Yumurtanın inanılmaz faydaları
Yeni tədqiqata əsasən, qida rasionuna müəyyən sayda yumurtanın əlavə edilməsi ürək-damar xəstəliklərinin qarşısının alınmasına kömək edir. Ürəyi və qan damarlarını zədələyən hər bir vəziyyət, o cümlədən ürəyin işemik xəstəliyi, infarkt və insult ürək-damar xəstəliklərinə aiddir. Bu xəstəliklər qanda xolesterinin yüksək miqdarda olması zamanı baş verir, damarların daralması, düyünlər, ateroskleroz ilə müşayiət olunur. Ürəyin sağlam olması üçün xolesterinin səviyyəsinə, onun miqdarının artmamasına nəzarət etmək lazımdır.
Axar.az "MedikForum"a istinadən xəbər verir ki, nəticələri "Nutrients" jurnalında dərc olunan tədqiqat yumurtadan istifadənin bu baxımdan çox faydalı ola biləcəyini göstərib. Alimlər Yunanıstandan olan 3042 nəfərin 10 illik dövr ərzində göstəricilərini təhlil ediblər. Tədqiqatçılar belə qənaətə gəliblər ki, həftədə 1-3 yumurta yemək ürəyi xəstəliklərə qarşı daha dayanıqlı edir.
"Tədqiqat göstərib ki, bu sayda yumurta yeyənlərdə ürək-damar xəstəliklərinin yaranma ehtimalı 60 faiz aşağı olub", - "Nutrients" yazıb.
Tədqiqatın müəllifləri qeyd ediblər ki, yumurta tərkibindəki doymuş yağ turşuları və xolesterinə görə faydalı olub-olmaması barədə hələ də mübahisə yaradan ərzaqdır. Ümumilikdə sağlam qida rejiminə riayət olunduğu zaman yumurta çox faydalıdır.
Alimlər hesab edirlər ki, yağlı qidadan sui-istifadə etməyən, çəki ilə problemi olmayanlar arzuladıqları halda həftə ərzində 7 ədəd yumurta yeyə bilərlər.
DOKTORINFO.AZ Tut qurusunun faydaları və zərərləri
Həm çiy halda, həm də qurudulmuş olaraq istifadə edilə bilən tut, qan dövranını sürətləndirir, immunitet sistemini gücləndirməyə, ürək xəstəlikləri və iltihabın qarşısını almağa kömək olur. Əksər zaman qurudulub atışdırmalı
Qaya duzunun faydaları
Qaya duzu nədir?. xəbər verir ki, qaya duzu, yer altındakı duz yataqlarından çıxarılaraq əldə edilən və yenilə bilən duz formasında tapılan təbii sodium klorür formasıdır. İlk olaraq Hindistanın tibb sistemi olaraq ortay
Qəhvə içmək faydalıdır ya zərərli?
Qəhvənin tərkibində yüksək kafein mövcuddur. Bu səbəbdən gündəlik həddindən çox istifadəsi sağlamlıq problemlərinə yol aça bilər. Yuxu problemindən tutmuş vücudda su itkisinə qədər bir çox narahatçılıqlar yaşana bilər. xəbə
Nanənin faydaları
Nanənin faydaları, sağlam həyata təbii üsullarla çatmağınıza kömək ola biləcək qədər çoxdur. Tənəffüsdən mədə problemlərinə qədər bir çox mövzuda sağlamlığınıza dəstək olan nanə, təzə ya da quru olaraq istifadə edilə bilər
İvan çayın faydaları
Tibdə yayğın olaraq istifadə edilən bitki növüdür. Daha çox Rusiya və Avropada populyar olaraq istifadə edilir. İvan çayı fermentə edilmiş dar yarpaklı yangel yarpaqlarından əldə edilir. xəbər verir ki, bu bitki ferment
Xiyarın faydaları
Xiyar, insan orqanizmi üçün əhəmiyyətli tərəvəzlərdən biridir. Xiyarın tərkibində insan vücudu üçün vacib olan 95% su mövcuddur. xəbər verir ki, xiyarı davamlı yemək böyrək daşlarının yaranmasının qarşısını da alır. Xiya
Nanə çayının faydaları və zərərləri
Yeməklərə dad verən gözəl qoxusu ilə sakitləşdirici təsiri olan nanə, ədviyyat olaraq da istifadə edilir. Rahatlaşdırıcı təsiri mövcuddur. Bir çox sahədə istifadə edilən nanə, alternativ tibdə, parfümeriyada da üstünlük verilə
Qozun faydaları və zərərləri
Qoz, hər zaman "beyin yeməyi" olaraq qəbul edilir. Bəlkə quruluşunun da beyinə bənzəmə səbəbi budur. Yağ, protein və lif qaynağıdır. Ürək və sümük sağlamlığını qoruyur və uyğun çəkidə qalmağa kömək edir. Bir ovu