Ölkəmizdə ilk: bu aparat korona xəstələrini də müalicə edəcək

Ölkəmizdə ilk: bu aparat korona xəstələrini də müalicə edəcək"Həkim Baba" klinikasının konsultant həkimi Təranə Nəsiblinin Axar.az-a müsahibəsi:
- Fizioterapiyaya müraciət edən xəstələr nəyə diqqət etməlidirlər?
- Xəstəliklərin kəskin dövründə fizioterapiya tövsiyə olunmur. Kəskin xəstəliklər üçün peşəkar həkimlərimiz var. Əgər onlar məsləhət bilirlərsə, fizioterapiya edirik. Hər hansı klinikaya gedəndə pasienti ən çox təmizlik, peşəkar həkim və yüksək xidmət maraqlandırır. Gülər üzlə xəstəni qarşılayan personalın onu sağaltma faizi digərlərindən daha çoxdur. Xəstənin tez sağalması üçün psixoloji rahatlıq və pozitiv ab-hava çox vacibdir. Klinikamızda rahat, sakit ortam yaradılıb. Fizioterapiya keçən pasiyentlərimizi ən çox da bu cəlb edir. Çünki onların sinir sistemi gərgin olur.
- Fizioterapiya xidməti mərkəzinizdə yeni fəaliyyətə başlayıb. Bu sahədə hansı yenilikləriniz var?
- Mərkəzimizə yeni cihazlar gətirməyə davam edirik. Ölkəmizdə çox savadlı həkimlər var. Müalicə almaq üçün vətəndaşlarımız xaricə getməməlidirlər. Bunun üçün insanlarımızın etibarını qazanmaq lazımdır. Ən vacib məqam isə mərkəzimizdə peşəkar həkimlərin fəaliyyət göstərməsidir. İşə götürdüyümüz tibb bacılarını və həkimləri mütləq şəkildə konfranslara, treninqlərə göndəririk. Onu da qeyd edək ki, "Həkim Baba" sağlamlıq mərkəzinin 3 filialı mövcuddur və hər 3 filialda qadınlara özəl olaraq, yalnız qadın həkimlər tərəfindən, qadınlar üçün ayrılmış xüsusi mərtəbədə xidmət göstərilir.
- Yeni fizioterapiya cihazlarınız barədə məlumat verərdiniz.
- Klinikamızdakı "Tekar" aparatının bir çox xəstəliklərdə əvəzedilməz müalicəsi var. Qadın-kişi sonsuzluğunun, sidikqaçırma, qadınlarda uşaqlığın tonus problemləri, sidik kisəsinin və uşaqlığın enməsi, piylərin əridilməsi, eyni zamanda bir sıra əzələ ağrılarında, xüsusən çanaq əzələlərinin ağrılarında çox effektivdir. Bu cihaz özündə 200-dən çox tibbi protokolu cəmləşdirir. Bu aparatın əsas effektivliyi ilk seansdan təsir gücünə malik olması, elektromaqnit və elektrodinamik təsir göstərməsidir. Xarici ölkələrdə məşhur idmançılar bu aparatdan müalicədə istifadə edirlər. Bağların zədələnməsi, travmalarda, insult, nevrit, periferik sinir sistemi zədələnməsində, fibromialgiya, osteoxondrozda inanılmaz effekt verir.
- Azərbaycanda "Polyter Evo" aparatı yalnız "Həkim Baba"dadır. Bu cihazın özəllikləri nələrdir?
- "Polyter Evo" cihazı İtaliyanın EME şirkətinin məhsuludur. Ən son innovativ texnologiyalarla təchiz olunmuş cihazdır. Bu cihaz özündə 6 funksiyasını - tekar, maqnit, ultrason, yüksək və aşağı tezlikli lazer, həmçinin elektro-terapiyanı birləşdirir. Azərbaycanda yalnız bizim mərkəzimizdə var. Hər kəsə maraqlıdır: digər aparatlardan fərqi nədir ki, biz bunu Azərbaycana gətirmişik? Ən əsası ilk seansdan effektivliyini göstərir. Bunu həm tədqiqatlar, həm də pasiyentlərimizin üzərində apardığımız müalicələr sübut edir. Bu cihaz ən çox koronavirus xəstələrində ağ ciyərlərdə yaranan buzlu şüşələrin parçalanmasında effektivliyini göstərir. Hazırda bununla bağlı treninqlərimiz davam edir. Hər həftə onlayn olaraq treninqlərə qoşuluruq. Yaxın zamanlarda koronavirus xəstələrinə bu xidməti də göstərəcəyik. Cihazlarımız keyfiyyətinə görə də digərlərindən seçilir. Həmçinin "Polyter Evo" ilə eyni anda iki xəstəyə xidmət göstərmək mümkündür. Bununla həm də zamana qənaət edirik.
- Həkimlərimizə tövsiyəniz nədir?
- Həkim olaraq doğru seçimi mütləq xəstəyə izah etməliyik. Xəstənin yerinə özümüzü qoymalıyıq. Bir həkim pasiyentə qarşı həddən artıq kobuddursa, o, artıq savadının 50%-ni qurban verir. Həkim həm də yaxşı psixoloq olmalıdır. Xəstə inanmalıdır ki, həkim onu sağaldacaq. Bu səbəbdən pasiyentlər seçdikləri həkimə və klinikaya mütləq diqqət etməlidirlər. Sadə reklamlara aldanmaq doğru deyil.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 12 iyun 2023

Oxşar xəbərlər

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Hansı Masaj Növü sizə uyğundur ?

Masaj fiziki və zehni rahatlama üçün istifadə edilən ən qədim və təsirli terapiya üsullarından biridir. Ancaq hər masaj növü hər kəs üçün uyğun deyil, bədəninizin ehtiyaclarına görə doğru texnikanı seçmək vacibdir. Bəzi insanla

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?

Dırnaq göbələyi, geniş yayılmış göbələk infeksiyasıdır. Əl və ayaq dırnaqlarının uc qisminin altında başlaya bilər. Bu, irəliləyən bir vəziyyətdir. İnfeksiya irəlilədikcə dırnaqda solğun rəng, qalınlaşma, kənarlardan parçalanm

Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma

Qanda leykosit nədir?

Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva

Diqqət dağınıqlığı testi

Diqqət dağınıqlığ testi nədir?. xəbər verir ki, diqqət dağınıqlığı testi, diqqət əksikliyi və hiperaktiv pozuntusu kimi vəziyyətlərdə xüsusilə uşaqlarda olmaq üzrə hər kəsdə diqqət dağınıqlığını təsbit etmək və dərəcəsin

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d


masaj yuxuda cinsi xestelikler babasil mualicesi tecili tibbi yardim qarin agrisi
masaj
is elanlari