Ölkəmizdə bu xəstəlikdən ölüm halı niyə artıb?

Ölkəmizdə bu xəstəlikdən ölüm halı niyə artıb?Son zamanlar ölkəmizdə insult xəstəliyindən əziyyət çəkənlərin sayı artıb. Əvvəllər bu xəstəlik yaşı 60-dan yuxarı şəxslərdə müşahidə olurdusa, indi daha aşağı yaşlarda da bu xəstəliyə rast gəlmək mümkündür. Hətta bu xəstəlikdən ölüm sayı da artıb.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən nevroloq Qalib Əsədov bildirib ki, insult xəstəliyindən əziyyət çəkənlərin sayının kəskin şəkildə artmasının əsas səbəbi stressdir.
"Son dövrlərdə insanlar çoxlu miqdarda neqativ emosialar alırlar. Həyəcan, gərginlik, gündəlik həyat tərzimiz də insultun başılıca səbəblərindən biridir. Əvvəllər bayramlarda insanlar kütləvi şəkildə povizitiv enerjiyə köklənirdilər. Bu günlərdə isə biz bayramları belə könül xoşluğu ilə keçirə bilmirik. Bu cür gərginliyin fonunda təzyiq artır, qan dövranın pozulması ağır xəstəliklərə gətirib çıxarır.
İkinci amil isə canımızın qayğısına qalmırıq. Təzyiq varsa, haramızsa ağrıyırsa, baş ağrıyırsa, baş gicəllənməsi varsa, boş şeydir deyirik. Həkimə getməklə bağlı problem yaşayırıq. Ciddi problem olduqda belə, həkimə getmək əvəzinə, kimdənsə eşitdiyimiz türkəçarə üsullarına əl atırıq. O vaxt müalicəyə keçirik ki, xəstəlik artıq ciddiləşir, xəstə artıq insult keçirmiş olur", - Əsədov bildirib.
Nevroloq qeyd edib ki, xəstəliklərin artmasında digər məsələ qidalarımızdır:
"Azərbaycan mətbəxi çox zəngindir. Yağlı və duzlu yemək çeşidlərimiz boldur. Biz də bunlara diqqət etmədən çox yeyirik. Üstəlik bizim həyat tərzimiz yarımoturaq keçir. Çox insan işi ilə əlaqədər bütün gün kompüter arxasında olur. Bu da qan dövranın pozulmasına, onurğa əyriliyinə səbəb olur. İnsanlar təmiz havada gəzməli, bacardıqca stressdən uzaq olmalıdır".


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 12 iyun 2023

Oxşar xəbərlər

Əncir qurusunun faydaları və zərərləri

Əncir qurusu, vitamin və mineral baxımından zəngin qida qaynağıdır. İnsanlar tərəfindən bol şəkildə istifadə edilir. Əncirin tez yeyilməsi uyğundur, çünki tez xarab olan meyvədir. Ancaq qurudulmuş ənciri uzunmüddətli istifad

Nar qabığının faydaları

Hər mövsüm meyvəsini öz zamanınızda yemək insan orqanizmi üçün olduqca faydalıdır. Nar kimi onun qabığı da faydalıdır. xəbər verir ki, adətən meyvə qabığı yeyildikdən sonra qabığı atılır. Aparılan araşdırmalara görə, meyv

İtburnunun faydaları və zərərləri

İtburnu xalq arasında xüsusilə bitki çayı kimi sevilərək içilir. Qrip və buna bənzər qış xəstəliklərinə qarşı qalxan rolunu oynayır. Bu bitki həmçinin tənəffüs yolu xəstəliklərinə qarşı olduqca faydalıdır. Payız-qış aylarınd

Kartof qabığının faydaları

Kartof insan orqanizmi üçün faydalı tərəvəz hesab edilir. Aparılan araşdırmalara görə, kartofun özü qədər də qabıqları da faydalıdır. Bəs kartof qabığının faydaları nələrdir?. Kartof qabığının çayından istifadə edərək bi

Qozun faydaları və zərərləri

Qoz, hər zaman "beyin yeməyi" olaraq qəbul edilir. Bəlkə quruluşunun da beyinə bənzəmə səbəbi budur. Yağ, protein və lif qaynağıdır. Ürək və sümük sağlamlığını qoruyur və uyğun çəkidə qalmağa kömək edir. Bir ovu

Qaya duzunun faydaları

Qaya duzu nədir?. xəbər verir ki, qaya duzu, yer altındakı duz yataqlarından çıxarılaraq əldə edilən və yenilə bilən duz formasında tapılan təbii sodium klorür formasıdır. İlk olaraq Hindistanın tibb sistemi olaraq ortay

Qaraciyərə faydalı qidalar

Qaraciyər, vücudun ən böyük orqanı olması ilə yanaşı özünü yeniləyə bilən tək orqan olması ilə həyati əhəmiyyət kəsb edir. Qarın boşluğunun sağ üstündə yer alır. xəbər verir ki, qaraciyərin funksiyasını normal yeriyə yetirməs

Orqanizmi xərçəngdən qoruyan qidalar

Düzgün qidalanma xərçəng hüceyrələrinin böyüməsini dayandıra bilər. . xəbər verir ki, hər təbii qidaların faydaları olduqca çoxdur. Sadəcə bəzi qidalar var ki, onlar insan orqanizmini xərçəng xəstəliyindən müdafiə edir. Xərçəngdə

Darçının bilmədiyiniz faydaları və zərərləri

Bir çox ədviyyatlar kimi darçının da insan sağlamlığı üçün faydaları bitib tükənməzdir. Cinnamomum adı verilən ağacların iç qabıqlarından əldə edilir. Gözəl qoxusunu və dadını verən isə yağıdır. Bu yağda sinnameldehit adlandırıla


masaj yuxuda cinsi xestelikler babasil mualicesi mede agrisi goz hekimi
masaj
is elanlari