İnsan ömrünü ən azı 20 il uzadan meyvə kəşf edildi

İnsan ömrünü ən azı 20 il uzadan meyvə kəşf edildiDünyada sintetik qidaların, gərginlik və stressin fonunda alimlər insan ömrünü necə uzatmağın yollarını axtarırlar. Təbii ki, ilk növbədə təbiətə-təbii qidalara nəzər salınır.
KONKRET.az həmin növ bitkilərdən biri haqqında aparılan araşdırma nəticələrini təqdim edir:
Aparılan bir araşdırmada tədqiqatçılar qırmızı qarağatın (Frenk üzümü) mühüm faydalarını və xüsusən də ürək-damar sisteminə yaxşı təsir etdiyini aşkar ediblər.  Professor Mark Villemsin fikrincə, hətta bu bitkinin bir həftə qəbul edilməsi belə qan dövranında ciddi nəticələrə səbəb olur və bədəni on il cavanlaşdırır, ölümü 20 il uzaqlaşdırır…
Professor Willems 2013-cü ildən Yeni Zelandiya qırmızı qarağatın üzərində araşdırma aparır. Professor bildirir ki, bitki uzunömürlülük üçün əsas qidalardandır. Çiçester Universitetində aparılan araşdırmada da qarağatın ürək-damar sistemi üçün inanılmaz faydalı olduğu aşkar edilib.
Tədqiqatçılar müşahidə ediblər ki, qırmızı qarağat ekstraktı qəbul etməklə əzələ daralması zamanı qanın axınını 45 faizə qədər artırmaq mümkündür.  Kliniki əhəmiyyətli dəyişiklik bitkinin qəbulundan 4-7 gün ərzində baş verir.
Professor Willems deyib ki, qırmızı qarağat ekstraktının qəbulu yüksək təzyiqə səbəb olan ürək-damar qüsurlarına qarşı tampon rolunu oynaya bilər. Yüksək qan təzyiqi tez-tez "səssiz qatil" olaraq adlandırılır, çünki bu, bütün dünyada əsas ölüm səbəblərindən biridir. O, ürək çatışmazlığı, koronar arteriya xəstəliyi, insult, periferik arteriya xəstəliyi və damar demanslarının saysız-hesabsız hallarının arxasındakı səbəbdir.
Qırmızı qarağat kalium və linolenik turşunun yaxşı mənbəyidir, hər ikisinin hipertoniya və ürək-damar sağlamlığı üçün elmi cəhətdən sübut edilmiş faydaları var. Kalium qan təzyiqini aşağı sala bilər, GLA isə ürəkdəki hüceyrələrin zədələnməsinə müqavimət göstərməyə kömək edir və qan damarlarında trombositlərin yığılmasını yavaşlatır. Professor Villems: "Tədqiqatlarda görürük ki, qarağatın normal qan təzyiqi olan insanlara çox az təsiri var".
Bununla belə, o əlavə edib ki,  qarağat yemək üçün heç də yüksək qan təzyiqinin yaranmasını da gözləmək lazım deyil. Bitki ürək-damar sisteminə faydalı olduğu üçün xəstəliyin yaranmasını önləyir və gələcək təhlükələrdən insanı xilas edir.//Musavat.com


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 08 iyul 2023

Oxşar xəbərlər

Quava meyvəsi faydaları

Orta Amerika, Hindistan başda olmaq üzrə bir çox tropikal və subtropikal bölgədə yetişən quava meyvəsi, quava ağacından əldə edilən qabıqlı bir meyvədir. Oval formalı, rəngi açıq yaşıl və ya sarıdır. xəbər verir ki, antioksidan

Qan artıran qidalar

Anemiya, qana rəngini verən və oksigenin hüceyrələrə daşınmasını təmin edən protein olan hemoqlabinin normal səviyyənin altına düşməsi vəziyyətidir. xəbər verir ki, qanazlığının bir çox səbəbi ola bilər. Düzgün qidalanmama

Xurmanın faydaları və zərərləri

Xurma, tünd rəngi olan və ağacda yetişən meyvədir. Daha çox isti və quru iqlim olan sahələrdə yetişir. İnsan sağlamlığı üçün çox faydalıdır. Yüksək qida dəyəri, normal doğuşu asanlaşdırması və antioksidant təsiri olaraq bilinir

Zəncəfilin faydaları və zərərləri

Zəncəfil, qış aylarında daha çox istifadə edilən, şəfa deposudur. Bir çox vitamin və minerallarla zəngindir. Soyuqdəymə, ishal, mədə bulantısı kimi həzm sistemi problemləri zamanı faydalıdır. İmmunitet sistemini gücləndirir

Xiyarın faydaları

Xiyar, insan orqanizmi üçün əhəmiyyətli tərəvəzlərdən biridir. Xiyarın tərkibində insan vücudu üçün vacib olan 95% su mövcuddur. xəbər verir ki, xiyarı davamlı yemək böyrək daşlarının yaranmasının qarşısını da alır. Xiya

Nar çiçəyinin faydaları

Nar çiçəyi nədir?. Nar çiçəyi, Çin tibbində əhəmiyyətli yeri olan, faydaları ilə diqqət çəkən bitki növüdür. xəbər verir ki, nar meyvəsi yaranarkən öncə çiəkləri açar. Nar çiçəkləri gözəl görüntüyə sahib olduqları kimi qid

Çuğundurun faydaları və zərərləri

Çoxlu şəfası mövcud olan çuğundur, həftədə ən az bir dəfə istifadə edildiyi zaman daxili orqanların qocalmasını dayandırır, hüceyrə zərərinin qarşısını alır və immuniteti gücləndirir. məlumat verir ki, mütəxəssislər, qırmız

Bəhməzin faydaları

Bəhməzin insan vücuduna bir çox faydası mövcuddur. xəbər verir ki, qatqı maddəsi olmayan bəhməzlər istifadə edildiyi zaman boğazda yanma yarada bilər. Mütəmadi istifadə edildiyi zaman piylənmə, qadın xəstəlikləri, qansızlıq

Narın faydaları və zərərləri

Nar, ləzzəti və görüntüsü ilə bir çox qida və salatlarda istifadə edilir. Sağlamlıq cəhətdən isə olduqca faydalıdır. Güclü antioksidantdır və bir çox xəstəliyə qarşı qoruyucu xüsusiyyəti mövcuddur. xəbər verir ki, tərkibind


masaj yuxuda cinsi xestelikler babasil mualicesi tecili tibbi yardim qarin agrisi
masaj
is elanlari