Kökəlmək üçün nə etməlisiniz?

Kökəlmək üçün nə etməlisiniz?Müasir zamanda arıqlamaq kimi düzgün şəkildə kökəlmək də problemə çevrilib. Çəki almamağın fiziki və psixoloji səbəbləri ola bilər.

Sağlam formada çəki almaq necə mümkündür?

Bəzi insanlar üçün çəki artırmaq problemdir. İstər köklük, istərsə də arıqlıq sağlam olmayan vücud formasıdır. Zəif insanlar normal ağırlıqda olanlarla müqayisədə daha yorğun, iştahsız olurlar.

Bəzi insanların çox arıq olmağının səbəbləri nələrdir?

Düzgüz qidalanmamaq və ya az qidalanmaq

Diabet xəstəliyi

Stresli həyat tərzi
Kökəlmək üçün nə etməlisiniz?Boş kalori zərərlidir

Kökəlmək üçün vücudun əritdiyindən daha çox kalori almaq lazımdır. Çoxlu kaloriləri almağın ən asan yolu yüksək enerjili qidaları istifadə etməkdir. Ancaq bu qidalar sağlamlıq üçün faydalı olmalıdır. Qazlı içkilər, hazır paket qidalar, xəmir məhsulları sağlamlığa zərərlidir və düzgün formada kökəltməz. Bunun əvəzinə gərəkli miqdarda əzələ və yağ kütləsi qazanın. Kalori artışını, vitamin, mineral, lif, antioksidantla zəngin qidaları seçərək edin.

Kökəlmək üçün nələr edə bilərsiniz?

Ara yeməklərini düzgün formada qəbul edin. 3 əsas yemək, 3 ara yemək olmalıdır.

Qoz, fındıq, badam kimi yağlı toxumlar, quru meyvələr, süd və süd məhsullarını gündəlik qida rasionunuza əlavə edin.

Mütəmadi formada idmanla məşğul olun.

Mənfi vərdişlərdən uzaq durun.

Yuxu rejiminizə diqqət edin.

Yüksək antioksidant, enerji tərkibli portağal, nar suyu kimi yeni sıxılmış meyvə sularını ara yeməklərinizdə istifadə edin.

Salatlarınızı, yeməklərinizi zeytun yağı, avokado kimi keyfiyyətli yağlarla zənginləşdirin.

Çəki artıran qidalar hansılardır?
Kökəlmək üçün nə etməlisiniz?Yumurta – Ən keyfiyyətli protein qaynağı olan yumurta, çəki alma müddətində əzələ və sümük inkişafı üçün vacibdir. İmmunitet sisteminin güclənməsində, beyin sağlamlığının qorunmasında, yaxşı xolesterinin artmasında vacib rol oynayır. Tərkibində dəmir və sink kimi çox vacib minerallar mövcuddur.

Quru meyvələr – Yüksək enerjiyə sahib meyvələr, kökəlmək istəyən insanlar üçün ara yeməklərində istifadə ediləcək ideal qidalardır. Tərkibindəki lif, həzm sistemini tənzimləyir.

Süd və qatıq – protein, karbonhidratı düzgün şəkildə qəbul etməyi təmin edir. Yüksək kalsium tərkibi ilə sümüklərinizi qoruyacaq.

Düyü – B qrupu vitaminləri cəhətdən zəngindir. İmmuniteti gücləndirir, beyin sağlamlığı üçün əhəmiyyət kəsb edir.

Bəhməz və bal – İmmuniteti gücləndirir. Enerji verir. Kalsium, dəmir, potasium, maqnezium ilə zəngindir. Soyuqdəymə və öskürəyin kəsilməsində mühüm rol oynayır.

Tünd şokolad – Tərkibi kakao sayəsində güclü antioksidant xüsusiyyətinə sahib olan şokoladlar, sağlamlığa müsbət təsir göstərir.

Ləpələr – Çəki artırmaq istəyirsinizsə bolca ləpələrdən istifadə etməlisiniz. Bir ovuc çiy badamın tərkibində 170 qram kalori, 6 qram protein, 4 qr lif mövcuddur. Gündə iki ovuc yesəniz çox sayda kalori əldə edə bilərsiniz.

Qırmızı ət – Ən yaxşı kökəldən qidalardan hesab olunur. Düzgün qidalanma zamanı ət və balıq məhsullarından daim istifadə edilməlidir.
Kökəlmək üçün nə etməlisiniz?Bəzi insanlar sağlamlığa zərərli olan qidaları seçərək tez kökəlmək istəyirlər. Ancaq bu çəki sağlamlığa zərərli olur və bir müddətdən sonra piylənmə yaradaraq daha böyük problemlərlə nəticələnə bilər. Belə qidaların siyahısını təqdim edirik:

Duru yağlar

Sosis, kolbasa

Ətlərin yağlı qismləri

Nişastası çox olan qidalar

Hazır qidalar

Tərkibi həddindən çox yağlı olan süd məhsulları
Kökəlmək üçün nə etməlisiniz?Düzgün formada çəki artırmaq üçün faydalı qidalardan daha tez-tez istifadə etmək lazımdır. Bununla yanaşı düzgün həyat tərzinin də olmasına diqqət göstərin.
Qeyd edək ki, kökəlmək üçün qəbul edilən dərmanların istifadəsi doğru deyil. Əgər dərmana ehtiyac varsa bunun üçün ancaq həkimin göstərişi olmalıdır.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 09 avqust 2023

Oxşar xəbərlər

Əncir qurusunun faydaları və zərərləri

Əncir qurusu, vitamin və mineral baxımından zəngin qida qaynağıdır. İnsanlar tərəfindən bol şəkildə istifadə edilir. Əncirin tez yeyilməsi uyğundur, çünki tez xarab olan meyvədir. Ancaq qurudulmuş ənciri uzunmüddətli istifad

Nar qabığının faydaları

Hər mövsüm meyvəsini öz zamanınızda yemək insan orqanizmi üçün olduqca faydalıdır. Nar kimi onun qabığı da faydalıdır. xəbər verir ki, adətən meyvə qabığı yeyildikdən sonra qabığı atılır. Aparılan araşdırmalara görə, meyv

İtburnunun faydaları və zərərləri

İtburnu xalq arasında xüsusilə bitki çayı kimi sevilərək içilir. Qrip və buna bənzər qış xəstəliklərinə qarşı qalxan rolunu oynayır. Bu bitki həmçinin tənəffüs yolu xəstəliklərinə qarşı olduqca faydalıdır. Payız-qış aylarınd

Kartof qabığının faydaları

Kartof insan orqanizmi üçün faydalı tərəvəz hesab edilir. Aparılan araşdırmalara görə, kartofun özü qədər də qabıqları da faydalıdır. Bəs kartof qabığının faydaları nələrdir?. Kartof qabığının çayından istifadə edərək bi

Qozun faydaları və zərərləri

Qoz, hər zaman "beyin yeməyi" olaraq qəbul edilir. Bəlkə quruluşunun da beyinə bənzəmə səbəbi budur. Yağ, protein və lif qaynağıdır. Ürək və sümük sağlamlığını qoruyur və uyğun çəkidə qalmağa kömək edir. Bir ovu

Qaya duzunun faydaları

Qaya duzu nədir?. xəbər verir ki, qaya duzu, yer altındakı duz yataqlarından çıxarılaraq əldə edilən və yenilə bilən duz formasında tapılan təbii sodium klorür formasıdır. İlk olaraq Hindistanın tibb sistemi olaraq ortay

Qaraciyərə faydalı qidalar

Qaraciyər, vücudun ən böyük orqanı olması ilə yanaşı özünü yeniləyə bilən tək orqan olması ilə həyati əhəmiyyət kəsb edir. Qarın boşluğunun sağ üstündə yer alır. xəbər verir ki, qaraciyərin funksiyasını normal yeriyə yetirməs

Orqanizmi xərçəngdən qoruyan qidalar

Düzgün qidalanma xərçəng hüceyrələrinin böyüməsini dayandıra bilər. . xəbər verir ki, hər təbii qidaların faydaları olduqca çoxdur. Sadəcə bəzi qidalar var ki, onlar insan orqanizmini xərçəng xəstəliyindən müdafiə edir. Xərçəngdə

Darçının bilmədiyiniz faydaları və zərərləri

Bir çox ədviyyatlar kimi darçının da insan sağlamlığı üçün faydaları bitib tükənməzdir. Cinnamomum adı verilən ağacların iç qabıqlarından əldə edilir. Gözəl qoxusunu və dadını verən isə yağıdır. Bu yağda sinnameldehit adlandırıla


masaj yuxuda cinsi xestelikler babasil mualicesi mede agrisi goz hekimi
masaj
is elanlari