Çiy fındığın faydaları

Çiy fındığın faydalarıÇiy fındıq deyilən zaman ağıla qovrulmamış təbii halı ilə olan fındıq gəlir. Çiy fındıq vitamin və mineral baxımından olduqca zəngin qidadır. Tərkibində təbii, keyfiyyətli yağlar vardır.

Həm sağlamlığa faydaları çoxdur, həm də tox tutma xüsusiyyəti vardır. Qovrulmuş fındıqlara görə, iki qat daha çox antioksidant dəyəri mövcuddur. Yüksək miqdarda E, B vitamini, fol turşusu, eyni zamanda lif qaynağıdır. Maqnezium, potassium, selenium, fosfor kimi minerallar baxımından zəngindir. Bu səbəblə də bir çox xəstəliyə faydalıdır. Ürək xəstəliklərini və xüsusilə infarkt riskinin qarşısını aldığı kimi, bağırsaq xəstəliklərini və maddələr mübadiləsi funksiyalarını azaldır.
Kiçik ölçüdə olmasına baxmayaraq qida dəyəri yüksəkdir.

Çiy fındığın faydaları nələrdir?
Çiy fındığın faydalarıİmmunitet sistemini gücləndirir – Tərkibi E vitamini ilə zəngindir. Qan hüceyrələrinin parçalanmasının qarşısını alır və anemiya yaranma riskini azaldır. Qan dövranını sürətləndirərək immunitet sistemini gücləndirir. Adətən pəhriz zamanı 6-7 ədəd fındıq yemək tövsiyə edilir. Ancaq düzgün istifadə edilmədiyi zaman artıq çəki qazandırır.

B6 vitamini, elektrik siqnallarının sürətini və faydasını artıran və sinir sisteminin düzgün formada çalışmasını təmin edən vitamin növüdür. Fındıq içərisində mövcud olan dəyərli vitamindir.

Diabet xəstələrinin gündəlik pəhrizlərinə fındığın əlavə edilməsi tövsiyədir. Lifli qidadır. Həzm sisteminin daha yaxşı çalışması üçün vücudun lif qaynaqlarına ehtiyacı vardır. Alınan lif qaynaqları sayəsində mədə içərisində həzm prosesi asan şəkildə baş verir. Qəbizlik problemlərindən xilas olmağa kömək edir.
Çiy fındığın faydalarıÜrək sağlamlığı üçün faydalıdır – Mənfi xolesterinin səviyyəsini aşağı salır, vücudda yaxşı xolesterin səviyyəsinin yüksəlməsinə dəstək olur. İnfarkt riskini aşağı salır.
Fındıq güclü antioksidantdır. Vücuddakı hüceyrələri yeniləyir. Xərçəng riskini aşağı salır.

Fındıq maqnezium qaynağıdır. Ürək əzələlərinə yaxşı təsir göstərir. Ürək ritminin pozulmasının qarşısını alır. Maqnezium əzələ gərginliyini azaldır və əzələ yorğunluğunu, sancıları və ağrının qarşısını almaq üçün çalışır.

Vücuda daxil olan və çıxan kalsium miqdarının tənzimlənməsində əhəmiyyətli rolu mövcuddur.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 03 oktyabr 2023

Oxşar xəbərlər

Kartof qabığının faydaları

Kartof insan orqanizmi üçün faydalı tərəvəz hesab edilir. Aparılan araşdırmalara görə, kartofun özü qədər də qabıqları da faydalıdır. Bəs kartof qabığının faydaları nələrdir?. Kartof qabığının çayından istifadə edərək bi

Qırmızı soğanın faydaları

Qırmızı soğan digər soğan növü kimi olduqca faydalıdır. Ancaq digər növlə müqayisədə daha şirindir, acılığı azlıq təşkil edir. Bu tərəvəzin bənövşəyi rəngi vardır. Bu səbəbdən adətən yeməklərdə az istifadə edilir. Buna səbə

Kivinin faydaları və zərərləri

Qış aylarında çox istifadə edilən meyvələrdən biri olan kivi, C və K vitamini cəhətdən olduqca zəngindir. Kivinin faydalarından bəhs edərkən sağlamlıq cəhətdən olduqca yararlı meyvə olması diqqətə çatdırılmalıdır. Tərkibind

Əncir qurusunun faydaları və zərərləri

Əncir qurusu, vitamin və mineral baxımından zəngin qida qaynağıdır. İnsanlar tərəfindən bol şəkildə istifadə edilir. Əncirin tez yeyilməsi uyğundur, çünki tez xarab olan meyvədir. Ancaq qurudulmuş ənciri uzunmüddətli istifad

Çobanyastığı çayının faydaları

Çobanyastığı çayı, bu bitkinin çiçəklərinin qurudulması nəticəsində əldə edilən və vücuda müxtəlif faydaları olan içkidir. xəbər verir ki, antioksidant xüsusiyyəti ilə ürək-damar xəstəlikləri ilə yanaşı müxtəlif xəstəliklər

Qaya duzunun faydaları

Qaya duzu nədir?. xəbər verir ki, qaya duzu, yer altındakı duz yataqlarından çıxarılaraq əldə edilən və yenilə bilən duz formasında tapılan təbii sodium klorür formasıdır. İlk olaraq Hindistanın tibb sistemi olaraq ortay

E vitamininin faydaları

E vitamini, vücudun gündəlik funksiyalarının yerinə gətirə bilməsi üçün gərəkli olan tokoferol olaraq da adlandırılan təməl vitamin növlərindən biridir. xəbər verir ki, A, D, K vitaminləri kimi E vitamini də yağda həll olu

Kompüter arxasında çalışanlar nece qidalanmalıdırlar?

Hazırda kompüterlə iş yetəri qədərdir. Ancaq kompüterin insan sağlamlığına eləcə də gözlərə və beyinə zərəri olduqca çoxdur. xəbər verir ki, kompüterlə işləmək beyin fəaliyyətini artıran işlərdən hesab edilir. Az məluma

Quava meyvəsi faydaları

Orta Amerika, Hindistan başda olmaq üzrə bir çox tropikal və subtropikal bölgədə yetişən quava meyvəsi, quava ağacından əldə edilən qabıqlı bir meyvədir. Oval formalı, rəngi açıq yaşıl və ya sarıdır. xəbər verir ki, antioksidan


masaj yuxuda babasil mualicesi mede agrisi qarin agrisi sekis
masaj
is elanlari