Yaşıl çayın faydaları və zərərləri

Yaşıl çayın faydaları və zərərləriYaşıl çay, qara çayla müqayisədə daha faydalı hesab edilir. Tərkibində qara çayla müqayisədə 10 qatdan daha çox C vitamini mövcuddur. Yaşıl çay, qara çaya görə stress azaldıcı və rahatlaşdırıcı təsirə malikdir.

Bəs yaşıl çayın faydaları nələrdir?

Təbii antioksidantdır.

Tərkibindəki L-teanin maddəsi qan dövranı vasitəsilə beyinə çatır və insanların rahatlanmasına, gün ərzində özlərini daha yaxşı hiss etmələrinə kömək olur.

C vitamini isə immuniteti gücləndirir, xəstəliklərə qarşı qalxan rolunu oynayır. Həmçinin yaşıl çayın tərkibində fol turşusu, potasium, maqnezium mövcuddur.

İçərisindəki kafein insana canlılıq verir, yorğunluğun getməsinə kömək olur. Damarları gücləndirir, antioksidant sayəsində mikroblara, radiasiyaya, bakteriyalara qarşı qoruyucu təsir göstərir.

Yaşıl çay arıqlamaq üçün pəhriz edənlərin köməkçisidir. Bu ərəfədə rahatlıqla istifadə edə bilərsiniz. Pəhriz zamanı vücuddan toksinlərin uzaqlaşmasını və maddələr mübadiləsinin normal fəaliyyətini təmin edir. Əgər yüksək təzyiq probleminiz varsa yaşıl çay istifadə etməzdən öncə mütləq həkiminizlə məsləhətləşin. Çünki çay təzyiqinizin qalxmasına səbəb ola bilər.
Yaşıl çayın faydaları və zərərləriPiylənmə xəstəliyi ilə mübarizə aparır. Piylənmə prosesini zəiflədir. Mütəmadi istifadə edilməsi vücud yağının azalmasına kömək edir.

Ağız qoxusunun qarşısını almağa kömək edir. Yaşıl çay, ağız daxilindəki bakteriyaların dişlərə yapışmasına və çoxalmasına maneə olaraq diş çürüməsinə qarşı qoruyur.
Mütəmadi istifadə edilən zaman qan şəkərinin tənzimlənməsinə kömək edir.

Yaşıl çayın vücud kütlə indeksi, bel ətrafı və LDL xolesterinin azalmasına kömək edir.

Yaşıl çay xərçəngə qarşı qoruyucudur. Həm qara, həm də yaşıl çay quruluşunda güclü antioksidant olan polifenollar mövcuddur. Yaşıl çayda polifenoller qara çayla müqayisədə daha çox mövcud olduğu üçün bu çayın daha faydalı olduğu bildirilir.

Xərçəng riskini aşağı salmaq üçün hansısa probleminiz yoxdursa gündəlik 1-2 fincan yaşıl çay və ya 3-4 fincan qara çay istifadə etməlisiniz. Ancaq isti içkilər qida borusu xərçəngi riskini artırdığı üçün çayın çok isti olmamasına diqqət edin.

Tərkibində mövcud olan antioksidantlar, dəridə qırışıqlıq, qocalmağa səbəb olan sərbəst radikalların yaranması ilə mübarizə edərək dərini qoruyur.

Bəs yaşıl çayın zərərləri varmı?

Çox istifadə edildiyi zaman fizioloji və psixoloji sıxıntılara səbəb ola bilər. Bəzi dərman istifadəsi zamanı içmək təhlükə doğura bilər.

Yaşıl çay kimlər üçün problem ola bilər?

Yaşıl çayın faydaları və zərərləriBöyrək xəstələri, tiroid funksiyası pozuntuları olan insanların həkimə danışaraq istifadə etməkləri tövsiyə edilir.

Panik atak keçirənlər istifadə zamanı diqqətli olmalıdırlar.

Yaşıl çay və bəzi dərmanlar eyni yoldan sovrulduğu üçün qida ilə dərman reaksiyasına diqqət edilməlidir. Xüsusilə qan sulandırıcı ilə birlikdə istifadəsi təhlükəli ola bilər. Eyni tərkibli dərmanla, çayın təsiri əks təsirə bərabər olaraq problem yarada bilər.

Hamiləlikdə yaşıl çaydan istifadə edilə bilərmi?

Həddindən çox istifadə zamanı fol turşusu miqdarı aşağı düşə bilər. Xüsusilə beyin və onurğa inkişafı zamanı ortaya çıxan anormallıqlara səbəb olan fol turşusu əksikliyi zamanı hamilələr diqqətli olmalıdırlar. Bu səbəblə yaşıl çay ilk 3 ay çox istifadə edilməməsi tövsiyə edilir. Daha sonra isə həkim təsdiq edərsə gündə 1-2 fincan içilə bilər.
Gün ərzində 3 fincandan artıq yaşıl çaydan istifadə tövsiyə edilmir. Əks halda narahatçılıqlar, iştahsızlıq, baş ağrısı kimi təsirlər yarana bilər.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 14 avqust 2023

Oxşar xəbərlər

Qırmızı soğanın faydaları

Qırmızı soğan digər soğan növü kimi olduqca faydalıdır. Ancaq digər növlə müqayisədə daha şirindir, acılığı azlıq təşkil edir. Bu tərəvəzin bənövşəyi rəngi vardır. Bu səbəbdən adətən yeməklərdə az istifadə edilir. Buna səbə

Qatığın faydaları və zərərləri

Qatıq, vitamin və minerallarla zəngin tərkibi və ləzzəti ilə sevilən qidadır. Protein tərkibli yüksək qidadır. Əlavə qidaya başlayan körpələrə də verilir. Zəngin kalsium tərkibi olan qatığın içərisində potassium, kalsium

Kətan toxumunun faydaları və zərərləri

Kətan toxumu, faydaları səbəbiylə qidalanmada əsas yer tutur. Kətan toxumu dedikdə ilk ağıla omega 3 qaynağı gəlir. Görüntüsü ilə küncütə bənzəyir. Həzmi rahat olan qidanın faydaları çoxdur. Kətan toxumu, yağ, lif və antioksidan

Çobanyastığı çayının faydaları

Çobanyastığı çayı, bu bitkinin çiçəklərinin qurudulması nəticəsində əldə edilən və vücuda müxtəlif faydaları olan içkidir. xəbər verir ki, antioksidant xüsusiyyəti ilə ürək-damar xəstəlikləri ilə yanaşı müxtəlif xəstəliklər

Qaraciyərə faydalı qidalar

Qaraciyər, vücudun ən böyük orqanı olması ilə yanaşı özünü yeniləyə bilən tək orqan olması ilə həyati əhəmiyyət kəsb edir. Qarın boşluğunun sağ üstündə yer alır. xəbər verir ki, qaraciyərin funksiyasını normal yeriyə yetirməs

Çuğundurun faydaları və zərərləri

Çoxlu şəfası mövcud olan çuğundur, həftədə ən az bir dəfə istifadə edildiyi zaman daxili orqanların qocalmasını dayandırır, hüceyrə zərərinin qarşısını alır və immuniteti gücləndirir. məlumat verir ki, mütəxəssislər, qırmız

Kivinin faydaları və zərərləri

Qış aylarında çox istifadə edilən meyvələrdən biri olan kivi, C və K vitamini cəhətdən olduqca zəngindir. Kivinin faydalarından bəhs edərkən sağlamlıq cəhətdən olduqca yararlı meyvə olması diqqətə çatdırılmalıdır. Tərkibind

İtburnunun faydaları və zərərləri

İtburnu xalq arasında xüsusilə bitki çayı kimi sevilərək içilir. Qrip və buna bənzər qış xəstəliklərinə qarşı qalxan rolunu oynayır. Bu bitki həmçinin tənəffüs yolu xəstəliklərinə qarşı olduqca faydalıdır. Payız-qış aylarınd

Şalfeyin faydaları

Adaçayı nədir?. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, adaçayı, digər adı ilə sürvə dünya mətbəxlərində çox istifadə edilən aromaya sahib bitki növüdür. Bəzi insanlar rus dilindən götürülm


masaj yuxuda sekis qarin agrisi cinsi xestelikler tecili tibbi yardim
masaj
is elanlari