Alçanı duzla yemək olarmı?

Alçanı duzla yemək olarmı?Alça dadı, faydası ilə seçilən meyvələrdən biridir.

Bəs faydaları nələrdir?

Antioksidantlarla zəngindir. Vücudu xəstəliklərə qarşı qoruyur. C vitamini sayəsində immuniteti artırır. Eyni zamanda A, K, B qrupu vitaminləri və sağlamlıq üçün faydalı bir çox minerallarla zəngindir.

Tərkibindəki C vitamini sayəsində xolesterinin idarə edilməsinə kömək edir. Tək başına pis xolesterini aşağı endirmək gücündə deyil, ancaq xolesterinin damar içində toplanmasının qarşısını alaraq damar tıxanıqlığı və bu bağlı olaraq yaranan ürək xəstəliklərindən qorunmağı təmin edən meyvələrdən hesab edilir.

Bir çox xəstəliyə qarşı qoruyur. C vitamini astma, osteoartrit, bağırsaq xərçəngi və revmatizm kimi xəstəliklərdən qorunmaq üçün əhəmiyyətli vitaminlərdən biridir.

Bağırsağın dostu olan lif qaynağıdır. 100 qram alça gündəlik lif ehtiyacının 100-də 6-nı qarşılayır.

Sümük sağlamlığını dəstəkləyir. Tərkibində olan K vitamini və maqnezium mineralı qidalar yolu ilə alınan kalsiumun vücud tərəfindən sovrulması üçün vacibdir.
Alçanı duzla yemək olarmı?Qan şəkəri nizamını təmin edir. Həmçinin yanında süd, qatıq, badam, fındıq, qoz kimi protein və ya yağ qaynağıyla bərabər istifadə edildiyində uzunmddət toxluq hissi verir.
Çəkini normada saxlayır. Əgər pəhrizdənizsə atışdırmalıq olaraq alça yeyə bilərsiniz. Tərkibindəki qida lifi uzunmüddət sizi tox tutacaq və yeməklər arasında yarana biləcək aclığın qarşısını alacaq.

Tərkibindəki sitrik asit yorğunluğun qarşısını alır.

Qatıq, ayran, pendir kimi süd məhsullarıyla birlikdə istifadə edilməsi kalsium sovrulmasını artırır, diş və sümük sağlamlığını qoruyur.

Yumurta, ət, balıq kimi protein tərkibli qidalarla birlikdə istifadə edildiyində bu qidaların asit təsirini azaldır. Beləliklə maddələr mübadiləsinin normal çalışması nəticəsində arıqlamağa kömək edir.

Dəmir sovrulmasını artırır və qan azlığı üçün faydalıdır.

Alçanı duzla yemək olarmı?
Alçanı duzla yemək olarmı?Bir çox insanlar alçanı hətta duzsuz yeməyi sevmirlər. Ancaq nəzərə çatdıraq ki, duz, vücudda ödəm yaranmasına səbəb olur.
Böyrək ya da təzyiq kimi şikayətləri olanlar bu formada yeməkdən qaçınmalıdırlar. Bol su içməyi unutmamalıdırlar.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 21 avqust 2023

Oxşar xəbərlər

Nar çiçəyinin faydaları

Nar çiçəyi nədir?. Nar çiçəyi, Çin tibbində əhəmiyyətli yeri olan, faydaları ilə diqqət çəkən bitki növüdür. xəbər verir ki, nar meyvəsi yaranarkən öncə çiəkləri açar. Nar çiçəkləri gözəl görüntüyə sahib olduqları kimi qid

İvan çayın faydaları

Tibdə yayğın olaraq istifadə edilən bitki növüdür. Daha çox Rusiya və Avropada populyar olaraq istifadə edilir. İvan çayı fermentə edilmiş dar yarpaklı yangel yarpaqlarından əldə edilir. xəbər verir ki, bu bitki ferment

Badamın faydaları

Tərkibi bir çox vitaminlərlə zəngin olan badamın faydaları tükənməzdir. xəbər verir ki, ləzzəti ilə bir çox insan tərəfindən bəyənilərək yeyilir və həmçinin hazırlanan şirniyyatlarda istifadə edilir.Gündə 25 ədəd çiy olara

Əncirin faydaları nələrdir?

Yumşaq və şirin əncir bir çox ləzzətli və ya şirin reseptlərdə təqdim olunan meyvədir. xəbər verir ki, əncir antioksidantlar, minerallar və liflə zəngindir. Araşdırmalara əsasən, əncirin həm qurudulmuş, həm də təzə formad

Portağal və qabığının faydaları

Portağal, soyuq aylarda xəstəliklərə qarşı qoruyucu bir çox xüsusiyyəti, yayda sərinləşdirici özəlliyi ilə faydalı meyvələr arasında yer alır. Portağal və qabığının faydalarından xəbərdar olmaq istəyirsinizsə məqaləni sonadə

Feyxoanın faydaları

Feyxoa insan sağlamlığı üçün olduqca faydalı meyvələrdən biridir. Qida dəyəri olduqca zəngindir. xəbər verir ki, tərkibində müxtəlif vitamin və minerallar mövcuddur. Feyxoa meyvəsinin qida dəyərləri:. Feyxoa, aşağı kaloril

Qatığın faydaları və zərərləri

Qatıq, vitamin və minerallarla zəngin tərkibi və ləzzəti ilə sevilən qidadır. Protein tərkibli yüksək qidadır. Əlavə qidaya başlayan körpələrə də verilir. Zəngin kalsium tərkibi olan qatığın içərisində potassium, kalsium

Əncir qurusunun faydaları və zərərləri

Əncir qurusu, vitamin və mineral baxımından zəngin qida qaynağıdır. İnsanlar tərəfindən bol şəkildə istifadə edilir. Əncirin tez yeyilməsi uyğundur, çünki tez xarab olan meyvədir. Ancaq qurudulmuş ənciri uzunmüddətli istifad

E vitamininin faydaları

E vitamini, vücudun gündəlik funksiyalarının yerinə gətirə bilməsi üçün gərəkli olan tokoferol olaraq da adlandırılan təməl vitamin növlərindən biridir. xəbər verir ki, A, D, K vitaminləri kimi E vitamini də yağda həll olu


masaj yuxuda tecili tibbi yardim tecili yardim hamilelik testi babasil mualicesi
masaj
is elanlari