Yüksək təzyiq, Hipertoniya xəstəliyi

Yüksək təzyiq, Hipertoniya xəstəliyiBütün dünyada ən çox görülən xəstəliklərdən biri hipertoniyadır. Orta yaşlı insanlarda daha çox müşahidə edilir. Yaşlı insanlarda xroniki hala çevrilə və nəzarətdə saxlanmadığı təqdirdə ölümə belə yol aça bilər. Yüksək təzyiq ürək-damar, böyrək xəstəliklərinə, beyin qanaxması kimi ağır problemlərə səbəb olur. Erkən diaqnoz isə əhəmiyyət kəsb edir.

Hipertoniya haqqında daha ətraflı məlumatı məqaləni sonadək oxuyaraq əldə edə bilərsiniz.

Yüksək təzyiq (Hipertoniya) nədir?

Doktorinfo.az məlumat verir ki, Hipertoniya – qan təzyiqinin yüksək olmasıdır. Erkən diaqnoz və müalicə bu xəstəlik üçün vacibdir.

Yuksek tezyiqin diaqnozu nece qoyulur?

Bunun üçün təzyiq iki həftə ərzində mütəmadi şəkildə ölçülərək yoxlanılır. Əgər göstərici 140/90 olarsa bu, yüksək təzyiq kimi düşünülür. Bundan əlavə qan analizi, qanda xolesterin, kreatinin yoxlanılmalıdır. Həmçinin həkim müayinə əsasında tövsiyə edərsə pasiyentin ürəyi də ətraflı şəkildə müayinə oluna bilər.

Tezyiq ne ucun yukselir?

Adeten genetik və ya müxtəlif xəstəliklərlə bağlı olur. Bununla yanaşı ətraf mühit, şəxsin yaşadığı həyat tərzi təsir edə bilər.
Yeyilən qidaların tərkibi təzyiqin qalxması üçün əsas faktordur. Xüsusilə yağ deyeri yüksək olan qidalar təzyiqi ani şəkildə yüksəldə bilər. Siqaretdən, spirtli içkilərin istifadəsi təzyiqin yüksəlməsinə yol açan vasitələrdir.

Qeyd edək ki, düzgün qidalanmaq, meyvə və tərəvəzlərin qəbulu təzyiqi nəzarətdə saxlamağa kömək edir.
Ancaq qeyd etdiyimiz kimi, bəzi xəstəliklər də təzyiqin yüksəlməsinə səbəb ola bilər. Damarların tıxanması, tiroid xəstəlikləri, endokrin, böyrək problemləri yüksək təzyiq xəstəliyinə zəmin yaradır.

Hipertoniyanın dərəcələri:

Hipertoniya xəstəliyinin üç dərəcəsi mövcuddur:

Sistolik təzyiqin 140-159,

Diastolik təzyiqin 90-99 mm civə sütunu olması birinci,
Yüksək təzyiq, Hipertoniya xəstəliyiSistolik təzyiqin 160-179,

Distolik təzyiqin 100-109 mm civə sütunu olması ikinci,

Sistolik təzyiqin 180 mm civə sütunundan, diastolik təzyiqin 110 mm civə sütunundan yüksək olması zamanı üçüncü dərəcəli arterial hipertenziya diaqnozu qoyulur.

Hipertoniyanin elametleri nelerdir?

Adətən xüsusi, keskin ağrılar baş verməz. Yüngül baş ağrısı, gicəllənmə, burun qanaması kimi əlamətlər təzyiqin yüksəlməsi ilə meydana çıxa bilər. Ancaq bu əlamətlər vücudda hansısa orqanların funksiyalarının pozulması mənasına gəlməz.

Bu əlamətlər baş verərsə hekim müayinəsi vacibdir:

Nəfəs darlığı

Döş qəfəsində ağırlıq, ağrılar

Şiddətli baş ağrısı

Bulantı

Qusma

Şüur itkisi və s.

Hipertoniya xəstəliyi iki hissəyə ayrılır: birincili və ikincili.

İkincili hipertoniya adətən daxili orqanların funksiyalarında dəyişiklik olduğu zaman baş verir.
Stress təzyiq yüksəlməsinə səbəb olan əsas faktorlardan biridir. Streslə əlaqəli olaraq yuxu problemləri, depressiya, ishal, baş ağrısı, vücudun müxtəlif nahiyələrində ağrılar yarana bilər. Bunlar isə müalicə olunaraq nəzarət altına alınmasa hipertoniya xəstəliyinə yol aça bilər.

Qeyd edək ki, hipertoniya xəstəliyinin müalicəsində əsas məqsəd ürək-damar ağırlaşmalarının və ölümün qarşısını almaqdır.

Yüksək təzyiq, Hipertoniya xəstəliyiHipertoniyanın mualicesi nece aparilir?

Burada məqsəd təzyiqi aşağı endirməkdir. Əgər xəstədə şəkər xəstəliyi, böyrək çatışmazlığı, hansısa orqanın funksiyasında pozulma varsa qan təzyiqi daha da aşağı endirilməlidir. Dərman müalicəsi bu xəstəlik üçün xüsusi əhəmiyyət kəsb edir.

Bununla yanaşı düzgün qidalanmaq, idmanla məşğul olmaq, duz qəbulunun azalması vacib şərtlərdən biridir.

Hipertoniyadan qorunmaq üçün rasiona vitamin B3 (niasin) olan qidalar daxil edilməlidir. Həkimlərin dediyinə görə, niasinin damargenişləndirici təsiri var, təzyiqin artmasının qarşısını alır.

Kifayət qədər vitamin B3 qəbul edən insanlarda hipertoniyaya tutulma riski 35 faiz azalır. Çovdar çörəyi, təmizlənməmiş taxıl, qarabaşaq, lobya, qoz-fındıq, yumurta sarısı, ət, süd, göbələk, ananas kimi məhsullardır. Ən çox B3 vitamini mayada olur.

Bəs hansı təbii reseptlərdən istifadə etmək mümkündür?
Yüksək təzyiq, Hipertoniya xəstəliyiTəqdim edəcəyimiz reseptler təzyiq xəstələrinin qidalanmağında yer ala bilər.

Bunun üçün 1 xörek qaşığı pişikotu və nanə qarışdırılır. 1 çay qaşığı bundan alınaraq dəmlənilir. Gün ərzində 2 dəfə içmək tövsiyə edilir.

Yarpız, kəklikotu, yemişan qarışdırılır. Daha sonra isə 8 saat dəmlənilir. Dəmləndikdən sonra isə süzülməlidir. Gün ərzində 2-3 dəfə istifadə etmək mümkündür. Bunu mütəmadi istifadə etmək lazımdır.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 13 iyun 2024

Oxşar xəbərlər

Sümük xərçənginin əlaməti

Xərçəng bir çox orqanda yarana bilən, ölümlə nəticələnən ağır xəstəlikdir. Erkən diaqnoz və müalicə bu xəstəlik zamanı həyati önəm kəsb edir. Hətta sümüklər, yumşaq toxumalarda belə yaranması mümkündür. xəbər verir ki, bəzə

Herpesin müalicəsi

Herpes virusu insanlarda tez-tez görülən və adətən ağrılı lezyonlara yol açan bir virus ailəsinin üzvlərini əhatə edən termindir. Bu virus ailəsi xüsusilə herpes simpleks virusu 1 və herpes simpleks virusu 2 olmaq üzrə ik

Öd kisəsi xəstəlikləri

Öd, yaşılımtıl qəhvəyi rəngdə olub, artıq maddələr, xolesterin, və öd duzlarından ibarət olur. Öd, həzm fermenti deyildir, ancaq öd duzu, böyük yağ damlacıqları emulsiya etməsi ilə eyni funksiyan yerinə yetirir. xəbər veri

Böyrək büzüşməsi (kiçilməsi) nədir?

Böyrək büzüşməsi, böyrəklərin ölçüsündə anormal formada olan kiçilmədir. Sağlam şəxslərin böyrəkləri 10-12 sm uzunluğunda, 5-6 sm genişliyində və 3-4 sm qalınlığındadır. Atrofik böyrək isə böyrəklərin nisbətən normal dəyərində

Kor bağırsaq ağrısı əlamətləri

Apendisit(Kor bağırsaq), təxminən 9 sm uzunluğunda olan kiçik, incə kisədir. Gövdənin sağ alt tərəfində yer alır. xəbər verir ki, apendisitin vücudda hansı funksiyanı yerinə yetirdiyi dəqiq bilinməsə də immunitet sistemiyl

Mədə kiçiltmə əməliyyatı

Mədə kiçiltmə əməliyyatı, vücud kütlə indeksi 40 faizinin üzərində olan xəstələrdə ya da 30 faiz olub da diabet, yüksək təzyiq və astma kimi narahatlıqlara sahib olan xəstələrdə tətbiq edilməkdədir. Günümüzdə artıq çəkilərin

Enməmiş xaya, kriptorxizm nədir?

Oğlan uşaqlarında ana bətnində olarkən xayaların mayası hər iki tərəfdə, bel nahiyəsində qoyulur. İnkişaf etdikcə xaya xayalığa doğru enməyə başlayır. 8-9-cu aylarda xayalığa enir. Doğulan zaman isə xaya xayalıqda olur. Bəzə

Angina müalicəsi

Angina günümüzdə geniş yayılan, narahatçılıqlar yaradan badamcıqların iltihablanmasıdır. xəbr verir ki, görüntüsündən asılı olaraq qırmızı və ya ağ angina olaraq adlandırılır. Virus və ya bakteriyal qaynaqlı olur. Bunun dəqi

Osteoxondrozun təbii yolla müalicəsi

Bu gün dünyanın bütün ölkələrində, hər insan onurğa problemləriylə qarşılaşır. məlumat verir ki, ən geniş yayılan xəstəliklərindən biri osteoxondrozdur. Statistikaya görə, dünyanın bütün sakinlərinin 80 aizi bu xəstəlikdə


masaj yuxuda babasil mualicesi boyrek agrisi tecili yardim qarin agrisi
masaj
is elanlari