Qida məhsullarını soyuducuda belə saxlayın

Qida məhsullarını soyuducuda belə saxlayınQida xərclərini azaltmaq və yemək israfının qarşısını almaq üçün məhsulları soyuducuda düzgün formada mühafizə etmək lazımdır. Bu zaman uzun müddət daha təravətli və sağlam şəkildə ərzaqları istehlak edə bilərsiniz.
Milli.Az Axşam.az-a istinadən qida məhsullarını soyuducuda saxlamağa imkan verən 5 üsul təqdim edir.
1.Süd məhsullarını tərs çevirib saxlayın
Qatıq, kəsmik və ya xama qabını tərsinə çevirərək soyuducuya qoyun. Bu üsul qida məhsullarının xarab olmasına səbəb olan bakteriyaların çoxalmasının qarşısını alan vakuum effekti yaradır.  
2. Bananın saplaq hissəsini streçlə sarın
Bananı aldıqdan sonra bir-bir ayırıb streçləyin. Bu üsul meyvənin daha çox yetişməsinin qarşısını alaraq təravətini tərkibində saxlayır.
3. Pendiri nəmli tutun
Pendirin ömrünü uzatmaq üçün yaxşı nəm balansını qorumaq lazımdır. Pendiri birbaşa plastik qabda saxlamaq pendirin nəfəs almasını əngəlləyir. Buna görə ən yaxşı üsul pendiri yağlı kağıza büküb soyuducuda saxlamaqdır. 
4. Kartofu alma ilə birgə saxlayın
Erkən cücərmənin qarşısını almaq üçün, kartofu alma ilə birlikdə saxlayın. Çünki alma kartofun təzə qalmasına kömək edən və cücərməsinin qarşısını alan kimyəvi maddə ifraz edir. Eyni zamanda kartofun erkən cücərmənin qarşısını almaq üçün kartofu qaranlıq və sərin yerdə soğandan uzaq saxlayın. Kartofu soğana yaxın saxlamaq erkən cücərməyə səbəb olur.
5. Göyərtiləri kağız dəsmallara bükün
Yaşıllıqlarınızı qorumağın və ömrünü uzatmağın ən yaxşı yolu, tamamilə quru bir kağız dəsmala büküb böyük bir qabda saxlamaqdır. Kağız dəsmallar göyərtiləri sağlam nəmlik səviyyəsində saxlamağa kömək edir, eyni zamanda təzə və səliqəli saxlayır.
Milli.Az 


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 12 iyun 2023

Oxşar xəbərlər

Narın faydaları və zərərləri

Nar, ləzzəti və görüntüsü ilə bir çox qida və salatlarda istifadə edilir. Sağlamlıq cəhətdən isə olduqca faydalıdır. Güclü antioksidantdır və bir çox xəstəliyə qarşı qoruyucu xüsusiyyəti mövcuddur. xəbər verir ki, tərkibind

Kivinin faydaları və zərərləri

Qış aylarında çox istifadə edilən meyvələrdən biri olan kivi, C və K vitamini cəhətdən olduqca zəngindir. Kivinin faydalarından bəhs edərkən sağlamlıq cəhətdən olduqca yararlı meyvə olması diqqətə çatdırılmalıdır. Tərkibind

Nar çiçəyinin faydaları

Nar çiçəyi nədir?. Nar çiçəyi, Çin tibbində əhəmiyyətli yeri olan, faydaları ilə diqqət çəkən bitki növüdür. xəbər verir ki, nar meyvəsi yaranarkən öncə çiəkləri açar. Nar çiçəkləri gözəl görüntüyə sahib olduqları kimi qid

Cəfərinin faydaları nələrdir?

Cəfəri, həm mətbəxdə ləzzət qatıcı bir ədviyyat olaraq istifadə edilən həm də sağlamlıq cəhətdən bir çox faydası olan bitkidir. xəbər verir ki, A, C, K və E vitaminləri, potassium, kalsium, demir və maqnezium kimi mineralla

Soğan suyunun faydaları və zərərləri

Soğan mətbəxlərdən əksik olmayan, hər yeməkdə istifadə olunan tərəvəzdir. Təbii antibiotik olan soğanın suyu da insan sağlamlığı üçün əvəzsizdir. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Bəs soğan suyunun faydalar

Çia toxumunun faydaları və zərərləri

Çia toxumu, Amerika bitkisidir. Kiçik, qara və ya ağ rəngli toxumlar formasındadır. Tərkibində yüksək miqdarda lif ilə Omega 3 mövcuddur. Yüksək lif miqdarı ilə həzmi asanlaşdırır və toxumlar şişərək uzunmüddətli toxluq hiss

Əncir qurusunun faydaları və zərərləri

Əncir qurusu, vitamin və mineral baxımından zəngin qida qaynağıdır. İnsanlar tərəfindən bol şəkildə istifadə edilir. Əncirin tez yeyilməsi uyğundur, çünki tez xarab olan meyvədir. Ancaq qurudulmuş ənciri uzunmüddətli istifad

Xurmanın faydaları və zərərləri

Xurma, tünd rəngi olan və ağacda yetişən meyvədir. Daha çox isti və quru iqlim olan sahələrdə yetişir. İnsan sağlamlığı üçün çox faydalıdır. Yüksək qida dəyəri, normal doğuşu asanlaşdırması və antioksidant təsiri olaraq bilinir

Bəhməzin faydaları

Bəhməzin insan vücuduna bir çox faydası mövcuddur. xəbər verir ki, qatqı maddəsi olmayan bəhməzlər istifadə edildiyi zaman boğazda yanma yarada bilər. Mütəmadi istifadə edildiyi zaman piylənmə, qadın xəstəlikləri, qansızlıq


masaj yuxuda cinsi xestelikler bogaz agrisi qarin agrisi goz hekimi
masaj
is elanlari