Meyvə qurularının inanılmaz faydaları

Meyvə qurularının inanılmaz faydalarıMeyvə qurularının insan orqanizminə saysız faydası var. Bu səbəbdən həkimlər çayla şirniyyat yemək əvəzinə, meyvə qurularından istifadə etməyi məsləhət görürlər.
Axar.az xəbər verir ki, alma qurusu astma və ürək xəstəliklərinə qarşı qoruyucudur. Tərkibindəki zəngin lif sayəsində bağırsaqları təmizləyir. A, B və E vitaminləri, həmçinin kalium, kalsium və maqnezium mineralları ilə zəngin olduğu üçün maddələr mübadiləsini sürətləndirməkdə və həzm prosesini asanlaşdırmaqda faydalıdır.
Alça qurusu kaliumla çox zəngindir. Həzmi asanlaşdırır, stresin və şəkər xəstəliyinin qarşısını alır, fiziki inkişafa kömək edir, görmə qabiliyyətini gücləndirir və s.
Tutda kalsium, kalium və dəmir mineralları, həmçinin B1, B2 və C vitaminləri daha çoxdur. Ağ tut qızdırmanı aşağı salır. Qara tut isə ağız və boğaz xəstəliklərində müsbət təsir göstərir.
100 qram əncir qurusu orqanizmin gündəlik kalsium ehtiyacını ödəyir. Həzmi asanlaşdırmaqla yanaşı, orqanizmi bakteriyalardan qoruyur. Tərkibində yüksək miqdarda kalsium və fosfor olduğu üçün sümük və dişləri xəstəliklərdən qoruyur.
Üzüm qurusu - kişmiş karbohidrat, A, B1, B2, C vitaminləri, eyni zamanda kalium, kalsium, natrium və dəmir mineralları ilə zəngindir. Əsl enerji mənbəyidir.
Gavalı qaxı B1, B2, B3, B6, A, C və E vitaminləri, dəmir, kalsium, fosfor, maqnezium, kalium, natrium və manqan mineralları baxımından olduqca zəngindir. Bədənə qidalar sayəsində alınan dəmirin sovrulmasını artırır. Bu xüsusiyyəti ilə dəmir əskikliyində də quru gavalıdan faydalanmaq olar. Beyin yorğunluğunda, qaraciyər şişməsini qarşısını almaqda, revmatizmalarda, damar sərtliyinə, qida zəhirlənmələrində faydalıdır. Yüksək bir lif qaynağıdır. Xərçəng və ürək xəstəliklərinə qarşı qoruyucu təsiri var. Araşdırmalara görə, qırmızı gavalının yaşıl gavalıya nəzərən daha çox antioksidan ehtiva etdiyi məlum olub.
Armud qaxı A, B1, B2, B5, PP ilə zəngin bir kompozisiya sayəsində tonik, bəlğəmgətirici, antipiretik və fiksasiyaedici kimi istifadə edilə bilər. Bu məhsulun digər faydalı xassəsi mədə şirəsinin turşuluğunu artıraraq həzmi yaxşılaşdırmaqdır.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 12 iyun 2023

Oxşar xəbərlər

Çuğundurun faydaları və zərərləri

Çoxlu şəfası mövcud olan çuğundur, həftədə ən az bir dəfə istifadə edildiyi zaman daxili orqanların qocalmasını dayandırır, hüceyrə zərərinin qarşısını alır və immuniteti gücləndirir. məlumat verir ki, mütəxəssislər, qırmız

Qarazirə yağının faydaları

Qara zirə yağının faydaları saymaqla bitməz. Qara zirə (Çörəkotu) daha çox çörək və digər xəmir məhsullarını bəzəmək üçün istifadə edilən toxum olsa da Qarazire yagi sağlamlıq üçün çox faydalıdı. Çörəkotunun mətbəxlərdə istifad

Soğan suyunun faydaları və zərərləri

Soğan mətbəxlərdən əksik olmayan, hər yeməkdə istifadə olunan tərəvəzdir. Təbii antibiotik olan soğanın suyu da insan sağlamlığı üçün əvəzsizdir. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Bəs soğan suyunun faydalar

Zəncəfilin faydaları və zərərləri

Zəncəfil, qış aylarında daha çox istifadə edilən, şəfa deposudur. Bir çox vitamin və minerallarla zəngindir. Soyuqdəymə, ishal, mədə bulantısı kimi həzm sistemi problemləri zamanı faydalıdır. İmmunitet sistemini gücləndirir

Darçının bilmədiyiniz faydaları və zərərləri

Bir çox ədviyyatlar kimi darçının da insan sağlamlığı üçün faydaları bitib tükənməzdir. Cinnamomum adı verilən ağacların iç qabıqlarından əldə edilir. Gözəl qoxusunu və dadını verən isə yağıdır. Bu yağda sinnameldehit adlandırıla

Daha şəfalı ancaq bahalı qida... "Pekan qozu"nun adi qozdan fərqi nədir?

Təbiətin möcüzələrini saymaqla bitməz. Onlardan biri şəfalı xüsusiyyətlərə sahib olan ağacda yetişən pekan(Yapon) qozudur. Dünyada "Pekan" olaraq bilinən bu bitki növünün veteni Amerikadır. Sərt qabıqlı meyvə ola

Qarağatın faydaları

Qarağat bitkisi vitaminlərlə zəngindir. İnsan sağlamlığı üçün olduqca faydalıdır. xəbər verir ki, tərkibi A, K,B5, B6, B1, B2, PP, H, C vitaminləri ilə zəngindir. Bundan əlavə tərkibində təbii turşular, pektin maddəsi, efi

Nar çiçəyinin faydaları

Nar çiçəyi nədir?. Nar çiçəyi, Çin tibbində əhəmiyyətli yeri olan, faydaları ilə diqqət çəkən bitki növüdür. xəbər verir ki, nar meyvəsi yaranarkən öncə çiəkləri açar. Nar çiçəkləri gözəl görüntüyə sahib olduqları kimi qid

Qaraciyərə faydalı qidalar

Qaraciyər, vücudun ən böyük orqanı olması ilə yanaşı özünü yeniləyə bilən tək orqan olması ilə həyati əhəmiyyət kəsb edir. Qarın boşluğunun sağ üstündə yer alır. xəbər verir ki, qaraciyərin funksiyasını normal yeriyə yetirməs


masaj yuxuda bogaz agrisi tecili tibbi yardim goz hekimi hamilelik testi
masaj
is elanlari