Qarpızın faydaları

Qarpızın faydalarıYay mövsümünün ən ləzzətli və sərinləşdirici dadlarından olan qarpız, vitamin və mineral tərkibi cəhətdən olduqca faydalı meyvədir.

Qarpizin faydalari nelerdir?

Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz.

Doktorinfo.az qarpızın xeyirlərini təqdim edir:

Təbii antioksidantdır

Həzmi asanlaşdırır

Maye itkisinin qarşısını alır

Dəri sağlamlığı üçün faydalıdır

İmmunitet sistemini gücləndirir

Qan təzyiqini tənzimləyir.

Ancaq bu kimi faydaları əldə etmək üçün qarpızı tək yemək kifayət deyil. Bununla yanaşı düzgün qidalanmağa diqqət yetirmək lazımdır.

Bu meyvənin tərkibindəki C vitamini bədəninizə immunitet sisteminizi, hüceyrələrinizin sağlamlığını və zədələrdən sağalma qabiliyyətinizi dəstəkləyən kollagen istehsal etməyə kömək edir. Kollagen istehsalı artdıqda dəri keyfiyyəti də yaxşılaşır.

Qarpizin qida deyeri nedir?

100-də 92 %-i sudan ibarətdir. 100 qram qarpız, vücudu təxminən 39 kq kalori enerji ilə təmin edər.

100 qram qarpızda 8 qr karbonhidrat, 0,6 qr protein, 0,2 qr yağ mövcuddur.

100 qram qarpızı yeməklə gündəlik əldə edirsiniz:
Qarpızın faydalarıC vitamininin 100-də 14-ü

A vitamininin 100-də 12-i

Potasium mineralına olan ehtiyacın 100-də 3-nü

Maqnezium ehtiyacının 100-də 2-ni

B1, B5, B6 vitaminlərinə olan ehtiyacın 100-də 2-ni.

Başqa nə kimi faydaları mövcuddur?

Dəri sağlamlığını təmin edər

Tərkibindəki A və C vitaminləri dəri üçün faydalıdır. C vitamini dərini nəmli, saçların güc olmasına kömək edən protein olan kollagen istehsalını artırır. A vitamini isə dəri hüceyrələrinin yaranmasına və bərpasına xidmət edir.

Qarpızın tərkibindəki maddələr katarakta əmələ gəlməsinin qarşısını almağa və ya gecikdirməyə kömək edir.

Stresi azaldır

Xərçəngə qarşı qoruyur

Xüsusilə qarpızın qırmızı rəngli iç qismi likopenlə zəngindir. Antioksidant olan likopen, hüceyrələrin qorunmasında və zərərli maddələrin vücuddan xaric edilməsinə kömək olur. Həmçinin diabet, xərçəng, ürək xəstəliklərinə qarşı qalxan rolunu oynayır.

İdmanla məşğul olanlar da bu giləmeyvədən rahatlıqla istifadə edə bilərlər. Belə ki, vücudun gücünü artırır, enerji verir. Zədələnmiş hüceyrələrin bərpasına kömək edir.

Qan təzyiqini tənzimləyir

Tərkibində olan potasium və maqnezium, qan təzyiqini aşağı salır. İnfarkt, damar tıxanıqlığı risklərini azaldır. Qan damarlarının genişlənməsini təmin edərək qan təzyiqini aşağı salır.
Qarpızın faydalarıHamilelik zamani qarpiz yeyile bilermi?

Qarpızı rahatlıqla istifadə etmək mümkündür. Vücudu xəstəliklərə qarşı qoruyur. Bəzi araşdırmalara əsasən antioksidant hamiləlikdə yarana biləcək problemlərin riskini azaldır. Həmçinin qarpız mədəni və qida borusunu çox rahatladır. Həzmi asanlaşdırır.

Daxilində mövcud olan lif sayəsində bağırsaqlar fəaliyyətini problemsiz davam edirlər.

Tərkibinin çox hissəsi maye olduğundan hamilə qadınların su ehtiyacının ödənilməsini təmin edir. Bu isə öz növbəsində yarana biləcək problemlərin qarşısını almaq deməkdir.
Qarpızın faydalarıKimlər ehtiyyatla yeməlidir?

Yüksək potasium tərkibi səbəbiylə böyrək xəstələrinə qarpızı yeməzdən öncə həkimlə danışmaqları tövsiyə edilir.

Bundan başqa diabet xəstələri istifadə etdikləri porsa diqqət etməlidirlər. Belə xəstələr 2 dilimdən artıq yeməməlidirlər. Xüsusilə şəkər xəstələri qarpızı pendirlə birlikdə yeyərlərsə qan şəkərini normada saxlamış olarlar.

İdmanla məşul olanlar da idmandan sonra qarpız suyu içə bilərlər. Bu, əzələ ağrılarını azaltmağa kömək olur, gücləndirir. Məşqdən sonra 1 stəkan qarpız suyu içmək tövsiyə edilir.
Qarpızın faydaları


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 05 iyun 2024

Oxşar xəbərlər

Zoğalın faydaları

Zoğal insan orqanizmi üçün faydalı olan qidalardan biridir. xəbər verir ki, dadı ilə bəziləri sevməsə də sağlamlıq üçün olduqca yeyilməsi vacib olan meyvələrdən biridir. Təbii antioksidant olan zoğalın faydaları nələrdir?

Nar çiçəyinin faydaları

Nar çiçəyi nədir?. Nar çiçəyi, Çin tibbində əhəmiyyətli yeri olan, faydaları ilə diqqət çəkən bitki növüdür. xəbər verir ki, nar meyvəsi yaranarkən öncə çiəkləri açar. Nar çiçəkləri gözəl görüntüyə sahib olduqları kimi qid

Çobanyastığı çayının faydaları

Çobanyastığı çayı, bu bitkinin çiçəklərinin qurudulması nəticəsində əldə edilən və vücuda müxtəlif faydaları olan içkidir. xəbər verir ki, antioksidant xüsusiyyəti ilə ürək-damar xəstəlikləri ilə yanaşı müxtəlif xəstəliklər

Orqanizmi xərçəngdən qoruyan qidalar

Düzgün qidalanma xərçəng hüceyrələrinin böyüməsini dayandıra bilər. . xəbər verir ki, hər təbii qidaların faydaları olduqca çoxdur. Sadəcə bəzi qidalar var ki, onlar insan orqanizmini xərçəng xəstəliyindən müdafiə edir. Xərçəngdə

Qarazirə yağının faydaları

Qara zirə yağının faydaları saymaqla bitməz. Qara zirə (Çörəkotu) daha çox çörək və digər xəmir məhsullarını bəzəmək üçün istifadə edilən toxum olsa da Qarazire yagi sağlamlıq üçün çox faydalıdı. Çörəkotunun mətbəxlərdə istifad

Şabalıdın faydaları və zərərləri

Şabalıd, qış aylarında və soyuq havalarda sevilən və ağıla gələn ilk qidalardan biridir. Bir çox fərqli formalarda yeməklərdə istifadə edilən qida, çiy, qızarmış, qovrulmuş şəkildə də yeyilir. Kalori baxımından aşağı dəyərdədir

Narın faydaları və zərərləri

Nar, ləzzəti və görüntüsü ilə bir çox qida və salatlarda istifadə edilir. Sağlamlıq cəhətdən isə olduqca faydalıdır. Güclü antioksidantdır və bir çox xəstəliyə qarşı qoruyucu xüsusiyyəti mövcuddur. xəbər verir ki, tərkibind

Xiyarın faydaları

Xiyar, insan orqanizmi üçün əhəmiyyətli tərəvəzlərdən biridir. Xiyarın tərkibində insan vücudu üçün vacib olan 95% su mövcuddur. xəbər verir ki, xiyarı davamlı yemək böyrək daşlarının yaranmasının qarşısını da alır. Xiya

Çuğundurun faydaları və zərərləri

Çoxlu şəfası mövcud olan çuğundur, həftədə ən az bir dəfə istifadə edildiyi zaman daxili orqanların qocalmasını dayandırır, hüceyrə zərərinin qarşısını alır və immuniteti gücləndirir. məlumat verir ki, mütəxəssislər, qırmız


masaj yuxuda tecili yardim qarin agrisi cinsi xestelikler goz hekimi
masaj
is elanlari