Gündə 10 min addım atmağın faydaları

Gündə 10 min addım atmağın faydalarıGəzinti ən asan və ən təbii fiziki fəaliyyətdir. Heç bir alətə və ya cihaza, şərtlərə və hətta xüsusi geyim formasına ehtiyac duyulmur. Bəs həqiqətən sağlamlıq üçün gündə 10 min addım getməliyik? Gəzinti cavan qalmağa kömək edirmi?
Milli.Az xəbər verir ki, Seçenov adına Moskva Dövlət Tibb Universitetinin 1 saylı Xəstəxana Cərrahiyyəsi kafedrasının professoru Yevgeniya Açkasova bu suala cavab verib. Ekspert qeyd edib ki, əslində 10 min addım orta statistik rəqəmdir. Ancaq nə qədər yeriməli olduğunuzu öyrənmək üçün mütəxəssisə müraciət etmək lazımdır:
"Birinin gündə 5 min addım, digərinin 10 min, kiminsə 15 min addım getməsi lazımdır. Hər şey insanın hazırlıq səviyyəsindən və bədənin hansı ehtiyatlara sahib olmasından asılıdır. Bəziləri isə daha az addımla başlamalı və məsafəni tədricən artırmalıdır".
Hesab olunur ki, 10 min addım - təxminən bir saat gəzinti ürək-damar xəstəliklərinin qarşısının alınması üçün ən yaxşı fiziki fəaliyyətdir. Ancaq mütəxəssis bildirib ki, məsafə ilə yanaşı temp də vacibdir. Sürətlə gediriksə, daha çox kalori itirilir, yəni artıq çəki getməyə başlayacaq. Eyni zamanda, istənilən fiziki fəaliyyətin: qaçış, velosiped sürmə və ya gəzintinin öz müsbət və mənfi cəhətləri olduğunu vurğulayıb:
"Burada əsas olan hərəkət etməkdir, kimə hansı metodun uyğun olması individualdır. Kimsə gəzməli, kimsə qaçmalı, kimsə "Skandinaviya gəzintisi"nə çıxmalıdır. Gəzməyin aşkar faydaları diz oynaqlarında şok yükünü aradan qaldırmasıdır. Gəzinti daha az təlim görmüş insanlar üçün uyğundur. Gəzmək üçün idman zalı və ya oyun meydançasına ehtiyac yoxdur. İstər işə, istər işdən evə yerimək, istərsə də lift əvəzinə pilləkənlərlə qalxmaq - bunlar hamısı özümüz üçün təşkil etdiyimiz bir növ xüsusi təlim deyil, eyni zamanda lazımi fəaliyyətlərdir".
Mütəxəssis qeyd edib ki, gəzməyin əsas faydası ürək-damar xəstəliklərinin qarşısının alınması, eyni zamanda hipokinesiya və hərəkət çatışmazlığı ilə mübarizədir:
"Gəzinti xüsusilə şəkərli diabet xəstələri, tənəffüs yolları xəstəlikləri olanlar üçün uyğundur. Həm də bədən çəkisini tənzimləmək üçün faydalıdır. Gündəlik fiziki fəaliyyət insanın bioloji yaşını azaldır. Mütəmadi olaraq gəzməyə başlamaq üçün yaxşı motivasiyaya ehtiyacınız varsa, bir neçə aydan sonra vücudunuzun sözün əsl mənasında cavanlaşacağını düşünün. Evdə oturub az hərəkət etdikdə bədənin yük toleransı azalır və vücudumuzun funksional göstəriciləri baxımından yaşlanırıq, bioloji yaşımız yüksəlir. Əhvalınızın yaxşı olması üçün hərəkət etməyin və emosional fonu artırmağın vacib olduğu sübut olunub".
Gəzinti sağlamlığı yaxşılaşdıra bilərmi?
Gəzmək qaça bilməyən insanlar üçün çıxış yoludur. Məsələn, üçüncü dərəcə və ya daha çox piylənmə, eləcə də əzələ-skelet sistemi xəstəlikləri olan insanlar üçün.
Gəzintini nə ilə əvəz etmək olar?
1. Kök uşaqlar üçün mütəxəssis rəqs etməyi və kompüter oyunlarını tövsiyə edir.
2. Yaşlı insanları kollektiv fəaliyyətlərlə aparmaq daha asandır - qonşularınızdan bir qrup həvəskar toplayın və birlikdə gəzin, bir-birinizi dəstəkləyin, gəzinti zamanı ünsiyyət qurun. Bundan əlavə, yaşlı insanlar tez-tez ünsiyyətdən məhrum olur, odur ki, kollektiv gəzinti ikiqat effektivdir: əhval-ruhiyyəni, eyni zamanda sağlamlığı yaxşılaşdırır.
3. Evdar qadınlara qeyd: Həkimin sözlərinə görə, intensiv ev təmizliyi kalori xərclənməsi və əzələ işində fitnes klubundakı məşqə bərabərləşir.
Harada gəzmək olmaz?
Sıx avtomobil yollarının yaxınlığında hər hansı fiziki fəaliyyət zərərlidir. İşlənmiş qazları udmamaq üçün parkları, stadionları seçmək daha yaxşıdır. (publika.az)
Milli.Az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 23 sentyabr 2023

Oxşar xəbərlər

Siam əkizliyi necə olur?

Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Bəyaz sirkənin faydaları

Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka

Yaşa görə nəbz nə qədər olmalıdır?

Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını


masaj yuxuda goz hekimi hamilelik testi tecili yardim cinsi xestelikler
masaj
is elanlari