Yediyimiz ətin faydaları və zərərləri

Yediyimiz ətin faydaları və zərərləriÖlkəmizdə hazırlanan yeməklər zamanı ən çox seçilən qırmızı ət növləri adətən dana və qoyun ətidir. Qırmızı ətdən hazırlanan yeməklər zamanı, heyvanın hansı hissəsinin bişiriləcəyi də vacibdir. Çünki ətin daha sərt, yumşaq, və ya sümüklü olmasına bağlı olaraq bişirilmə texnikalari fərqlidir. Dəmir, sink, protein cəhətdən olduqca zəngin olan qırmızı ətin qansızlıq, anemiya kimi sağlamlıq problemləri zamanı istifadəsi tövsiyə edilir.

Ətin faydaları nələrdir?

İnkişafı dəstəkləyir – İnkişaf çağında olan uşaqların istifadə etməsi vacibdir. B6, B12 kimi vitaminlərin qaynağı olan qırmızı ət inkişafı artırır və gündəlik protein ehtiyacını təmin edir.

Əzələ quruluşunu gücləndirir – İçərisindəki protein qrupları vücuddakı əzələ qruplarının güclənməsinə kömək edir. Bu səbəbdən qırmızı ət idmançılar tərəfindən istifadə edilən qidadır.

Qansızlığı aradan qaldırır – Anemiyaya qarşı vücudu qorumaq üçün qidalardan alınması gərəkən bəzi vitamin və minerallar vardır. Tərkibindəki yüksək dəmir sayəsində qansızlığa qarşı qoruyucu təsirə malikdir.

Beyin sağlamlığını qoruyur – "Kreatin" cəhətdən zəngin qidadır. Bu da beyin sağlamlığı üçün gərəkli maddədir. Eyni zamanda tərkibindəki B6 və B12 vitaminləri sayəsində yaddaşı qüvvətləndirir. Mütəmadi ət istifadə edərək güclü yaddaşa sahib ola bilərsiniz.

Soyutma ətin faydaları

Düzgün bişirilmə texnikası ilə qidalardan vitaminleri əldə edə bilərsiniz.

Əti ilə sümüyü birlikdə qaynadaraq daha sağlam qida əldə edə bilərsiniz. Ət suyunu ayrıca yeməklərdə də istifadə edə bilərsiniz. Ət suyu sizi infeksiyalara qarşı qoruyur, iltihabları azaldır, oynaq ağrılarının qarşısını alır, həzmi asanlaşdırır, vücud üzərində sakitləşdirici təsirə malikdir.

Qırmızı ətin bütün faydaları ilə yanaşı gözəlliyiniz üzərində də təsirləri mövcuddur. Xüsusilə aydın dəri üçün qırmızı ətin istifadəsi tövsiyə edilir.

Qırmızı ətin içərisində A, D, B6, B12 kimi vitaminlər mövcuddur. Bu, dəri sağlamlığı üçün olduqca vacibdir. Çünki bu vitaminlərin hüceyrə yeniləyici kimi xüsusiyyətləri vardır. Bunu sayəsində dəri daha gənc və aydın görünür.

Qırmızı ətin faydaları ilə yanaşı zərərləri də mövcuddur.
Yediyimiz ətin faydaları və zərərləriBəs ətin zərərləri nələrdir?

Heyvanların istifadəsi vücud üçün ciddi zərərlərə səbəb ola bilər.

Ailə və qohumlarınızda ürək problemləri varsa ət istifadesini azaltmağınız gərəklidir. Qırmızı ətin tərkibində trans yağ və doymuş yağ miqdarı ilə damarlarda tıxanıqlığa səbəb ola bilər. Bu vəziyyət ürək xəstəlikləri ilə nəticələnə bilər.

Vücudunuzda protein miqdarı gərəkdiyindən çoxdursa bir sıra saglamliq problemləri ilə qarşılaşa billərsiniz. Bu səbəbdən ət istifadəsini azaltmalısınız.

Xüsusilə də sosis, kolbasa kimi qidalar xərçəngə yol açması aparılan araşdırmalarla təsdiq edilmişdir.

Manqal və ya qızardılma üsulu ilə bişirilən etler yüksək istilikdə bişirildiyi üçün ətin quruluşunda pozulmalar meydana gəlir və xərçəng riski artır.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 25 noyabr 2023

Oxşar xəbərlər

Darçının bilmədiyiniz faydaları və zərərləri

Bir çox ədviyyatlar kimi darçının da insan sağlamlığı üçün faydaları bitib tükənməzdir. Cinnamomum adı verilən ağacların iç qabıqlarından əldə edilir. Gözəl qoxusunu və dadını verən isə yağıdır. Bu yağda sinnameldehit adlandırıla

Quava meyvəsi faydaları

Orta Amerika, Hindistan başda olmaq üzrə bir çox tropikal və subtropikal bölgədə yetişən quava meyvəsi, quava ağacından əldə edilən qabıqlı bir meyvədir. Oval formalı, rəngi açıq yaşıl və ya sarıdır. xəbər verir ki, antioksidan

Qarazirə yağının faydaları

Qara zirə yağının faydaları saymaqla bitməz. Qara zirə (Çörəkotu) daha çox çörək və digər xəmir məhsullarını bəzəmək üçün istifadə edilən toxum olsa da Qarazire yagi sağlamlıq üçün çox faydalıdı. Çörəkotunun mətbəxlərdə istifad

Çobanyastığı çayının faydaları

Çobanyastığı çayı, bu bitkinin çiçəklərinin qurudulması nəticəsində əldə edilən və vücuda müxtəlif faydaları olan içkidir. xəbər verir ki, antioksidant xüsusiyyəti ilə ürək-damar xəstəlikləri ilə yanaşı müxtəlif xəstəliklər

Zəncəfilin faydaları və zərərləri

Zəncəfil, qış aylarında daha çox istifadə edilən, şəfa deposudur. Bir çox vitamin və minerallarla zəngindir. Soyuqdəymə, ishal, mədə bulantısı kimi həzm sistemi problemləri zamanı faydalıdır. İmmunitet sistemini gücləndirir

Mixəyin faydaları və zərərləri

Kiçik və odunabənzər quruluşu olan mixəyin insan sağlamlığı üçün bir çox faydaları var. xəbər verir ki, həzm sistemini tənzimləyən mixək, eyni zamanda ağız gigiyenasında da istifadə edilir. Kəskin dadı olan mixək, xoş qoxus

Badamın faydaları

Tərkibi bir çox vitaminlərlə zəngin olan badamın faydaları tükənməzdir. xəbər verir ki, ləzzəti ilə bir çox insan tərəfindən bəyənilərək yeyilir və həmçinin hazırlanan şirniyyatlarda istifadə edilir.Gündə 25 ədəd çiy olara

D vitamini qəbulu nə üçün vacibdir?

Sağlam sümükləri qorumaq üçün D vitamini olduqca faydalıdır. xəbər verir ki, bunun əsas səbəbi sümüyün ilk olaraq dayağı olan kalsium ancaq bu vitaminin varlığında vücud tərəfindən sovrulmasıdır. Günəş işıqlarının, dəridək

Nar çiçəyinin faydaları

Nar çiçəyi nədir?. Nar çiçəyi, Çin tibbində əhəmiyyətli yeri olan, faydaları ilə diqqət çəkən bitki növüdür. xəbər verir ki, nar meyvəsi yaranarkən öncə çiəkləri açar. Nar çiçəkləri gözəl görüntüyə sahib olduqları kimi qid


masaj yuxuda tecili tibbi yardim qarin agrisi boyrek agrisi bogaz agrisi
masaj
is elanlari