Yayın sevimli tərəvəzi barədə bilmədiklərimiz: Həftədə iki dəfədən çox yemək zəhərləyir - FOTO

Yayın sevimli tərəvəzi barədə bilmədiklərimiz: Həftədə iki dəfədən çox yemək zəhərləyir - FOTOYayın ən sevimli tərəvəzlərindən olan badımcan faydalı vitamin və minerallarla zəngin tərəvəzdir. Onun tərkibində "B1", "B6", "K" və "C" vitaminləri, həmçinin kalium, maqnezium, mis və manqan kimi mikroelementlər var. Bundan əlavə, bu tərəvəz əla lif mənbəyidir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, badımcan - bədəndəki iltihabı, ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır, ürəyin sağlamlığını yaxşılaşdırır və qanda xolesterol səviyyəsini aşağı salmağa kömək edir.
Badımcan təkcə dadlı və qidalı yemək deyil, həmçinin aşağı kalorilidir, arıqlamaq istəyən insanlar üçün əla seçimdir. Bu tərəvəz iştahanı idarə və həzmə kömək edir, qəbizliyin qarşısını alır. Ancaq onları közdə, ya suda bişmiş, yaxud da pörtlədilmiş şəkildə yemək ən yaxşısıdır, yağda qızardarkən, tərəvəzin kaloriliyi artır.
Zərər
Sağlamlıqla bağlı bir sıra faydasına baxmayaraq, badımcan bəzi mənfi təsirlərə səbəb ola bilər.
Birincisi, bəzi insanların bu tərəvəzə qarşı allergiyası ola bilər ki, bu da qaşınma, dəri səpgiləri və ya mədə-bağırsaq pozğunluğu kimi müxtəlif narahatlıqlar yaradır.
Həmçinin badımcan təbii toksin olan solanin ehtiva edir və çox miqdarda istehlak edildikdə zəhərlənməyə səbəb ola bilər.
Bundan başqa bu tərəvəzlərin tərkibində insanlarda böyrək daşları yaradan oksalatlar var.
Qeyd etmək yerinə düşər ki, badımcanın zərəri adətən onların sui-istifadəsi ilə bağlıdır. Onların tövsiyə olunan qəbulu həftədə iki dəfədən çox deyil.
Milli.Az 


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 16 iyul 2023

Oxşar xəbərlər

Kompüter arxasında çalışanlar nece qidalanmalıdırlar?

Hazırda kompüterlə iş yetəri qədərdir. Ancaq kompüterin insan sağlamlığına eləcə də gözlərə və beyinə zərəri olduqca çoxdur. xəbər verir ki, kompüterlə işləmək beyin fəaliyyətini artıran işlərdən hesab edilir. Az məluma

Mixəyin faydaları və zərərləri

Kiçik və odunabənzər quruluşu olan mixəyin insan sağlamlığı üçün bir çox faydaları var. xəbər verir ki, həzm sistemini tənzimləyən mixək, eyni zamanda ağız gigiyenasında da istifadə edilir. Kəskin dadı olan mixək, xoş qoxus

Qan artıran qidalar

Anemiya, qana rəngini verən və oksigenin hüceyrələrə daşınmasını təmin edən protein olan hemoqlabinin normal səviyyənin altına düşməsi vəziyyətidir. xəbər verir ki, qanazlığının bir çox səbəbi ola bilər. Düzgün qidalanmama

Zoğalın faydaları

Zoğal insan orqanizmi üçün faydalı olan qidalardan biridir. xəbər verir ki, dadı ilə bəziləri sevməsə də sağlamlıq üçün olduqca yeyilməsi vacib olan meyvələrdən biridir. Təbii antioksidant olan zoğalın faydaları nələrdir?

Ana südünün faydaları

Saymaqla bitməyəcək qədər faydası olan ana südü, həm pul tələb etməyən, həm də hər zaman yeni və ideal istilikdə olan qidadır. xəbər verir ki, həkimlər ilk 6 ayda sadəcə ana südü ilə qidalanmağın, süd verməyin 2 yaşa qədə

Kartof qabığının faydaları

Kartof insan orqanizmi üçün faydalı tərəvəz hesab edilir. Aparılan araşdırmalara görə, kartofun özü qədər də qabıqları da faydalıdır. Bəs kartof qabığının faydaları nələrdir?. Kartof qabığının çayından istifadə edərək bi

Nar qabığının faydaları

Hər mövsüm meyvəsini öz zamanınızda yemək insan orqanizmi üçün olduqca faydalıdır. Nar kimi onun qabığı da faydalıdır. xəbər verir ki, adətən meyvə qabığı yeyildikdən sonra qabığı atılır. Aparılan araşdırmalara görə, meyv

Orqanizmi xərçəngdən qoruyan qidalar

Düzgün qidalanma xərçəng hüceyrələrinin böyüməsini dayandıra bilər. . xəbər verir ki, hər təbii qidaların faydaları olduqca çoxdur. Sadəcə bəzi qidalar var ki, onlar insan orqanizmini xərçəng xəstəliyindən müdafiə edir. Xərçəngdə

Qarağatın faydaları

Qarağat bitkisi vitaminlərlə zəngindir. İnsan sağlamlığı üçün olduqca faydalıdır. xəbər verir ki, tərkibi A, K,B5, B6, B1, B2, PP, H, C vitaminləri ilə zəngindir. Bundan əlavə tərkibində təbii turşular, pektin maddəsi, efi


masaj yuxuda cinsi xestelikler babasil mualicesi tecili tibbi yardim qarin agrisi
masaj
is elanlari