Xərçəng riskini aşağı salır - Kökün faydaları

Xərçəng riskini aşağı salır - Kökün faydalarıKök özünəməxsus dad və qoxuya sahibdir. Rəng cəhətdən bir neçə növü var. Faydaları isə hər rəngində olduqca yüksəkdir.
Kökün, 85%-i sudan, 10 %-lik hisəsi lif və şəkərdən, qalan qismi az miqdarda yağ, protein, vitamin və minerallardan ibarətdir. Tərkibində A vitamini, karotenoid, B3, B6, C, K vitaminləri, fol turşusu mövcuddur. 55-60 qram ağırlığına sahib böyük ölçülü bir kök 35-40 miqdarda kalori enerji verir.

Kökün faydaları nələrdir?

Doktorinfo.az məlumat verir ki, kök qüvvətli antioksidantdır. Kökdən çox istifadə edən şəxslərdə prostat xərçəng təhlükəsi daha azdır. Ağciyər xərçənginin qarşısının alınmasında yararlıdır. A vitamini və potassium ürək sağlamlığı üçün olduqca faydalıdır. Kökün terkibi bu vitaminlərlə zəngindir.

Kökün faydalarını təqdim edirik:

Göz sağlamlığı üçün olduqca faydalıdır.

Şəkər xəstəliyi olanlar üçün qidalandırıcı tərəvəzdir.

Lifli quruluşu vardır, qan şəkərinin sürətli yüksəlməsinə maneə olur.

Qəbizliyin qarşısını almağa kömək edir.

Bağırsaq üçün faydalıdır.

Dərini qoruyur, parlaqlıq verir.

Saç sağlamlığını qoruyur.

Xerçengin yayılmasına maneə olur.

Arıqlamağa kömək edir.
Xərçəng riskini aşağı salır - Kökün faydalarıKök necə istifadə edilməlidir?

Bütün köklərin tərkibində karotenoid mövcuddur. Bu, bağırsaqda yağ vasitəsilə sovrulur. E vitamini karotenoidinin sayəsində sovrulmanı artırır. Ən sağlam yeyilmə forması çiy formadadır ya da yumşalana qədər bişirib yeyilməlidir.

Kök suyunun faydaları nələrdir?

Tərəvəzlərin və meyvələrin suları sıxılıb istifadə edildiyi zaman özlərindəki vitamin və minerallar daha tez sovrulur. 1 stəkan kök suyu 3-4 ədəd kökdən əldə edilir. Kök suyu istifadə etmək kökü istifadə etməkdən daha çox vitamin qazandırır. Suyu sıxılmış olan tərəvəz və meyvələr qan şəkərini ani bir şəkildə yüksəldir. Bunun ilə yanaşı qan şəkərinin tənzimlənməsi və bağırsaqların yaxşı çalışması üçün olduqca vacibdir. Ancaq kök suyu şəkər xəstəliyi mövcud şəxslər üçün davamlı olaraq istifadə edilməməlidir.

Xərçəng riskini aşağı salırmı?

Kök, xərçəng riskini aşağı salır. Antioksidantdır. Hüceyrə pozulmalarının qarşısını alır.

Bu barədə bir çox araşdırmalara aparılıb.

Tədqiqat zamanı 15 könüllü iştirak edib. Onlardan qan analizleri əldə edilib. Bundan sonra isə 7 gün ərzində hər dəfə 100 ml qədər kök şirəsi verilib. Kök suyu içdikdən sonra iştirakçıların qanında bu sitokinlərin səviyyəsi artıb.

Bu maddə iltihab əleyhinədir. Xərçəng hüceyrələrinə qarşı immuniteti artırır. İmmun reaksiyasını düzgün tənzimləyir. Həmçinin interleykin 17A yüksəlir ki, bu da öz növbəsində xərçəngdən müdafiə etməkdə yararlıdır. Bununla da kök və şirəsinin elmi əsaslarla faydası sübut edilib.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 07 dekabr 2023

Oxşar xəbərlər

İtburnunun faydaları və zərərləri

İtburnu xalq arasında xüsusilə bitki çayı kimi sevilərək içilir. Qrip və buna bənzər qış xəstəliklərinə qarşı qalxan rolunu oynayır. Bu bitki həmçinin tənəffüs yolu xəstəliklərinə qarşı olduqca faydalıdır. Payız-qış aylarınd

Ən yaxşı vitamin kompleksi hansıdır? - Bunları bilmək vacibdir

Düzgün qidalanmağa diqqət yetirən birisinizsə, vacib vitamin və minerallar tərkibli qidaları yemək haqqında müəyyən qədər fikriniz ola bilər. Vitaminlər və minerallar sağlamlıq üçün gərəklidir və düzgün qidalanmaq vücudunuzu

Şalfeyin faydaları

Adaçayı nədir?. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, adaçayı, digər adı ilə sürvə dünya mətbəxlərində çox istifadə edilən aromaya sahib bitki növüdür. Bəzi insanlar rus dilindən götürülm

Nanənin faydaları

Nanənin faydaları, sağlam həyata təbii üsullarla çatmağınıza kömək ola biləcək qədər çoxdur. Tənəffüsdən mədə problemlərinə qədər bir çox mövzuda sağlamlığınıza dəstək olan nanə, təzə ya da quru olaraq istifadə edilə bilər

Orqanizmi xərçəngdən qoruyan qidalar

Düzgün qidalanma xərçəng hüceyrələrinin böyüməsini dayandıra bilər. . xəbər verir ki, hər təbii qidaların faydaları olduqca çoxdur. Sadəcə bəzi qidalar var ki, onlar insan orqanizmini xərçəng xəstəliyindən müdafiə edir. Xərçəngdə

Qaya duzunun faydaları

Qaya duzu nədir?. xəbər verir ki, qaya duzu, yer altındakı duz yataqlarından çıxarılaraq əldə edilən və yenilə bilən duz formasında tapılan təbii sodium klorür formasıdır. İlk olaraq Hindistanın tibb sistemi olaraq ortay

Qırmızı soğanın faydaları

Qırmızı soğan digər soğan növü kimi olduqca faydalıdır. Ancaq digər növlə müqayisədə daha şirindir, acılığı azlıq təşkil edir. Bu tərəvəzin bənövşəyi rəngi vardır. Bu səbəbdən adətən yeməklərdə az istifadə edilir. Buna səbə

Qəhvə içmək faydalıdır ya zərərli?

Qəhvənin tərkibində yüksək kafein mövcuddur. Bu səbəbdən gündəlik həddindən çox istifadəsi sağlamlıq problemlərinə yol aça bilər. Yuxu problemindən tutmuş vücudda su itkisinə qədər bir çox narahatçılıqlar yaşana bilər. xəbə

Feyxoanın faydaları

Feyxoa insan sağlamlığı üçün olduqca faydalı meyvələrdən biridir. Qida dəyəri olduqca zəngindir. xəbər verir ki, tərkibində müxtəlif vitamin və minerallar mövcuddur. Feyxoa meyvəsinin qida dəyərləri:. Feyxoa, aşağı kaloril


masaj yuxuda tecili yardim dis agrisi sekis qarin agrisi
masaj
is elanlari