Pis qoxunun gəlməsi, parosmi nədir?

Pis qoxunun gəlməsi, parosmi nədir?Pozulmuş qida, xoşagəlməz qoxu alma duyğusuna sahib olmaq vəziyyətinə parosmi deyilir. Şəxs anidən nələrinsə pis qoxduğunu hiss edir. Qoxu alma hüceyrələri, burunda yer alan qoxu alma hissiyyat neyronları olaraq adlandırılır. Məsələn, gözəl qoxusu olan bir ətiri qoxladığınız zaman bu qoxu burnunuza pis gələ bilər. Parosmi, viral infeksiyadan sonra yayğın görülən narahatçılıqdır.

Hissiyyat gündəlik həyatda böyük rol oynayır. Gözəl qoxular adətən şəxsin ruh halını yüksəldir və xoşbəxtlik gətirir. Pozulmuş qoxu alma hissiyyatı həyat keyfiyyəti üzərində böyük təsirə malikdir. Aşağıdakı əlamətlərə yol aça bilər:

İştahsızlıq

Çəki itkisi

Depressiya

Parosminin səbəbləri nələrdir?
Pis qoxunun gəlməsi, parosmi nədir?Soyuqdəymə kimi üst tənəffüs yolu infeksiyaları

Beyin yaralanması

Sinüs infeksiyaları

Bəzi dərmanlar

Beyin şişi

Mütəmadi ağız quruluğu

Parosminin diaqnozu və müalicəsi
Pis qoxunun gəlməsi, parosmi nədir?Parosmi vəziyyətindən şübhələnirsinizsə mütləq mütəxəssisə müraciət edilməlidir. Bu vəziyyət üçün standart bir analiz yoxdur.

Həkim, parosmiyi müalicə üçün dərmanlar təyin edə bilər. Bunlar simptomları yüngülləşdirəcəkdir. Əgər bunlar təsir etməsə, burun boşluğundakı zədəli hissiyyat reseptorlarını çıxarmaq üçün əməliyyat ola bilərsiniz. Ancaq böyük riskləri olan qarmaşıq bir prosedur olduğu üçün həkimlər əməliyyatı ancaq gərəkdiyi zaman tövsiyə edirlər.

Covid-19 kimi viral infeksiyasına yoluxan insanlarda və ya beyin travması səbəbiylədə bu problem yarana bilər. Ancaq bu səbəbdən yaranan parosmilərin xüsusi müalicəsi yoxdur. Burnunuzdakı və burun boşluğunuzdakı zədəli sinirlər yenidən böyüyə bilər, bu səbəbdən müalicə olmadan qoxu alma hissiyyatınız qismən və ya tamamilə geri gələ bilər.
Qeyd edək ki, xüsusi müalicə olmasa da, qoxu hərəkətləri edərək hissiyyatı qaytarmaq olar. Qoxu da bütün duyğu orqanları kimi istiqamətləndirilib alışdırıla bilər.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 02 sentyabr 2023

Oxşar xəbərlər

Bəyaz sirkənin faydaları

Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Diqqət dağınıqlığı testi

Diqqət dağınıqlığ testi nədir?. xəbər verir ki, diqqət dağınıqlığı testi, diqqət əksikliyi və hiperaktiv pozuntusu kimi vəziyyətlərdə xüsusilə uşaqlarda olmaq üzrə hər kəsdə diqqət dağınıqlığını təsbit etmək və dərəcəsin

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Qol ağrısının səbəbləri və müalicəsi

Qol ağrısı bir çox səbəblərlə meydana çıxan narahatçılıqdır. Bir anda başlayaraq zamanla keçə bilən və ya eyni zamanda davam edə bilən vəziyyətdir. xəbər verir ki, yazı yazma, alətlərlə məşğul olmaq, ağır əşya qaldırma v

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d

Dil uyuşması nə üçün olur?

Dil uyuşması nedir?. Dildə meydana gələn uyuşma ilə birlikdə hissizlik vəziyyəti dil uyuşması olaraq ifadə edilə bilər. Bu vəziyyətə eyni zamanda dildə qarışqalanma adı da verilə bilər. xəbər verir ki, bəzən keçici bir vəziyyət

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali

Siam əkizliyi necə olur?

Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır


masaj yuxuda tecili yardim babasil mualicesi cinsi xestelikler sekis
masaj
is elanlari