Qripdən bu üsullarla qorunun

Qripdən bu üsullarla qorununHavalar soyuduqca qrip infeksiyasına daha çox yoluxma halları müşahidə edilir. Qrip xüsusilə soyuq qış aylarında və ya hava dəyişkənliyi zamanı bəzi insanların əziyyət çəkdiyi problem halına gəlir. İmmuniteti zəif olan insanlarda yoluxma daha sürətli, sağalma prosesi isə daha yavaş irəliləyir.

Qrip necə yoluxur?

Xəstə olan şəxs asqırdığı, öskürdüyü zaman gözlə görülə bilməyən milyonlarla influenza virusu havaya yayılır. Eyni məkanda olan şəxslər isə hava-damcı yolu ilə bu virusa yoluxur. Simptomlar yoluxmadan 1-3 gün sonra başlayr. Xəstə şəxslə eyni əşyaları paylaşmaq, eyni qabdan yemək yemək də yoluxmanı sürətləndirən faktor hesab edilir.

Bundan əlavə aşağıdakı faktorlar virusun yayılmağını sürətləndirir:

Quru olan havada virusun yayılma sürəti asanlaşır.

Qapalı məkanlarda yaxın təmas halı virusun yoluxmasını sürətləndirir.

Həmçinin metro, avtobus kimi nəqliyyatdan istifadə etmək də xəstəlik cəhətdən təhlükəlidir.

Düzgün edilməyən gigiyena da xəstəliyə yoluxma hallarını artırır.
Qripdən bu üsullarla qorununQripdən qorunmaq üçün nələr edilməlidir?

Çoxluğun olduğu məkanlardan mümkün qədər uzaqlaşmaq lazımdır.

Nəqliyyat vasitələrində maska taxmaq tövsiyə edilir.

İmmuniteti gücləndirmək üçün düzgün qidalanmaq əsas şərtlərdəndir.

Eyni zamanda düzgün gigiyenaya diqqət edilməlidir. Əllər yuyulmalı, spirtlənməlidir.

Asqırmaq, öskürmək vəziyyətində ağız və burun bağlanmalıdır.

Xəstə olan şəxsin mümkün qədər evdə qalması vacibdir.

Peyvənd də qorunma üsullarından hesab edilir.

Qidalanma zamanı nələrə diqqət edilməlidir?

Bol meyvə yeyilməli – İmmuniteti gücləndirən C vitamini tərkibli qidalardan istifadə edilməlidir. Bu zəngin tərkibi olan qidalar naringi, portağal, limon, qreyfurt kimi meyvələrdir. Bunlarla birlikdə yaşıl tərəvəzlərdən istifadə edilməlidir. İspanaq, yaşıl bibər, kələm belə qidalardan hesab edilir.

Xəstələnən şəxs nələrə diqqət etməli?
Qripdən bu üsullarla qorununBol maye qəbul edilməlidir – Xəstələnən şəxs də bu müddətdə bol su içsə xəstəlik daha rahat keçər və ağırlaşma riski azalar.

Xəstə insanların omega 3, kalsium, minerallarla zəngin qidalardan istifadə etməsi əsas şərtlərdən hesab edilir.

Pis vərdişlərdən imtina edilməlidir – Siqaret tüstüsü xəstəliyi ağırlaşdıran əsas ünsürlərdən hesab edilir.

Xəstəlik zamanı qəbul edilən bitki çayları da köməyinizə çata bilər.

Xəstəlik zamanı şəxs bol istirahət edilməlidir. Narahat vaxtı fiziki işlə məşğul olmaq zədələnmiş immuniteti daha da aşağı salaraq kritik vəziyyətə gətirə bilər.

Düzgün dərmanlardan istifadə etmək də əsas şərtlərdən biridir. Belə ərəfələrdə qızdırmanı endirən dərmanlar, boğaz spreyləri köməyinizə çata bilər. Ancaq unutmayın ki belə dərmanlar düzgün istifadə edilmədiyi zaman fəsadlar törədə bilər. Eyni tərkibli dərmanları ard-arda qəbul etmək düzgün hesab edilmir. Bu, zəhərlənmə ilə nəticələnə bilər.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 07 sentyabr 2023

Oxşar xəbərlər

Siam əkizliyi necə olur?

Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Bəyaz sirkənin faydaları

Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka

Yaşa görə nəbz nə qədər olmalıdır?

Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını


masaj yuxuda goz hekimi hamilelik testi tecili yardim cinsi xestelikler
masaj
is elanlari