Qarpızın möcüzələri: İnanılmaz faktlar

Qarpızın möcüzələri: İnanılmaz faktlarYay fəslinin əvəzolunmaz meyvələrindən biri olan qarpız bir çoxumuzun sevimlisidir. Bu giləmeyvə həm də insan orqanizmi üçün çox faydalıdır. Bəs görəsən, qarpızın bədənə nə kimi faydaları var?
KONKRET.az Yenisabah.az-a istinadən qarpızın faydalarını təqdim edir:
Qarpız PP, C, D, B1, B2, B6 vitaminləri, dəmir, mis, sink, kaliy, fosfor kalsi duzları və fol turşusu ilə çox zəngindir.
Fol turşusu isə qan istehsalı üçün və orqanizmdə baş verən müxtəlif biokimyəvi reaksiyalar üçün çox lazımlıdır. Buna görə qan azlığı və dəmir defisitli anemiya zamanı qarpız tövsiyə olunur.
Bundan əlavə qarpız güclü sidikqovucu vasitədir. Buna səbəb kaliy duzlarıdır. Bu duzlar böyrəkdən, sidik kisəsi və sidik axarından daşların çıxarılması və parçalanmasına, həmçinin sistitin müalicəsində kömək edir.
Qarpızda olan "Likopen" maddəsi qan təzyiqini nizamlayır. Tərkində olan yüksək kalium və Beta-Karoten maddəsi sayəsində ürəyi infarkta qarşı qoruyucu xüsusiyyəti var.
Həzm sistemini, o cümlədən bağırsaqların fəaliyyətini normallaşdırır.
Qarpızın özü kimi tumları da faydalıdır. İslam dininə görə, qarpızın tumları lətin içərisində səpilmiş halda olduğu üçün onları çıxarmaq yox, yemək lazımdır.
Bu tumlar çox sayda amin turşuları ilə zəngindir. Doymamış yağ turşuları ilə xolesterinin toplanmasının, aterosklerozun qarşısını alır.
Qarpız tumları bağırsaqlardan qurdları qovur.
Lakin bu tumla sidik kisəsində daş olanlara olmaz. Həmçinin bağırsaq koliti,  mədəsində xora olanlar yeməməlidir.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 29 iyun 2023

Oxşar xəbərlər

Qarağatın faydaları

Qarağat bitkisi vitaminlərlə zəngindir. İnsan sağlamlığı üçün olduqca faydalıdır. xəbər verir ki, tərkibi A, K,B5, B6, B1, B2, PP, H, C vitaminləri ilə zəngindir. Bundan əlavə tərkibində təbii turşular, pektin maddəsi, efi

Badamın faydaları

Tərkibi bir çox vitaminlərlə zəngin olan badamın faydaları tükənməzdir. xəbər verir ki, ləzzəti ilə bir çox insan tərəfindən bəyənilərək yeyilir və həmçinin hazırlanan şirniyyatlarda istifadə edilir.Gündə 25 ədəd çiy olara

Nanə çayının faydaları və zərərləri

Yeməklərə dad verən gözəl qoxusu ilə sakitləşdirici təsiri olan nanə, ədviyyat olaraq da istifadə edilir. Rahatlaşdırıcı təsiri mövcuddur. Bir çox sahədə istifadə edilən nanə, alternativ tibdə, parfümeriyada da üstünlük verilə

Zəncəfilin faydaları və zərərləri

Zəncəfil, qış aylarında daha çox istifadə edilən, şəfa deposudur. Bir çox vitamin və minerallarla zəngindir. Soyuqdəymə, ishal, mədə bulantısı kimi həzm sistemi problemləri zamanı faydalıdır. İmmunitet sistemini gücləndirir

E vitamininin faydaları

E vitamini, vücudun gündəlik funksiyalarının yerinə gətirə bilməsi üçün gərəkli olan tokoferol olaraq da adlandırılan təməl vitamin növlərindən biridir. xəbər verir ki, A, D, K vitaminləri kimi E vitamini də yağda həll olu

D vitamini qəbulu nə üçün vacibdir?

Sağlam sümükləri qorumaq üçün D vitamini olduqca faydalıdır. xəbər verir ki, bunun əsas səbəbi sümüyün ilk olaraq dayağı olan kalsium ancaq bu vitaminin varlığında vücud tərəfindən sovrulmasıdır. Günəş işıqlarının, dəridək

Nanənin faydaları

Nanənin faydaları, sağlam həyata təbii üsullarla çatmağınıza kömək ola biləcək qədər çoxdur. Tənəffüsdən mədə problemlərinə qədər bir çox mövzuda sağlamlığınıza dəstək olan nanə, təzə ya da quru olaraq istifadə edilə bilər

Nar qabığının faydaları

Hər mövsüm meyvəsini öz zamanınızda yemək insan orqanizmi üçün olduqca faydalıdır. Nar kimi onun qabığı da faydalıdır. xəbər verir ki, adətən meyvə qabığı yeyildikdən sonra qabığı atılır. Aparılan araşdırmalara görə, meyv

Nar çiçəyinin faydaları

Nar çiçəyi nədir?. Nar çiçəyi, Çin tibbində əhəmiyyətli yeri olan, faydaları ilə diqqət çəkən bitki növüdür. xəbər verir ki, nar meyvəsi yaranarkən öncə çiəkləri açar. Nar çiçəkləri gözəl görüntüyə sahib olduqları kimi qid


masaj yuxuda cinsi xestelikler babasil mualicesi dis agrisi boyrek agrisi
masaj
is elanlari