Mətbəxinizin ən vitaminli qidaları hansılardır?

Mətbəxinizin ən vitaminli qidaları hansılardır?Sağlam vücuda sahib olmağın əsas sirlərindən biri qəbul edilən vitaminlərdir. Hər yaşda lazımi vitamin qəbulu olunmalıdır. Vitaminlər, tərəvəz, meyvələr, bir çox taxıl qrupunda mövcuddur. Gün ərzində ehtiyac duyulan vitaminlər qidalar vasitəsilə qəbul edilir. Ən yaxşı enerji verən vitamin qaynağı olan qidaları istifadə etmək sağlamlıq üçün təsirli olacaqdır.

Evinizdə mövcud olan vitamin qaynaqları nələrdir?

Süd – Vücudunuzu gücləndirmək üçün ala biləcəyiniz ən yaxşı vitamin əlavəsi 1 stəkan süddür. Süd, A vitamini cəhətdən ən zəngin qidadır və K vitamini də mövcuddur. Kalsiumun qaynağı olan süd, hər yaş üçün əhəmiyyət daşıyır.

Yumurta – A və K vitaminini evdə təbii yollarla almaq üçün hər səhər yumurta istifadə etməyə diqqət göstərin. Sümüklərin və əzələlərin güclənməsinə kömək edir.

Mətbəxinizin ən vitaminli qidaları hansılardır?Pendir – Kalsium qaynaqlarından biridir. A vitamininin ən çox mövcud olduğu qida qrupudur. Ağız və diş sağlamlığı üçün mühümdür. Mütəmadi istifadəsi zaman sümük xəstəliklərinin yaranma riskini azaldır.

Bulqur – B vitamini ilə zəngindir. Qan şəkərini tənzimləyir. Dəmir əksikliyi, qan azlığı ilə bağlı yaranan xəstəliklər zamanı bu qidadan istifadə etmək əhəmiyyətlidir.

Qoz – B1 vitamini ilə zəngin olduğundan beyin inkişafı üçün vacib qida hesab edilir. Hər səhər yeməyində 2 ədəd qoz yeyərək vücudun müqavimətini artıra bilərsiniz. Uşaqlarınızın daha ağıllı olmaqlarını istəyən valideynlər uşaqların qozdan istifadə etməsinə diqqət göstərməlidirlər.

Mətbəxinizin ən vitaminli qidaları hansılardır?Balıq – Dəmir əksikliyi zamanı balıq yeməyə diqqət göstərməlisiniz. Balıq K, B vitaminlərinə sahib olan güclü ət qrupuna aiddirlər. Həftədə 2 dəfə təzə balıq istifadə edilməlidir.
Orta yağlı balıqların beyin inkişafı üçün təsirli olduğunu unutmadan, həftədə 2 dəfə balıq istifadəsini uşaqlarınıza da vərdiş halına gətirin.

Brokoli – C vitamini ilə zəngindir. Antioksidant qaynağıdır. Xərçəngli hüceyrələri vücuddan atan, qana qarışmasına icazə verməyən brokoli salat və suplarından bol istifadə etməlisiniz.
Hər yaşda istifadə edilməlidir.
Mətbəxinizin ən vitaminli qidaları hansılardır?Turp – Antioksidantdır. Payız və qış aylarında bolca istifadə edilən qidalardandır. Vitamin qaynağıdır. Öskürək və infeksiyalar zamanı effektlidir.

İspanaq – Birdən çox vitamin mövcuddur. Xüsusilə əzələ və sümük inkişafına dəstəkdir. Dəmir əksikliyi, qansızlıq zamanı effektlidir.

Qarpız – Yay aylarında bolca istifadə edilməlidir. C vitaminini bol formada təqdim edir. Böyük hissəsini su təşkil etdiyindən orqanizm üçün çox faydalıdır. Sidik yollarını təmizləyir, qan şəkərini nizamlayır.
Mətbəxinizin ən vitaminli qidaları hansılardır?Banan – E vitamini tərkibli təbii gözəllik sirlərindən biridir. Dərinizi və saçlarınızı qoruya bilərsiniz. Potasium tərkibi ilə vücudunuzu viruslara qarşı qoruyur. Bağırsaqlarda yaranan parazitləri təmizləmək, ishal kimi vəziyyətin qarşısını almaq, ağız və diş sağlamlığını qorumaq üçün banandan rahatlıqla istifadə edə bilərsiniz.

Ət – Həftədə ən az 3 dəfə yeyilməlidir. Qan dövranı, immunitet sistemi üçün vacibdir. Tərkibindəki B vitamini, dəmir əksikliyinin qarşısını alacaq qədər təsirlidir. Ətdən istifadə nəticəsində özünüzü daha taqətli, güclü, enerjili hiss edə bilərsiniz.
Bundan əlavə meyvələrin faydalarını diqqətə çatdırmağa ehtiyac yoxdur. Çünki bütün meyvələr vitaminlərlə zəngindir və qəbulu vacib əhəmiyyət daşıyır. Narıncı rəngdə olan meyvələri payız aylarında qəbul etmək immunitet üçün daha da vacibdir.
Mətbəxinizin ən vitaminli qidaları hansılardır?


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 21 avqust 2023

Oxşar xəbərlər

Quava meyvəsi faydaları

Orta Amerika, Hindistan başda olmaq üzrə bir çox tropikal və subtropikal bölgədə yetişən quava meyvəsi, quava ağacından əldə edilən qabıqlı bir meyvədir. Oval formalı, rəngi açıq yaşıl və ya sarıdır. xəbər verir ki, antioksidan

Qan artıran qidalar

Anemiya, qana rəngini verən və oksigenin hüceyrələrə daşınmasını təmin edən protein olan hemoqlabinin normal səviyyənin altına düşməsi vəziyyətidir. xəbər verir ki, qanazlığının bir çox səbəbi ola bilər. Düzgün qidalanmama

Xurmanın faydaları və zərərləri

Xurma, tünd rəngi olan və ağacda yetişən meyvədir. Daha çox isti və quru iqlim olan sahələrdə yetişir. İnsan sağlamlığı üçün çox faydalıdır. Yüksək qida dəyəri, normal doğuşu asanlaşdırması və antioksidant təsiri olaraq bilinir

Zəncəfilin faydaları və zərərləri

Zəncəfil, qış aylarında daha çox istifadə edilən, şəfa deposudur. Bir çox vitamin və minerallarla zəngindir. Soyuqdəymə, ishal, mədə bulantısı kimi həzm sistemi problemləri zamanı faydalıdır. İmmunitet sistemini gücləndirir

Xiyarın faydaları

Xiyar, insan orqanizmi üçün əhəmiyyətli tərəvəzlərdən biridir. Xiyarın tərkibində insan vücudu üçün vacib olan 95% su mövcuddur. xəbər verir ki, xiyarı davamlı yemək böyrək daşlarının yaranmasının qarşısını da alır. Xiya

Nar çiçəyinin faydaları

Nar çiçəyi nədir?. Nar çiçəyi, Çin tibbində əhəmiyyətli yeri olan, faydaları ilə diqqət çəkən bitki növüdür. xəbər verir ki, nar meyvəsi yaranarkən öncə çiəkləri açar. Nar çiçəkləri gözəl görüntüyə sahib olduqları kimi qid

Çuğundurun faydaları və zərərləri

Çoxlu şəfası mövcud olan çuğundur, həftədə ən az bir dəfə istifadə edildiyi zaman daxili orqanların qocalmasını dayandırır, hüceyrə zərərinin qarşısını alır və immuniteti gücləndirir. məlumat verir ki, mütəxəssislər, qırmız

Bəhməzin faydaları

Bəhməzin insan vücuduna bir çox faydası mövcuddur. xəbər verir ki, qatqı maddəsi olmayan bəhməzlər istifadə edildiyi zaman boğazda yanma yarada bilər. Mütəmadi istifadə edildiyi zaman piylənmə, qadın xəstəlikləri, qansızlıq

Narın faydaları və zərərləri

Nar, ləzzəti və görüntüsü ilə bir çox qida və salatlarda istifadə edilir. Sağlamlıq cəhətdən isə olduqca faydalıdır. Güclü antioksidantdır və bir çox xəstəliyə qarşı qoruyucu xüsusiyyəti mövcuddur. xəbər verir ki, tərkibind


masaj yuxuda cinsi xestelikler babasil mualicesi tecili tibbi yardim qarin agrisi
masaj
is elanlari