Tahının faydaları və zərərləri

Tahının faydaları və zərərləriKüncütdən hazırlanan və ləzzətli dadı olan tahının tərkibi protein, lif, omega 3, yağ asidi, dəmir və bir çox vitaminlərlə zəngindir. A və C vitaminləri bol olduğundan tez-tez istifadə edilən məhsullar sırasında yer alır. Hər səhər 3-4 xörək qaşığı qədər yeyəcəyiniz tahın vücudunuza ehtiyac duyulan bir çox mineral və vitamini qazandırır. Bunun sayəsində özünüzü gün ərzində çox daha enerjili hiss etməyə başlayacaqsınız.

Bəs faydaları nələrdir?

Qan təzyiqinin və xolesterinin tənzimlənməsinə kömək edir

Tərkibində mövcud olan yararlı maddə sayəsində antioksidant xüsusiyyətlər mövcud olan qidadır.

Ürək sağlamlığını qoruyur

Qanın vücudda düzgün dövranını təmin edir. İnfarkt, insult kimi bir çox problemlər riskini azaldır.
Tahının faydaları və zərərləriSümük və əzələ inkişafını dəstəkləyir

Tərkibində yüksək miqdarda kalsium mövcuddur. Kalsium, sümük inkişafı üçün olduqca vacib bilinən minerallardan biridir. Əgər uşaqlarınızın sağlam sümük və əzələ sisteminə sahib olmaqlarını istəyirsinizsə səhər yeməyində rahatlıqla verə bilərsiniz. Zəif əzələ sistemini olduqca güclü hala gətirə bilərsiniz.

Vücudda zərərli maddələrin toplanmasının qarşısını alır

Tərkibində mövcud olan C vitamini və digər bir çox yararlı maddə sayəsində tahın, güclü antioksidantdır. Zərərli maddələrin vücuda girməsinin qarşısını almaqla qalmır, mövcud olan zərərli maddələri də sürətlə vücuddan uzaqlaşdırır.

Yaddaşı gücləndirir, beynin daha sağlam fəaliyyətini təmin edir
Tahının faydaları və zərərləriBeynin daha sağlam çalışması üçün tahının hər səhər mütəmadi olaraq istifadəsi gərəklidir. Tərkibindəki omega 3, omega 6 yağ asitləri kimi maddələr sayəsində tahın sinir sisteminə müsbət təsir göstərir.

Qansızlıq problemi yaşayanlara kömək edir

Tahının əsas maddəsi olan küncüt, dəmir baxımından olduqca zəngin olduğundan bu qidadan olduqca çox yeyilməlidir. Qansızlıq, anemiya problemi yaşayanlar, gün ərzində bir neçə qaşıq tahın yeyərək gündəlik dəmir ehtiyaclarının vacib hissəsi təmin edilə bilər.

Ağrıların sürətlə keçməsini təmin edir, vücuda enerji verir

Həmçinin içində potasium, maqnezium, sink mineralları mövcuddur. Bunun sayəsində əzələ və sümüklərdə yaranan ağrılar sürətlə azalır. Bir yandan sinir hüceyrələrinin sağlamlığını qoruyan, bir yandan da qansızlıqla mübarizə aparan tahın, bütün bu xüsusiyyətləri sayəsində vücuda bol miqdarda enerji verir.
Tahının faydaları və zərərləriSaç və dəri sağlamlığı üçün faydalıdır

Mütəmadi olaraq istifadə edildiyi zaman saçların köklərinə təsir edərək tökülməyin qarşısını alır, parlaqlıq verir. Həmçinin dəridəki ləkələnmələrə qarşıdır, qırışıqlıqları azaldır.

Təbii antibiotikdir

Xərçəngə qarşı qoruyur, qrip kimi infeksiyalarla mübarizə aparır. Xüsusilə də payız-qış aylarında mütəmadi istifadə etmək gərəklidir.

Möcüzəvi faydaları ilə yanaşı çox istifadə edildiyi zaman zərərləri də ortaya çıxır. Bu hər kəsdə fərqlidir. Çox istifadə zamanı bəzi şəxslərdə var olan iltihablanma kəskin formada arta bilər. Küncütə allergiyası olanlar da çox istifadə etməməlidirlər. Sürətlə kökəldəcəyi üçün kök insanların ehtiyyatla istifadəsi tövsiyə edilir. Yağ miqdarı, kalorisi yüksək olduğundan həddində istifadəsi daha çox faydalıdır.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 23 avqust 2023

Oxşar xəbərlər

Laktozasız südün faydaları

Süd və süd məhsullarının sağlam qidalanma adına önəmli olduğu qeyd edilir, ancaq laktoza intoleransı, süd və süd məhsullarına qarşı allergiyası olanlar heyvan mənşəli südlər istifadə etmirlər. Laktozasız süd nədir?. Digə

Çia toxumunun faydaları və zərərləri

Çia toxumu, Amerika bitkisidir. Kiçik, qara və ya ağ rəngli toxumlar formasındadır. Tərkibində yüksək miqdarda lif ilə Omega 3 mövcuddur. Yüksək lif miqdarı ilə həzmi asanlaşdırır və toxumlar şişərək uzunmüddətli toxluq hiss

D vitamini olan qidalar

D vitamini, vücudumuzun sağlam inkişafı üçün kritik əhəmiyyətə sahibdir. Günəş vitamini olaraq da bilinir. Sağlam sümüklərdən immun sisteminin inkişafına qədər bir çox orqan üçün təsirlidir. Vitamin tərkibli qidalar siyahıs

Qırmızı soğanın faydaları

Qırmızı soğan digər soğan növü kimi olduqca faydalıdır. Ancaq digər növlə müqayisədə daha şirindir, acılığı azlıq təşkil edir. Bu tərəvəzin bənövşəyi rəngi vardır. Bu səbəbdən adətən yeməklərdə az istifadə edilir. Buna səbə

Narın faydaları və zərərləri

Nar, ləzzəti və görüntüsü ilə bir çox qida və salatlarda istifadə edilir. Sağlamlıq cəhətdən isə olduqca faydalıdır. Güclü antioksidantdır və bir çox xəstəliyə qarşı qoruyucu xüsusiyyəti mövcuddur. xəbər verir ki, tərkibind

Badamın faydaları

Tərkibi bir çox vitaminlərlə zəngin olan badamın faydaları tükənməzdir. xəbər verir ki, ləzzəti ilə bir çox insan tərəfindən bəyənilərək yeyilir və həmçinin hazırlanan şirniyyatlarda istifadə edilir.Gündə 25 ədəd çiy olara

Çobanyastığı çayının faydaları

Çobanyastığı çayı, bu bitkinin çiçəklərinin qurudulması nəticəsində əldə edilən və vücuda müxtəlif faydaları olan içkidir. xəbər verir ki, antioksidant xüsusiyyəti ilə ürək-damar xəstəlikləri ilə yanaşı müxtəlif xəstəliklər

Şabalıdın faydaları və zərərləri

Şabalıd, qış aylarında və soyuq havalarda sevilən və ağıla gələn ilk qidalardan biridir. Bir çox fərqli formalarda yeməklərdə istifadə edilən qida, çiy, qızarmış, qovrulmuş şəkildə də yeyilir. Kalori baxımından aşağı dəyərdədir

Şalfeyin faydaları

Adaçayı nədir?. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, adaçayı, digər adı ilə sürvə dünya mətbəxlərində çox istifadə edilən aromaya sahib bitki növüdür. Bəzi insanlar rus dilindən götürülm


masaj yuxuda dis agrisi cinsi xestelikler tecili tibbi yardim boyrek agrisi
masaj
is elanlari