisbət bir çox meyvə və tərəvəzlərə aiddir.

Qabıq daha uzunmüddət tox hiss etməyinizə kömək edir

Meyvə və tərəvəz qabıqları aclığı azaldır, daha uzunmüddət tox hiss etməyinizə kömək edir.

Tərkibindəki lif həmçinin bağırsaqlarınızda yaşayan dost bakteriyalar üçün faydalıdır. Bu bakteriyalar liflə qidalandıqları üçün qısa zəncirli yağ asitləri istehsal edir və bu da toxluq hissini daha da artırır. Pəhriz saxlayanlar da rahatlıqla soyulmamış meyvə və tərəvəzləri istifadə edə bilərlər.

Tərkiblərində bir çox xəstəliklərin qarşısını alan antioksidant mövcuddur. Antioksidantların əsas vəzifəsi sərbəst radikallar adı verilən qərarsız molekullarla mübarizə aparmaqdır. Sərbəst radikallar oksidatif stresə səbəb ola bilir və nəticədə hüceyrələrə zərər verə bilər. Potansial olaraq xəstəlik riskini artıra bilər. Meyvə və tərəvəzlərdə mövcud olan antioksidantlar Altsheymer kimi nevroloji xəstəliklərin riskini minimuma endirir. Aparılan araşdırmalara görə, qabıqlarda antioksidantlar daha çoxdur.

Bəzi meyvə və tərəvəz qabıqlarının istifadəsi çətin olub, hətta yeyilməyə bilər. Məsələn, avokado və şirin qovun qabıqlarının bişmiş, çiy olaraq istifadəsi çətindir.
Ananas, qovun, soğan kimi meyvə və tərəvəz qabıqlarının çeynənilib yeyilməsi çətindir. Çünki onlar sərt qabığa sahibdir. Bu qabıların adətən çıxarılması və yeyilməməsi ən yaxşı seçimdir.

Hansı qabıqları yemək güvənlidir?
Meyvə və tərəvəzlər qabıqlı ya soyularaq yeyilməlidir?Bəzi qabıqları yemək güvənli olsa da bəziləri yemək tövsiyə edilmir.

Soyulması gərəkənləri təqdim edirik:

Avokado

Qreyfurt

Limon

Portağal

Sarımsaq

Qovun

Soğan

Ananas və s.

Yeyilə bilən qabıqlar:

Alma

Ərik

Banan

Kök

Gilaslar

Kök

Kivi

Üzüm

Badımcan
Meyvə və tərəvəzlər qabıqlı ya soyularaq yeyilməlidir?Göbələk

Xiyar

Bibər

Şaftalı

Kartof


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 09 sentyabr 2023

Oxşar xəbərlər

İtburnunun faydaları və zərərləri

İtburnu xalq arasında xüsusilə bitki çayı kimi sevilərək içilir. Qrip və buna bənzər qış xəstəliklərinə qarşı qalxan rolunu oynayır. Bu bitki həmçinin tənəffüs yolu xəstəliklərinə qarşı olduqca faydalıdır. Payız-qış aylarınd

Portağal və qabığının faydaları

Portağal, soyuq aylarda xəstəliklərə qarşı qoruyucu bir çox xüsusiyyəti, yayda sərinləşdirici özəlliyi ilə faydalı meyvələr arasında yer alır. Portağal və qabığının faydalarından xəbərdar olmaq istəyirsinizsə məqaləni sonadə

Qarazirə yağının faydaları

Qara zirə yağının faydaları saymaqla bitməz. Qara zirə (Çörəkotu) daha çox çörək və digər xəmir məhsullarını bəzəmək üçün istifadə edilən toxum olsa da Qarazire yagi sağlamlıq üçün çox faydalıdı. Çörəkotunun mətbəxlərdə istifad

Xiyarın faydaları

Xiyar, insan orqanizmi üçün əhəmiyyətli tərəvəzlərdən biridir. Xiyarın tərkibində insan vücudu üçün vacib olan 95% su mövcuddur. xəbər verir ki, xiyarı davamlı yemək böyrək daşlarının yaranmasının qarşısını da alır. Xiya

Əncir qurusunun faydaları və zərərləri

Əncir qurusu, vitamin və mineral baxımından zəngin qida qaynağıdır. İnsanlar tərəfindən bol şəkildə istifadə edilir. Əncirin tez yeyilməsi uyğundur, çünki tez xarab olan meyvədir. Ancaq qurudulmuş ənciri uzunmüddətli istifad

Cəfərinin faydaları nələrdir?

Cəfəri, həm mətbəxdə ləzzət qatıcı bir ədviyyat olaraq istifadə edilən həm də sağlamlıq cəhətdən bir çox faydası olan bitkidir. xəbər verir ki, A, C, K və E vitaminləri, potassium, kalsium, demir və maqnezium kimi mineralla

Nar çiçəyinin faydaları

Nar çiçəyi nədir?. Nar çiçəyi, Çin tibbində əhəmiyyətli yeri olan, faydaları ilə diqqət çəkən bitki növüdür. xəbər verir ki, nar meyvəsi yaranarkən öncə çiəkləri açar. Nar çiçəkləri gözəl görüntüyə sahib olduqları kimi qid

E vitamininin faydaları

E vitamini, vücudun gündəlik funksiyalarının yerinə gətirə bilməsi üçün gərəkli olan tokoferol olaraq da adlandırılan təməl vitamin növlərindən biridir. xəbər verir ki, A, D, K vitaminləri kimi E vitamini də yağda həll olu

Kaktus meyvəsinin faydaları

Kaktus meyvəsi, yüksək antioksidant, vitamin və mineral tərkibi ilə önə çıxar. xəbər verir ki, C vitamini, immun sistemini gücləndirərkən, beta karoten göz sağlamlığını qoruyur. Lif tərkibi sayəsində həzmi tənzimləyər v


masaj yuxuda bogaz agrisi cinsi xestelikler boyrek agrisi tecili yardim
masaj
is elanlari