Uşaqlarda 3 yaş sindromu nədir?

Uşaqlarda 3 yaş sindromu nədir?"Ana istəmirəm", "Bunu yemirəm", "Özüm edə bilərəm", "Məni eşit" kimi tərs davranışlar bir çox uşaqlara xasdır. Əgər inadkar, tərs davranışlar görürsünüzsə, bu o deməkdir ki, uşaqlarınız 3 yaş sindromunu yaşayır.

Bəs 3 yaş sindromu nədir?

Uzman psixoloq Ceyda Cecan Karakuşun məqaləsini təqdim edirik:

3 yaş sindromu da 2 yaş sindromunda olduğu kimi uşağın inkişaf sayəsində göstərdiyi davranışlardır.
Belə zamanlarda olduqca inadkar ola bilərlər. Valideyn nə desə də əksini etməyə çalışırlar. Bu müddətdə uşaq özü geyinmək,özü yemək istəyə bilər.

3 yaş sindromu ağlama kriziylə məşhurdur. Əgər uşaq kifayət qədər özünə diqqət yetirilmədiyini düşünərsə, bunu ağlama kriziylə ifadə edə bilər.

Yemək yeməmək kimi davranışlar da edə bilər. Bunun üçün də yemək əvəzinə ağlamağı seçə bilər.

Bu yaş uşaqların özünü ətrafa sübut etmə zamanıdır. Edə biləcəkləri hərəkətləri bacardıqları zaman bundan zövq alarlar.

Belə ərəfələrdə anaya daha bağlı ola bilərlər.

3 yaş sindromu yuxu probleminə yol alça bilər. Bu müddətdə yatmamaq istəyə bilər. Gecə yuxusundan dəfələrlə oyana bilər.

Bütün problemlərin həlli valideynlərin səbri və çalışması ilə mümkündür.
Uşaqlarda 3 yaş sindromu nədir?Bəs bu vəziyyətin öhdəsindən necə gəlmək olar?

Uşağınızın bu vəziyyətində ən çox ehtiyacı olan sevgi və mehriban davranışdır. Uşağa daha çox sevgi göstərin, qucaqlayın, tez-tez sevdiyinizi deyin.

Ona kiçik işləri görməyi tapşırın. Bunun sayəsində uşaqlarda məsuliyyət hissi formalaşır. Həmçinin onlar belə kiçik işlərdən sevinirlər.

Üç yaşındakı uşaqlar üçün ailə ortamı çox vacibdir. Ailəcə hamınız axşam yeməyini yeyin, birlikdə gəzməyə gedin. Dostları ilə sosiallaşmasına kömək edin. Birlikdə parka gedin, gəzin.
Onlarla göz təması qurun. Onu dinləsəniz də əgər göz təması qurmasanız bu kifayətsiz qalacaq. Uşağınız sizi anlayanda, yaxşı hərəkət edəndə ona təşəkkür etməyi unutmayın. Yaxşı hərəkətlərini dəyərləndirin.

Pis vərdişləri zamanı tərəfini tutmayın, ancaq kobud rəftar da etməyin. Əks halda sizdən uzaqlaşa bilər. Həmçinin kiçik öhdəliklər versəniz bu onu sakitləşdirər və özünü daha dəyərli hiss etməsinə səbəb olar.

Yaxşı davranışlarını daha sonra da davam edə bilməsi üçün onu motivasiya edin.

3 yaş sindromu yaşayan uşaqlar öz əşyalarını paylaşmaqda çətinlik çəkə bilərlər. Bu istiqamətdə siz ona dəstək olmalısınız. Əgər uşağınızda bu vəziyyət varsa onu məcbur etməyin. Paylaşmağın necə gözəl olduğunu ona aşılayın. Özü istədiyi zaman bunu edəcəkdir.

Əsəbini, xaricə vura bilməsi üçün ona yaradıcı oyunlar təklif edə bilərsiniz. Məsələn, önünə dəftər və qələm qoyun. Stresini rəsm çəkərək və ya rəngləyərək ata bilər. Onu sərgilərə, fərqli məkanlara aparın. Həyata dair marağı artsın.
Uşaqlarda 3 yaş sindromu nədir?Bu yaşda uşağa sərt qadağalar qoymaq yanlışdı çünki irəlidə bu onda özgüvən əksikliyi yarada bilər. Uşağın bu yaşlarda dostluq qurmaları, ancaq valideyni ilə də dostluq münasibəti yaşaması vacibdir. Uşaq yaxınları ilə çəkinmədən sözünü, əşyasını paylaşa bilməlidir.

Uşağın öyrənməsi üçün ona "yox", "olmaz" sözünü deyə bilərsiniz. Hər dediyini etmək də onun üçün faydalı deyil. Bəzi vacib məqamlarda olar-olmazı anlamalıdır. Burada əsas məsələ olmaz sözünü hər iki valideynin deməsidir. Əks halda tərbiyəni düzgün vermiş hesab olunmursunuz.
Yox dediyiniz mövzuda səhərisi gün "hə" deməyin. Bu onu başqa düzgün olmayan istiqamətə yönləndirəcəkdir. Yenidən təkrarlamaq istəyərsə diqqətini başqa şeylərə yönəldin.
Əgər tərs davranışları daha təhlükəli mərhələyə daxil olarsa uşaq psixoloqundan dəstək ala bilərsiniz.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 17 avqust 2023

Oxşar xəbərlər

Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma

Ən yaxşı proktoloq kimdir?

Proktologiya yoğun bağırsaq xəstəliklərini öyrənən tibb sahəsidir. xəbər verir ki, proktoloq həkimlər düz bağırsaq xəstəliklərindən əlavə anal və anorektal zonaların patologiyaları ilə də məşğul olur. Bu ixtisas sahiblər

Ət xalı qopartmaq olarmı?

Ət xalı bəzi insanlarda doğuşdan bəzi şəxslərdə isə sonradan yarana bilər. xəbər verir ki, vücudunuzun hansısa bir yerində çıxa bilir. Bəziləri zərərsiz olsa da bəziləri olduqca təhlükəlidir. Et xal qoparilsa ne olur?. Qara

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Ağcaqanad dişləməsinə nə yaxşı təsir göstərir?

Öncələr yay aylarında üzə çıxan ağcaqanadlara hazırda iqlim mülayim keçdiyindən hər mövsümdə rastlamaq olar. xəbər verir ki, bəzən ağcaqanad dişləməsi dəridə allergik reaksiya yaradaraq qaşıntı, qızarıqlıq kimi nəticələr

Tomatlı yeməyə duz qatmaq olar?

Tomat, bir çox xanımların yemək bişirəndə əsas köməkçisidir desək yanılmarıq. Yeməyə dad vermək üçün əksər zaman tomatdan istifadə edilir. Həm rəng, həm də dad verən tomat pastası növləri bir çox reseptə daxildir. Sousla

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d

Alkoqolizmin əlamətləri

Alkoqol asıllığı spirtli içkilərin həddindən çox istifadəsini həyata keçirən və nəzarətdən çıxan vəziyyətdir. Bu, həm sağlamlıq həm də fiziki problemlərə yol aça bilər. xəbər verir ki, müalicə edilməzsə daha kəskin hal ala


masaj yuxuda goz hekimi qarin agrisi boyrek agrisi sekis
masaj
is elanlari