Almanın möcüzəvi faydaları

Almanın möcüzəvi faydalarıAlma kifayət qədər faydalı meyvədir. Həm sadə formada yeyilir, həm də şirniyyat hazırlanan zaman istifadə edilir. Həftədə ən az 2 dəfə istifadə edilməlidir.
Orta ölçülü alma təxminən 1,5 su stəkanı meyvə şirəsinə bərabərdir.

Bir orta ölçüdə almanın tərkibində mövcud olur:

Kalori 95 qr

Karbonhidrat 25 qr

Lif 4 qr

C vitamini RDİ-nin 14%

Potasium RDİ-nin 6%

K vitamini RDİ-nin 5%

Həmçinin A, E, B1, B2, B6 vitaminləri mövcuddur. Bunlar gündəlik ehtiyacın 2-4%-ni təmin edir.

Bəs faydaları nələrdir?

Arıqlamağa kömək olur

Almalar lif və su baxımından zəngindir. Eyni zamanda tox hiss etdirən meyvədir. Araşdırmalara görə, yeməkdən öncə alma, alma püresi yeyən, alma suyu içən insanlar özlərini tox hiss edirlər. Həmçinin arıqlamaq istəyənlər almadan rahatlıqla istifadə edə bilərlər.

Xərçəngin qarşısını almağa kömək edir

Aparılan araşdırmalar bunu təsdiq edib. Alma yeyənlərin bu xəstəliyə yoluxmaq riski daha aşağıdır.

Astma xəstəliyi ilə mübarizədə faydalıdır

Təbii antioksidantdır. Ağciyərləri zədələnmələrdən qoruyur.
Qadınlar arasında aparılan araşdırmalara görə, alma yeyənlərin astma xəstəliyinə yoluxmaq riskinin çox aşağı olduğu müəyyən edilib. Alma qabığı, immunitet sistemini gücləndirir, iltihabı azaldır.

Sümük sağlamlığı üçün faydalıdır

Meyvələrdəki antioksidant sümükləri gücləndirməyə kömək edir.

Mədə yaralanmalarına qarşı qoruya bilir

Bəzi dərmanların mədəyə zərərli təsirləri mövcuddur. Aparılan araşdırmalar, almanın mədə qıcqırmaları zamanı effektli olduğunu təsdiq edib.
Almanın möcüzəvi faydalarıAlmalar beyninizi qorumağa kömək edir.

Bu meyvədən bolca istifadə etmək yaddaşı gücləndirir. Altsheymer xəstələri üçün faydalıdır.

Yuxuya getməyi asanlaşdırır

Əsəbləri sakitləşdirir, qan dövranını qaydaya salır. Ürək döyüntülərini tənzimləyir. Rahatlıqla yuxuya getməyi təmin edir. Stress səviyyəsini aşağı salır.
Alma pis xolesterini aşağı salır, yaxşı xolesterini yüksəldir.

Qəbizliyə faydalıdır

Almanın faydalarından biri də qəbizlik probleminə müsbət təsir göstərməsidir. 100 qramında 2 qram lif tərkibli bu ləzzətli meyvə, bağırsaqların fəaliyyətini sürətləndirir.

Dəri üçün faydalıdır

Yaşıl almanın dəriyə faydaları mövcuddur. Günəş şüalarının zərərli təsirlərinə qarşı dərini qoruyur. Dəri üçün vacib olan A vitamini qaynağıdır.

Dişləri təmizləyir

Yaxşı yumaq şərti ilə qabığıyla yemək, dişlərin təmizliyi, damaq baxımından olduqca faydalıdır.

Almanın möcüzəvi faydalarıAlma ürək sağlamlığı üçün faydalıdır

Ürək xəstəliyi səbəbindən baş verən ölümlərin qarşısını almaqda olduqca faydalı meyvədir.

Almanın tərkibindəki C vitamini vücudu infeksiyalardan qoruyur.

K vitamini sümükləri gücləndirir. K vitamini yaşıllıqlarda, yaşıl tərəvəzlərdə mövcuddur.

E vitamini güclü antioksidantdır, immuniteti gücləndirir. Sağlam saçlar, dırnaqlar üçün E vitamini vacibdir.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 09 avqust 2023

Oxşar xəbərlər

İvan çayın faydaları

Tibdə yayğın olaraq istifadə edilən bitki növüdür. Daha çox Rusiya və Avropada populyar olaraq istifadə edilir. İvan çayı fermentə edilmiş dar yarpaklı yangel yarpaqlarından əldə edilir. xəbər verir ki, bu bitki ferment

D vitamini olan qidalar

D vitamini, vücudumuzun sağlam inkişafı üçün kritik əhəmiyyətə sahibdir. Günəş vitamini olaraq da bilinir. Sağlam sümüklərdən immun sisteminin inkişafına qədər bir çox orqan üçün təsirlidir. Vitamin tərkibli qidalar siyahıs

Qarazirə yağının faydaları

Qara zirə yağının faydaları saymaqla bitməz. Qara zirə (Çörəkotu) daha çox çörək və digər xəmir məhsullarını bəzəmək üçün istifadə edilən toxum olsa da Qarazire yagi sağlamlıq üçün çox faydalıdı. Çörəkotunun mətbəxlərdə istifad

Şabalıdın faydaları və zərərləri

Şabalıd, qış aylarında və soyuq havalarda sevilən və ağıla gələn ilk qidalardan biridir. Bir çox fərqli formalarda yeməklərdə istifadə edilən qida, çiy, qızarmış, qovrulmuş şəkildə də yeyilir. Kalori baxımından aşağı dəyərdədir

Daha şəfalı ancaq bahalı qida... "Pekan qozu"nun adi qozdan fərqi nədir?

Təbiətin möcüzələrini saymaqla bitməz. Onlardan biri şəfalı xüsusiyyətlərə sahib olan ağacda yetişən pekan(Yapon) qozudur. Dünyada "Pekan" olaraq bilinən bu bitki növünün veteni Amerikadır. Sərt qabıqlı meyvə ola

Mixəyin faydaları və zərərləri

Kiçik və odunabənzər quruluşu olan mixəyin insan sağlamlığı üçün bir çox faydaları var. xəbər verir ki, həzm sistemini tənzimləyən mixək, eyni zamanda ağız gigiyenasında da istifadə edilir. Kəskin dadı olan mixək, xoş qoxus

Nanənin faydaları

Nanənin faydaları, sağlam həyata təbii üsullarla çatmağınıza kömək ola biləcək qədər çoxdur. Tənəffüsdən mədə problemlərinə qədər bir çox mövzuda sağlamlığınıza dəstək olan nanə, təzə ya da quru olaraq istifadə edilə bilər

Qarağatın faydaları

Qarağat bitkisi vitaminlərlə zəngindir. İnsan sağlamlığı üçün olduqca faydalıdır. xəbər verir ki, tərkibi A, K,B5, B6, B1, B2, PP, H, C vitaminləri ilə zəngindir. Bundan əlavə tərkibində təbii turşular, pektin maddəsi, efi

Kartof qabığının faydaları

Kartof insan orqanizmi üçün faydalı tərəvəz hesab edilir. Aparılan araşdırmalara görə, kartofun özü qədər də qabıqları da faydalıdır. Bəs kartof qabığının faydaları nələrdir?. Kartof qabığının çayından istifadə edərək bi


masaj yuxuda goz hekimi hamilelik testi tecili yardim cinsi xestelikler
masaj
is elanlari