Gərgin iş həyatında düzgün qidalanmağın yolları

Gərgin iş həyatında düzgün qidalanmağın yollarıİş həyatı hər kəs üçün eyni saatda başlayıb eyni saatda bitmədiyi kimi çətinliyi də fərqli dəyərləndirilir. Gərgin iş həyatı fiziki yorğunluqla bərabər, sağlamlığa da mənfi təsir göstərə bilir.

Bəs stresli iş həyatının sağlamlığımıza zərər verməməsi üçün nələrə diqqət göstərməliyik?

Türkiyəli diyetoloqların tövsiyələrini diqqətinizə çatdırırıq:

İlk olaraq qidalanma saatlarına diqqət edilməlidir. Boy uzunluğuna görə gərəkli olan çəkini əldə etməlisiniz. Bundan sonra isə həmin çəkini qorumaq planı düzgün şəkildə qurulmalıdır.
Diqqəti artırmaq üçün antioksidantlarla zəngin və tərkibində omega 3 yağ asitləri mövcud olan qida sxemi tərtib edilməlidir.

Gərgin iş həyatında düzgün qidalanmağın yollarıFast food kimi hazır qidalardan imtina edilməlidir. Ofisdə işləyənlər daha çox bu növ qidalara üstünlük verdiyindən sağlamlıq cəhətdən bir sıra problemlər yaşamağa başlayırlar. Bundan əlavə su əvəzinə mütəmadi çay, qəhvə içilməsi yanlış addımlar siyahısına daxildir. Həmçinin iş çoxluğundan əksər zaman yemək unudulur və ya imtina edilir. Daha sonra gecə yemək yeyildikdə bədən öz tarazlığını qoruya bilmir.

Günə səhər yeməyi ilə başlayın. Ağ duzsuz pendir ilə səhərinizi aça bilərsiniz.

Unlu məmulatların tərkibi karbohidratla zəngin olduğu üçün düzgün seçim hesab edilmir. Bu sizə daha çox yorğunluq və yuxu hissi gətirəcəkdir. Bunun əvəzinə pendir, yumurta, pomidor, zeytun kimi qidalara üstünlük verməyiniz doğru hesab edilir.

Gərgin iş həyatında düzgün qidalanmağın yollarıBundan əlavə yulaf sıyığı, manna yarması kimi səhər yeməklərini də rahatlıqla qəbul edə bilərsiniz. Bu sizi həm tox tutacaqdır, həm də sağlamlığınız üçün faydalı olacaqdır.

Əgər buna belə vaxtınız yoxdursa 1 stəkan süd və qoz və ya 1 kasa qatıq və alma sağlamlıq cəhətdən düzgün hesab edilən səhər yeməyi olacaqdır.

Çayı şəkərsiz və ya az şəkərlə içməyiniz daha münasibdir.

Bir çox insan günorta saatlarında pizza yeməyə üstünlük verir. Nəzərə çatdıraq ki, bu sizə 850-1050 kalori gətirəcəkdir. Belə qidaların tərkibi sağlamlıq cəhətdən zərərlidir və bu sizə istəmədiyiniz çəkilər qazandıracaq. Bunun əvəzinə 1 porsluq qızardılmış ət, 1 qutu ayran təxminən 400 kalori gətirəcəkdir. Həmçinin proteinlə zəngin olduğundan acmaq hissini gecikdirəcəkdir.

Yemək seçərkən tərkibinə diqqət göstərin.
Karbohidratdan çox istifadə etmək, yorğunluq, halsızlıq, yuxu gətirəcək. Plov ya da makarondan istifadə isə qan qlükozasını sürətlə yüksəldir bu isə daha tez acmağınıza səbəb olacaqdır.

Hər 15 dəqiqədən bir çiyin, qol, ayaqlarınızı hərəkət etdirin.

Gərgin iş həyatında düzgün qidalanmağın yollarıBol-bol su için. Unutmayın ki, çay, qəhvə içilən suyun əvəzini vermir. Qara çay əvəzinə yaşıl çay içə bilərsiniz.

Şəkəri həyatınızda çox az istifadə etməyiniz gərəklidir. Əgər ofisdə oturaq işiniz varsa bu daha da təhlükəlidir. Çünki şəkərdən istifadə zamanı qlükozanın qəbulu artır. Bu isə bədəndəki yağlanmağı daha da artıraraq sürətləndirir.

Gündəlik 8 stəkan şəkərsiz çaydan artığını qəbul etmək düzgün deyil. Yaşıl çay, zəncəfil kimi bitki çayları ofis ortamı üçün olduqca əlverişlidir. İmmun sistemini qoruyur, gücləndirir, yorğunluğu aradan qaldırır. Mixəkli çay da qəbul edə bilərsiniz. Bu da sizi daha gümrah edəcəkdir.
Stresi idarə edə bilmək üçün çobayastığı çayını seçsəniz yanılmazsınız. Bununla yanaşı hərəkətdə olmağınız tövsiyə edilir.

Gərgin iş həyatında düzgün qidalanmağın yollarıHəmçinin qidalarınızda duzu maksimum dərəcədə azaltmağınız tövsiyə edilir. Çünki duz vücudda toplanan yağları birləşdirərək kristal halına yəni artıq çəkiyə gətirib çıxarır. Daha sonra isə belə artıq çəkidən xilas olmaq elə də asan başa gəlmir.

Gün ərzində 10 ədəd qoz, fındıq kimi ləpə yeyə bilərsiniz. Artıq yemək kökəlmə ilə nəticələnə bilər.
Unutmayın ki, düzgün və zamanında qəbul edilən qida sağlamlığınızın keşiyində duran əsgər kimidir.
Gərgin iş həyatında düzgün qidalanmağın yolları


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 18 oktyabr 2023

Oxşar xəbərlər

Çuğundurun faydaları və zərərləri

Çoxlu şəfası mövcud olan çuğundur, həftədə ən az bir dəfə istifadə edildiyi zaman daxili orqanların qocalmasını dayandırır, hüceyrə zərərinin qarşısını alır və immuniteti gücləndirir. məlumat verir ki, mütəxəssislər, qırmız

Qarazirə yağının faydaları

Qara zirə yağının faydaları saymaqla bitməz. Qara zirə (Çörəkotu) daha çox çörək və digər xəmir məhsullarını bəzəmək üçün istifadə edilən toxum olsa da Qarazire yagi sağlamlıq üçün çox faydalıdı. Çörəkotunun mətbəxlərdə istifad

Soğan suyunun faydaları və zərərləri

Soğan mətbəxlərdən əksik olmayan, hər yeməkdə istifadə olunan tərəvəzdir. Təbii antibiotik olan soğanın suyu da insan sağlamlığı üçün əvəzsizdir. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Bəs soğan suyunun faydalar

Zəncəfilin faydaları və zərərləri

Zəncəfil, qış aylarında daha çox istifadə edilən, şəfa deposudur. Bir çox vitamin və minerallarla zəngindir. Soyuqdəymə, ishal, mədə bulantısı kimi həzm sistemi problemləri zamanı faydalıdır. İmmunitet sistemini gücləndirir

Darçının bilmədiyiniz faydaları və zərərləri

Bir çox ədviyyatlar kimi darçının da insan sağlamlığı üçün faydaları bitib tükənməzdir. Cinnamomum adı verilən ağacların iç qabıqlarından əldə edilir. Gözəl qoxusunu və dadını verən isə yağıdır. Bu yağda sinnameldehit adlandırıla

Daha şəfalı ancaq bahalı qida... "Pekan qozu"nun adi qozdan fərqi nədir?

Təbiətin möcüzələrini saymaqla bitməz. Onlardan biri şəfalı xüsusiyyətlərə sahib olan ağacda yetişən pekan(Yapon) qozudur. Dünyada "Pekan" olaraq bilinən bu bitki növünün veteni Amerikadır. Sərt qabıqlı meyvə ola

Qarağatın faydaları

Qarağat bitkisi vitaminlərlə zəngindir. İnsan sağlamlığı üçün olduqca faydalıdır. xəbər verir ki, tərkibi A, K,B5, B6, B1, B2, PP, H, C vitaminləri ilə zəngindir. Bundan əlavə tərkibində təbii turşular, pektin maddəsi, efi

Nar çiçəyinin faydaları

Nar çiçəyi nədir?. Nar çiçəyi, Çin tibbində əhəmiyyətli yeri olan, faydaları ilə diqqət çəkən bitki növüdür. xəbər verir ki, nar meyvəsi yaranarkən öncə çiəkləri açar. Nar çiçəkləri gözəl görüntüyə sahib olduqları kimi qid

Qaraciyərə faydalı qidalar

Qaraciyər, vücudun ən böyük orqanı olması ilə yanaşı özünü yeniləyə bilən tək orqan olması ilə həyati əhəmiyyət kəsb edir. Qarın boşluğunun sağ üstündə yer alır. xəbər verir ki, qaraciyərin funksiyasını normal yeriyə yetirməs


masaj yuxuda bogaz agrisi tecili tibbi yardim goz hekimi hamilelik testi
masaj
is elanlari