Ensefalit, beyin iltihabı nədir?

Ensefalit, beyin iltihabı nədir?Beyin iltihabı və ya infeksiyası olaraq da adlandırılan ensefalit, şəxsin ölümü ilə nəticələnə bilən ciddi xəstəlikdir. Hər yaş qrupu şəxs üçün risk yaradan bu xəstəliyin səbəbi əksər zaman viruslar olur. İmmunitet sisteminin zəifləməsi və gigiyena təmizliyinin azalması xəstəliyin meydana gəlməsində faktor ola bilər. Fərqli əlamətlərlə görülən xəstəliyin simptomlarının qarşısını dərman müalicələri və fərqli üsullarla almaq olar.

Xəstəliyin müalicəsi edilməyən zaman və ya gecikdiriləndə beyin üzərində yaratdığı mənfi təsirlər irəliləyən zamanlarda şiddətini artıra bilər və ani olaraq yarana bilən mənfi sonluqla nəticələnə bilər. Bu səbəbdən xəstəliyin erkən diaqnozu və müalicəsi əsas şərtdir.

Əlamətləri nələrdir?
Ensefalit, beyin iltihabı nədir?Ani bir formada yarana bilərkən, yüksək qızdırma, uzunmüddət davam edən baş ağrıları, qripə bənzəyən şikayətlər olaraq da xəstələrdə görülə bilər. Əlamətlərin yarandığı ilk gündən zaman itirmədən həkimə müayinəyə getmək tövsiyə edilir. Beyin iltihabı əlamətləri arasında mövcud olan şikayətlər bu formadadır:

Qızdırma

Baş ağrısı

Əzələlərdə və oynaqlarda ağrı

Yorğunluq və halsızlıq

Ensefalit, beyin iltihabı nədir?Tükənmişlik

Mədə bulantısı və ya qusma

Boyun gərginləşməsi

Xəstəliyin inkişaf etdiyi zaman bəzi zehni problemlər də yaşana bilər. Nevroloji əlamətlər aşağıdakılardır:

Davranış pozğunluğu

Zehnin bulanıqlaşması

Danışmaqda çətinlik və hərəkət pozğunluqları

Şüur itkisi

Yaxın keçmişi xatırlamamaq

İşığa qarşı həssaslıq

Eşitmə problemləri

Cüt görmə

Ensefalitin səbəbləri nələrdir?

Səbəbi tam olaraq bilinmir. Geniş yayılan səbəblər arasında viral infeksiyalar da yer alır. Yoluxucu olmayan iltihablanmalar da beyin infeksiyasına səbəb ola bilər.

Ensefalitin növləri nələrdir?

İki fərqli növü mövcuddur. Bunlardan ilki enfeksiyöz ensefalit olaraq bilinən növdür. Bu növün inkişaf etməsində əsas faktor olaraq görülən ən geniş səbəb isə mikroblarla bağlı olaraq inkişaf etməsidir. Və günümüzdə bu vəziyyətdə azalma müşahidə edilir.
Azalmanın səbəbləri arasında isə xəstəliyə səbəb olan və inkişaf etməsini artıran narahatçılıqlarla bağlı müalicələrin tapılmasıdır.
Ensefalit, beyin iltihabı nədir?Diaqnoz necə qoyulur?

Soyuqdəymə və qrip kimi narahatçılıqlarda ortaya çıxan qızdırma və baş ağrısı kimi simptomlarla yanaşı zehində bulanıqlaşma və hərəkətlərin məhdudlaşması kimi əlamətlər bu xəstəliklə bənzər olduğu üçün bəzi müayinələrin araşdırılması lazımdır. Xəstəlik vacib sağlamlıq problemlərinə və ölümə səbəb ola biləcəyi üçün erkən diaqnoz vacibdir. Bir çox üsullarla xəstəliyin diaqnozu qoyulur. Beyin dalğalarının izlənilməsi və infeksiyanın hansı mərhələdə olduğunu bilmək üçün EEG tətbiq oluna bilər. Həmçinin qan, sidik kimi analizlər də yoxlanılır. Nadir olaraq beyin toxuması quruluşunun dəyərləndirilməsi üçün beyin biopsiyası edilə bilər.

Ensefalitin müalicə üsulları, xəstəliyin səbəbinə və vücudda yaratdığı təsirlərə bağlı olaraq fərqlilik göstərə bilər. Beyinə təsir göstərən virusların və infeksiyaları yaxşılaşdırmaq cəhətdən həkim təyinatı üzrə antiviral dərman müalicəsi tətbiq edilə bilər. Bakteriyaların səbəb ola biləcəyi iltihablanma və infeksiyaların müalicəsində antibiotik müalicəsi tətbiq edilə bilər.

Bununla yanaşı gigiyena qaydalarına da diqqət göstərmək lazımdır.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 23 sentyabr 2023

Oxşar xəbərlər

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma

Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?

Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd

Hepatit B peyvəndi

Hepatit B peyvendi nedir?. Hepatit B peyvəndi, hepatit B virusuna qarşı yoluxma olma riskini azaldan və xəstəliyə qarşı antikor istehsal edərək qoruyuculuğu təmin edən güclü peyvənddir. xəbər verir ki, körpələrdə doğuşda

Ağcaqanad dişləməsinə nə yaxşı təsir göstərir?

Öncələr yay aylarında üzə çıxan ağcaqanadlara hazırda iqlim mülayim keçdiyindən hər mövsümdə rastlamaq olar. xəbər verir ki, bəzən ağcaqanad dişləməsi dəridə allergik reaksiya yaradaraq qaşıntı, qızarıqlıq kimi nəticələr

Tomatlı yeməyə duz qatmaq olar?

Tomat, bir çox xanımların yemək bişirəndə əsas köməkçisidir desək yanılmarıq. Yeməyə dad vermək üçün əksər zaman tomatdan istifadə edilir. Həm rəng, həm də dad verən tomat pastası növləri bir çox reseptə daxildir. Sousla

Travma nədir?

Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Qol ağrısının səbəbləri və müalicəsi

Qol ağrısı bir çox səbəblərlə meydana çıxan narahatçılıqdır. Bir anda başlayaraq zamanla keçə bilən və ya eyni zamanda davam edə bilən vəziyyətdir. xəbər verir ki, yazı yazma, alətlərlə məşğul olmaq, ağır əşya qaldırma v


masaj yuxuda boyrek agrisi sekis dis agrisi tecili yardim
masaj
is elanlari