Bu qidalarla birlikdə dərman qəbul etmək olmaz
Bir çox şəfa mənbəyi olan qidalar müəyyən dərman növləri ilə birlikdə qəbul edildikdə preparatın təsiri azala, hətta zəhərlənməyə və ölümcül nəticələrə səbəb ola bilər.
Axar.az xəbər verir ki, bu barədə türkiyəli qidalanma və pəhriz mütəxəssisi Nur Əcəm Baydı danışıb.
O bildirib ki, süd və süd məhsullarında olan kalsium antibiotiklərin təsirini azalda bilər:
"Bu səbəblə pendir, süd, qatıq kimi qidaları istifadə edərkən dərmanın qəbulu ilə arasında ən az 2 saat vaxt keçməlidir. Bundan əlavə, kofeinli içkilər və ya pomidor kimi turşulu qidalar antibiotiklərlə birlikdə qəbul edildikdə mədə həssaslığını artıra bilər. Qəhvə və qırmızı şərabda olan tanin adlı maddə dəmir preparatları ilə birlikdə qəbul edildikdə dəmirin sorulmasına mane olur. Əgər dəmir həbləri qəbul edirsinizsə, kalsium tərkibli qidalar ilə bu dərmanları qəbul etdiyiniz vaxt arasında ən azı 1,5-2 saat vaxt keçməlidir.
Kələm, ispanaq, pazı, cəfəri, semizotu, kahı, qaraciyər, yaşıl çay, brokoli, şalgam kimi K vitamini ilə zəngin qidalarla qan durulaşdıran dərmanlar birlikdə istehlak edildikdə dərmanın təsiri azalır.
Qreyfrut bəzi növ antibiotiklərlə birlikdə və ya çox yaxın saatlarda istehlak edildikdə, bədən həddindən artıq antibiotik qəbul etmiş olur. Bu səbəblə bu növ antibiotikləri qəbul edərkən qreyfrut istehlakınız arasında ən az 4 saat vaxt keçməlidir. Qreyfrut allergiya dərmanları ilə birlikdə qəbul edildikdə başgicəllənməyə səbəb ola bilər.
Hipertoniyanı (qan təzyiqinin yuxarı olması) müalicə etmək üçün istifadə edilən bəzi dietik dərmanlar bədəndən su və natrium çıxararkən kalium səviyyəsini artırır. Bu, ürək ritminin pozulması kimi problemlərə səbəb ola bilər. Hər bir hipertoniya dərmanı buna səbəb olmasa da, həkiminzlə məsləhətləşmək sağlamlığınız üçün vacibdir.
Nəfəs alma ilə bağlı xəstəliklərin müalicəsi zamanı bəzi dərmanlardan istifadə edərkən diqqətli olun. Bu, bronxların genişlənməsinə səbəb ola bilər. Həmin dərmanlar qara çay, yaşıl çay, qəhvə, kola, şokolad, spirtli içkilərlə birlikdə qəbul edildikdə ürək döyüntüsünün artması, əsəbilik, baş ağrısı, ürəkbulanma və qusma kimi problemlərə gətirib çıxara bilər".
DOKTORINFO.AZ Zoğalın faydaları
Zoğal insan orqanizmi üçün faydalı olan qidalardan biridir. xəbər verir ki, dadı ilə bəziləri sevməsə də sağlamlıq üçün olduqca yeyilməsi vacib olan meyvələrdən biridir. Təbii antioksidant olan zoğalın faydaları nələrdir?
Qan artıran qidalar
Anemiya, qana rəngini verən və oksigenin hüceyrələrə daşınmasını təmin edən protein olan hemoqlabinin normal səviyyənin altına düşməsi vəziyyətidir. xəbər verir ki, qanazlığının bir çox səbəbi ola bilər. Düzgün qidalanmama
Əncirin faydaları nələrdir?
Yumşaq və şirin əncir bir çox ləzzətli və ya şirin reseptlərdə təqdim olunan meyvədir. xəbər verir ki, əncir antioksidantlar, minerallar və liflə zəngindir. Araşdırmalara əsasən, əncirin həm qurudulmuş, həm də təzə formad
Qatığın faydaları və zərərləri
Qatıq, vitamin və minerallarla zəngin tərkibi və ləzzəti ilə sevilən qidadır. Protein tərkibli yüksək qidadır. Əlavə qidaya başlayan körpələrə də verilir. Zəngin kalsium tərkibi olan qatığın içərisində potassium, kalsium
Qozun faydaları və zərərləri
Qoz, hər zaman "beyin yeməyi" olaraq qəbul edilir. Bəlkə quruluşunun da beyinə bənzəmə səbəbi budur. Yağ, protein və lif qaynağıdır. Ürək və sümük sağlamlığını qoruyur və uyğun çəkidə qalmağa kömək edir. Bir ovu
D vitamini olan qidalar
D vitamini, vücudumuzun sağlam inkişafı üçün kritik əhəmiyyətə sahibdir. Günəş vitamini olaraq da bilinir. Sağlam sümüklərdən immun sisteminin inkişafına qədər bir çox orqan üçün təsirlidir. Vitamin tərkibli qidalar siyahıs
Mixəyin faydaları və zərərləri
Kiçik və odunabənzər quruluşu olan mixəyin insan sağlamlığı üçün bir çox faydaları var. xəbər verir ki, həzm sistemini tənzimləyən mixək, eyni zamanda ağız gigiyenasında da istifadə edilir. Kəskin dadı olan mixək, xoş qoxus
Qırmızı soğanın faydaları
Qırmızı soğan digər soğan növü kimi olduqca faydalıdır. Ancaq digər növlə müqayisədə daha şirindir, acılığı azlıq təşkil edir. Bu tərəvəzin bənövşəyi rəngi vardır. Bu səbəbdən adətən yeməklərdə az istifadə edilir. Buna səbə
Kətan toxumunun faydaları və zərərləri
Kətan toxumu, faydaları səbəbiylə qidalanmada əsas yer tutur. Kətan toxumu dedikdə ilk ağıla omega 3 qaynağı gəlir. Görüntüsü ilə küncütə bənzəyir. Həzmi rahat olan qidanın faydaları çoxdur. Kətan toxumu, yağ, lif və antioksidan