Qəfil ölümlər: bu qidalardan imtina edin - Xəbərdarlıq

Qəfil ölümlər: bu qidalardan imtina edin - XəbərdarlıqSon illər 40 yaşdan yuxarı şəxslərin gözlənilməz, qəfil ölümləri artıb. Bunun əsas səbəblərindən biri kimi isə oturaq həyat tərzi və qidalara diqqət edilməməsi göstərilir.
Axar.az xəbər verir ki, Rusiyalı alim, həkim-endokrinoloq Zuxra Pavlova 40 yaşdan yuxarı olan insanların qidalanmada nələrə xüsusi diqqət yetirmələri gərəkdiyini açıqlayıb.
Həkimin sözlərinə görə, xüsusilə bu yaşdan sonra pəhrizə diqqət edilməlidir, şəkər və ətdən istifadə azalmalıdır:
"Şəkər yüksək qlisemik indeksi olan qidalardan biridir. Beynin qocalmasını sürətləndirir, bədxassəli hüceyrələr üçün əla "yanacaq"dır. Şəkər birləşdirici toxumanın zülalını zədələyir, dərini, qan damarlarını, daxili orqanları qocaldır və kataraktaya səbəb olur".
O, şəkərli qazlı içkilər və şirələrdən, xəmirdən, yağlı desertlərdən imtina etməyi və mümkün qədər ağ çörək, kartof, makaron, düyü, dənli bitkilərdən az istifadə etməyi tövsiyə edib:
"40 yaşdan yuxarı insanların əksəriyyəti fiziki fəaliyyətini azaldır. Ona görə də istehlak edilmiş və sərf olunan kalorilərin balansını qorumaq üçün pəhriz lazımdır. Yaxud daha çox hərəkət edin ki, əlavə yağlar yığılmasın".
O, həmçinin qeyd edib ki, ət zülalını (xüsusilə qırmızı əti) həzm edən fermentlərin sayı yaş artdıqca azalır. Ondan tamamilə imtina etmək lazım deyil, lakin istifadəsini həftədə iki dəfəyə qədər azaltmaq lazımdır:
"Fəst-fuddan isə qəti imtina edilməlidir. Çünki fəst-fud gəncliyi və sağlamlığı "oğurlayır". İşlənmiş və qızardılmış qidalar, xüsusən də ət qaraciyərin, qan damarlarının və oynaqların iltihabına səbəb olur. Nəticədə dəri, maddələr mübadiləsi, piylənmə ilə bağlı problemlər yaranır".


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 12 iyun 2023

Oxşar xəbərlər

İtburnunun faydaları və zərərləri

İtburnu xalq arasında xüsusilə bitki çayı kimi sevilərək içilir. Qrip və buna bənzər qış xəstəliklərinə qarşı qalxan rolunu oynayır. Bu bitki həmçinin tənəffüs yolu xəstəliklərinə qarşı olduqca faydalıdır. Payız-qış aylarınd

Portağal və qabığının faydaları

Portağal, soyuq aylarda xəstəliklərə qarşı qoruyucu bir çox xüsusiyyəti, yayda sərinləşdirici özəlliyi ilə faydalı meyvələr arasında yer alır. Portağal və qabığının faydalarından xəbərdar olmaq istəyirsinizsə məqaləni sonadə

Qarazirə yağının faydaları

Qara zirə yağının faydaları saymaqla bitməz. Qara zirə (Çörəkotu) daha çox çörək və digər xəmir məhsullarını bəzəmək üçün istifadə edilən toxum olsa da Qarazire yagi sağlamlıq üçün çox faydalıdı. Çörəkotunun mətbəxlərdə istifad

Xiyarın faydaları

Xiyar, insan orqanizmi üçün əhəmiyyətli tərəvəzlərdən biridir. Xiyarın tərkibində insan vücudu üçün vacib olan 95% su mövcuddur. xəbər verir ki, xiyarı davamlı yemək böyrək daşlarının yaranmasının qarşısını da alır. Xiya

Əncir qurusunun faydaları və zərərləri

Əncir qurusu, vitamin və mineral baxımından zəngin qida qaynağıdır. İnsanlar tərəfindən bol şəkildə istifadə edilir. Əncirin tez yeyilməsi uyğundur, çünki tez xarab olan meyvədir. Ancaq qurudulmuş ənciri uzunmüddətli istifad

Cəfərinin faydaları nələrdir?

Cəfəri, həm mətbəxdə ləzzət qatıcı bir ədviyyat olaraq istifadə edilən həm də sağlamlıq cəhətdən bir çox faydası olan bitkidir. xəbər verir ki, A, C, K və E vitaminləri, potassium, kalsium, demir və maqnezium kimi mineralla

Nar çiçəyinin faydaları

Nar çiçəyi nədir?. Nar çiçəyi, Çin tibbində əhəmiyyətli yeri olan, faydaları ilə diqqət çəkən bitki növüdür. xəbər verir ki, nar meyvəsi yaranarkən öncə çiəkləri açar. Nar çiçəkləri gözəl görüntüyə sahib olduqları kimi qid

E vitamininin faydaları

E vitamini, vücudun gündəlik funksiyalarının yerinə gətirə bilməsi üçün gərəkli olan tokoferol olaraq da adlandırılan təməl vitamin növlərindən biridir. xəbər verir ki, A, D, K vitaminləri kimi E vitamini də yağda həll olu

Kaktus meyvəsinin faydaları

Kaktus meyvəsi, yüksək antioksidant, vitamin və mineral tərkibi ilə önə çıxar. xəbər verir ki, C vitamini, immun sistemini gücləndirərkən, beta karoten göz sağlamlığını qoruyur. Lif tərkibi sayəsində həzmi tənzimləyər v


masaj yuxuda bogaz agrisi cinsi xestelikler boyrek agrisi tecili yardim
masaj
is elanlari