Limonun faydaları

Limonun faydalarıXəstə olduğumuz zaman C vitamini üçün bolca istifadə etməyə çalışdığımız limonun bir çox faydaları mövcuddur.

Doktorinfo.az xəbər verir ki, limondan istifadə etmək üçün bir çox səbəb vardır.

Limonun faydalari nelerdir?

Limon immuniteti gücləndirir

Yaz-yay aylarında sərinləmək üçün içilən limon tərkibli şirələr, qışda isə xəstəlikdən qaçmaq üçün istifadə edilən limon C vitamini qaynağıdır.

Orqanizmi gücləndirir, mikroblarla mübarizə aparır.

Çəkini normada saxlayır

Çəkini normada saxlamaq istəyənlər rahatlıqla limondan istifadə edə bilərlər. Çünki limonlu su içmək bədəndə yağların toplanmasının qarşısını alır. Yağların əridilməsinə kömək edir.
Limonun faydalarıÜrək üçün faydalıdır

Bir ədəd limonda 31 mg C vitamini mövcuddur. Bu, gündəlik olaraq alınması lazım olan C vitamininin 100-də 51-dir. Damar sərtləşməsinin qarşısını alır. Tərkibindəki antioksidantlar vasitəsilə damarlarda toplanan, tıxanıqlığa yol açan sərbəst radikalları uzaqlaşdıraraq infarktdan, insultdan qoruyur.

Ürəyin qorunmasında rolu olan digər maddə liflərdir. Limon, lif cəhətdən olduqca zəngindir. Bu tərkib sayəsində qandakı xolesterin səviyyəsinin tənzimlənməsinə kömək olur.

Böyrək daşlarından qoruyur

Çox geniş yayılan və yenidən yaranma ehtimalı olan böyrək daşı vücuddakı sitrik asit səviyyəsinin artması ilə qarşısı alına bilər. Limonun tərkibi isə çox zəngin olduğundan bu problemlərin yaranmaması üçün bu meyvədən bol istifadə edilməlidir.

Qansızlıq problemi varsa... - Bağırsaqlar, dəmiri ət, toyuq, balıq kimi qidalardan daha tez və asanlıqla alır. Kifayət qədər dəmir sovrulması olmadığı zaman vücuddakı dəmir səviyyəsi düşür və bu da qansızlığa yol açır.

Limonun suyunu deyil, meyvəsindən istifadə edin
Limonun faydalarıLimon, çəkini normada saxlamaqla bərabər arıqlamaq istəyənlər üçün də əla seçim meyvədir. Limon toxluq hissi yaradır.
Bir çox insan limonun özünü yemək əvəzinə suyundan istifadə edir. Ancaq limon suyunda pektin mövcud olmadığı üçün sadəcə suyunu içərək toxluq hissi yarada bilməzsiniz. Bunu da xatırladaq ki, çox yemək də məsləhət deyil. Çünki baş ağrısı yaradaraq təzyiqinizi aşağı sala bilər.

Həmçinin qeyd edək ki, düzgün qidalanmaqla yanaşı limondan istifadə etmək lazımdır. Əks halda tək yeməklə arıqlamaq və ya effekt görmək mümkün olmayacaq.

Oynaq iltihablanmalarına yaxşı təsir göstərir - Limonda mövcud olan antioksidantlar, artritin səbəb olduğu oynaq iltihablanması və oynaq nahiyələrindəki şişliyi azaltmaq üçün istifadə edilir.

Həzmə faydalıdır - Həzm prosedindəki toksinləri genişləndirərək düzgün formada həzminə dəstək olur. Mədə qıcqırması, qaz, şişkinlik kimi simptomların yüngülləşməsinə kömək olur.

Limon qabığının da bilinməyən bir çox faydaları mövcuddur. Suyunu istifadə etdikdən sonra qabığını atmadan fərqli üsullarla sağlamlıq üçün istifadə edə bilərsiniz. Xüsusilə qabığında C vitamini daha çoxluq təşkil edir.
Limonun faydalarıDigər faydaları isə aşağıdakılardır:

Diş və diş ətlərini qoruyarkən eyni zamanda gücləndirir.

Qaraciyər yağlanmasının qarşısını alır.

Yüksək miqdarda lif mövcuddur və bu da bağırsaqlar üçün faydalıdır.

Hüceyrə zədələnməsindən qoruyur.

Xərçəng riskini aşağı salır.

Damar sağlamlığını qoruyur.

Qabığı diqqətlə yuduqdan sonra istifadə etmək lazımdır.

Limonun faydalarıBes limon suyu ne ucun faydalidir?

Qızdırmanı endirir. Xəstəlik zamanı limon suyundan istifadə etmək effektli təsirə malikdir. Tərləməyi artırır, qızdırmanı aşağı salır.

Ağrıları azaldır. Diş əti qanaxmalarını dayandırır. Diş əti xəstəlikləri zamanı faydalıdır.

Yanıqları sağaldır. Limon suyu dəri üzərindəki yanma hissini azaldır və izlərin solmasına kömək edir.

Təbii antiseptik dərmandır. Günəş yanıqlarının ağrılarını azaltmaq üçün istifadə edilir. Ekzemaya müsbət təsir göstərir.

Qırışıqlıqları azaldır. Dərini canlı tutur.
Limonun faydalarıLimonun zererleri nelerdir?

Çox limon yeyilən zaman mədə qıcqırması, qusma, mədə bulantısı kimi vəziyyətlər yarada bilər. Həmçinin allergik meyvə sayıldığından allergiyası olanlar ehtiyyatla istifadə etməlidirlər.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 09 may 2024

Oxşar xəbərlər

İtburnunun faydaları və zərərləri

İtburnu xalq arasında xüsusilə bitki çayı kimi sevilərək içilir. Qrip və buna bənzər qış xəstəliklərinə qarşı qalxan rolunu oynayır. Bu bitki həmçinin tənəffüs yolu xəstəliklərinə qarşı olduqca faydalıdır. Payız-qış aylarınd

Ən yaxşı vitamin kompleksi hansıdır? - Bunları bilmək vacibdir

Düzgün qidalanmağa diqqət yetirən birisinizsə, vacib vitamin və minerallar tərkibli qidaları yemək haqqında müəyyən qədər fikriniz ola bilər. Vitaminlər və minerallar sağlamlıq üçün gərəklidir və düzgün qidalanmaq vücudunuzu

Şalfeyin faydaları

Adaçayı nədir?. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, adaçayı, digər adı ilə sürvə dünya mətbəxlərində çox istifadə edilən aromaya sahib bitki növüdür. Bəzi insanlar rus dilindən götürülm

Nanənin faydaları

Nanənin faydaları, sağlam həyata təbii üsullarla çatmağınıza kömək ola biləcək qədər çoxdur. Tənəffüsdən mədə problemlərinə qədər bir çox mövzuda sağlamlığınıza dəstək olan nanə, təzə ya da quru olaraq istifadə edilə bilər

Orqanizmi xərçəngdən qoruyan qidalar

Düzgün qidalanma xərçəng hüceyrələrinin böyüməsini dayandıra bilər. . xəbər verir ki, hər təbii qidaların faydaları olduqca çoxdur. Sadəcə bəzi qidalar var ki, onlar insan orqanizmini xərçəng xəstəliyindən müdafiə edir. Xərçəngdə

Qaya duzunun faydaları

Qaya duzu nədir?. xəbər verir ki, qaya duzu, yer altındakı duz yataqlarından çıxarılaraq əldə edilən və yenilə bilən duz formasında tapılan təbii sodium klorür formasıdır. İlk olaraq Hindistanın tibb sistemi olaraq ortay

Qırmızı soğanın faydaları

Qırmızı soğan digər soğan növü kimi olduqca faydalıdır. Ancaq digər növlə müqayisədə daha şirindir, acılığı azlıq təşkil edir. Bu tərəvəzin bənövşəyi rəngi vardır. Bu səbəbdən adətən yeməklərdə az istifadə edilir. Buna səbə

Qəhvə içmək faydalıdır ya zərərli?

Qəhvənin tərkibində yüksək kafein mövcuddur. Bu səbəbdən gündəlik həddindən çox istifadəsi sağlamlıq problemlərinə yol aça bilər. Yuxu problemindən tutmuş vücudda su itkisinə qədər bir çox narahatçılıqlar yaşana bilər. xəbə

Feyxoanın faydaları

Feyxoa insan sağlamlığı üçün olduqca faydalı meyvələrdən biridir. Qida dəyəri olduqca zəngindir. xəbər verir ki, tərkibində müxtəlif vitamin və minerallar mövcuddur. Feyxoa meyvəsinin qida dəyərləri:. Feyxoa, aşağı kaloril


masaj yuxuda tecili yardim dis agrisi sekis qarin agrisi
masaj
is elanlari