Üzümün möcüzəvi faydaları

Üzümün möcüzəvi faydalarıÜzüm, A, B1, C, E vitamini, dəmir, kalsium, potasium, sodium, maqnezium, fosfor kimi minerallarla olduqca zəngindir.

Bəs faydaları nələrdir?

Antioksidantdır. Bilinən bütün meyvələr içərisində ən güclü antioksidant hesab olunur. Bu səbəbdən xərçəngə qarşı qoruyucudur. Xüsusilə qara üzümün qabığındakı və çəyirdəyində anti-kansoregen və anti-oksidant xüsusiyyətini daşıyan maddələr mövcuddur. Aparılan araşdırmalara görə, bu maddələr beyin hüceyrələrini də qoruyur.

Xolesterini tənzimləyir

Üzüm, ürək-damar sağlamlığı cəhətdən olduqca faydalıdır. Yüksək xolesterin problemi yaşayan insanlara tövsiyə edilir. Yaxşı xolesterini yüksəldib pis xolesterini aşağı endirir. Qan damarlarını qoruyaraq gücləndirir. Beləliklə damar sərtliyinin qarşısını alaraq həm infarkt, həm də yüksək təzyiq problemini azaldır.

Üzüm kataraktanın düşmənidir

Tərkibində olan maddələr qanın sulanması, qan dövranını düzgün şəkildə təşkil edir. Həmçinin görmə zəifliyi yaşayanlar bu meyvədən olduqca çox yararlana bilərlər. Kataraktanın inkişaf etməsinin qarşısını alır.

Üzüm dərinin qocalmasını gecikdirir

Üzümdə olan flavanoidlər dəridəki kollagen toxumalarını qoruyaraq erkən qocalmağın qarşısını alır, dərinin daha canlı olmasını təmin edir. Hüceyrə yeniləyici funksiyası mövcuddur. Üzümün çəyirdəyinin allergiyaya qarşı qoruyucu təsiri vardır.
Üzümün möcüzəvi faydalarıSaçları gücləndirir

Flavanoidlər, saç hüceyrələri üzərində təsirlidir. Saçın uzanmasını, güclənməsini təmin edir.

Diqqət əksikliyinin dərmanıdır

Üzüm çəyirdəyindən istifadə dəri xəstəliklərinə qarşı effektivdir. Aparılan araşdırmalar, üzümün istifadə edilməsinin uşaqlarda diqqət əksikliyi, hiperaktivlik problemlərinə effektiv təsir etdiyini göstərib.

Yorğunluğu aradan qaldırır

Antioksidant və dəmir tərkibi yüksək olduğundan unutqanlığa qarşı çox yaxşı təsir göstərir. Həmçinin yorğunluğu aradan qaldırıb, enerji verir.
Bununla yanaşı üzümdən istifadə C vitamininin təsirini də olduqca artırır.

Anemiyadan əziyyət çəkənlər də üzüm bəhməzindən rahatlıqla istifadə edə bilərlər. Qansızlığın aradan götürülməsinə kömək edir. İmmuniteti gücləndirir.

Gündə 1 kasa üzüm stresi azaldır

Həzmi asanlaşdırır, qəbizliyə faydalıdır. Üzümdən gündə bir orta boy kasa qədər (200 qr) ya da quru olaraq 1 qəhvə fincanı qədər istifadə edilməsi yorğunluğu və stresi azaltmağa kömək edəcək.

Sümükləri qoruyur

Xüsusilə qara üzümün təkibində bolca kalsium mövcuddur. Kalsium sağlam skelet quruluşunun təməlidir. İrəli yaşlarda görülmə ehtimalı olan sümük əriməsini ortadan qaldırır.

Qaraciyəri təmizləyir

Qara üzüm çəyirdəyi və ya 21 üzüm qurusunu içərisinə salıb gözlətdiyiniz sudan istifadə edərək qaraciyər detoksu edə bilərsiniz.
Üzümün möcüzəvi faydalarıPiylənmənin qarşısını alır

Qara üzüm vücudda yağ toplanmasının qarşısını alır. Vücudda yağ miqdarı aşağı düşdükcə piylənmə riski azalır. Uzunmüddət toxluq hissi verir.

Allergiyadan əziyyət çəkənlər, qaşıntısı olanlar qara üzümdən istifadə etməlidir. Buna qarşı effektivdir.

Qeyd edək ki, üzümün tərkibində şəkər çoxdur. Bu səbəbdən şəkər xəstələrinin üzümdən istifadə edən zaman diqqətli olmalarında fayda vardır.
Üzümün möcüzəvi faydaları


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 11 fevral 2024

Oxşar xəbərlər

Ən yaxşı vitamin kompleksi hansıdır? - Bunları bilmək vacibdir

Düzgün qidalanmağa diqqət yetirən birisinizsə, vacib vitamin və minerallar tərkibli qidaları yemək haqqında müəyyən qədər fikriniz ola bilər. Vitaminlər və minerallar sağlamlıq üçün gərəklidir və düzgün qidalanmaq vücudunuzu

Ana südünün faydaları

Saymaqla bitməyəcək qədər faydası olan ana südü, həm pul tələb etməyən, həm də hər zaman yeni və ideal istilikdə olan qidadır. xəbər verir ki, həkimlər ilk 6 ayda sadəcə ana südü ilə qidalanmağın, süd verməyin 2 yaşa qədə

Darçının bilmədiyiniz faydaları və zərərləri

Bir çox ədviyyatlar kimi darçının da insan sağlamlığı üçün faydaları bitib tükənməzdir. Cinnamomum adı verilən ağacların iç qabıqlarından əldə edilir. Gözəl qoxusunu və dadını verən isə yağıdır. Bu yağda sinnameldehit adlandırıla

Badamın faydaları

Tərkibi bir çox vitaminlərlə zəngin olan badamın faydaları tükənməzdir. xəbər verir ki, ləzzəti ilə bir çox insan tərəfindən bəyənilərək yeyilir və həmçinin hazırlanan şirniyyatlarda istifadə edilir.Gündə 25 ədəd çiy olara

Qan artıran qidalar

Anemiya, qana rəngini verən və oksigenin hüceyrələrə daşınmasını təmin edən protein olan hemoqlabinin normal səviyyənin altına düşməsi vəziyyətidir. xəbər verir ki, qanazlığının bir çox səbəbi ola bilər. Düzgün qidalanmama

Qozun faydaları və zərərləri

Qoz, hər zaman "beyin yeməyi" olaraq qəbul edilir. Bəlkə quruluşunun da beyinə bənzəmə səbəbi budur. Yağ, protein və lif qaynağıdır. Ürək və sümük sağlamlığını qoruyur və uyğun çəkidə qalmağa kömək edir. Bir ovu

Mixəyin faydaları və zərərləri

Kiçik və odunabənzər quruluşu olan mixəyin insan sağlamlığı üçün bir çox faydaları var. xəbər verir ki, həzm sistemini tənzimləyən mixək, eyni zamanda ağız gigiyenasında da istifadə edilir. Kəskin dadı olan mixək, xoş qoxus

Zəncəfilin faydaları və zərərləri

Zəncəfil, qış aylarında daha çox istifadə edilən, şəfa deposudur. Bir çox vitamin və minerallarla zəngindir. Soyuqdəymə, ishal, mədə bulantısı kimi həzm sistemi problemləri zamanı faydalıdır. İmmunitet sistemini gücləndirir

Kətan toxumunun faydaları və zərərləri

Kətan toxumu, faydaları səbəbiylə qidalanmada əsas yer tutur. Kətan toxumu dedikdə ilk ağıla omega 3 qaynağı gəlir. Görüntüsü ilə küncütə bənzəyir. Həzmi rahat olan qidanın faydaları çoxdur. Kətan toxumu, yağ, lif və antioksidan


masaj yuxuda sekis bogaz agrisi qarin agrisi hamilelik testi
masaj
is elanlari