Buz yanığı problemi nədir?

Buz yanığı problemi nədir?Buz və ya digər soyuq maddələr dərinizlə uzunmüddət təmas etdiyi zaman buz yanığı meydana gələ bilər. Dəridə buz yanığı yarandığında dəri hüceyrələrindəki su donmağa başlayır. Donan su, buz kristallarını yaradaraq dəri hüceyrələrinə zərərlər verə bilər. Daralan qan damarları, qanın dövranını və nahiyələrə oksigen ötürülməsini azaldır və qanın toplanmasını yaradır.

Bəs buz yanığının əlamətləri, səbəbləri və müalicə üsulları nələrdir?

Həddindən çox soyuğa məruz qalmaq, qan damarlarının daralmasına səbəb olaraq qanın damarlardakı hərəkətini məhdudlaşdırır və həyati orqanlara çatmasının qarşısını alır. Bu səbəblə qanın, vücudun mərkəzi orqanlardan uzaq nahiyələrə gedişi çətinləşdiyindən xüsusilə əllər, ayaqlar və barmaqlarda soyuqdan qaynaqlanan yaralanmalar görülə bilər.
Buz yanığı, günəş yanığı və ya digər yanıqlarla eyni əlamətləri göstərir. Buz yanığından təsirlənən dəridə rəng dəyişkənlikləri meydana gələ bilər. Dəri, parlaq qırmızı, bəyaz və ya sarımtıl, boz rəngə çala bilər. Həmçinin belə dəridə uyuşma, qaşıntı, ağrı, qabarcıqlar kimi simptomlar müşahidə edilə bilər.

Ağrıyan əzələləri və yaralanmaları müalicə etmək üçün istifadə edilən buz və ya soyuq kompreslərin birbaşa dəri ilə təması zamanı da buz yanıqları yarana bilər. Həmçinin qar, soyuq hava, küləyə məruz qalmaq da bu hala yol aça bilər.

Qan dövranına mənfi təsir göstərən faktorları yaradan həyat tərzi, vərdişlər buz yanığı riskinizi artıra bilər. Bununla birlikdə yüksək risk altında ola biləcəyiniz başqa vəziyyətlər də mümkündür:
Buz yanığı problemi nədir?Siqaretdən istifadə

Soyuq havaya uyğun geyinməmək

Qan dövranını yavaşladan dərmanlar qəbul etmək

Damar xəstəlikləri və s.

Bundan başqa kiçik uşaqlar, yaşlılar da həssas dəriləri səbəbiylə risk altındadırlar.

Nə zaman tibbi yardım alınmalıdır?

Vücudunuzda buz yanığının yarandığını düşünürsünüzsə, soyuğun qaynağından xilas olmağa çalışın. Bunun üçün isti kompreslər, ədyal, yorğanlar, paltarınız yaşdırsa qalın geyimlə dəyişdirmək görüləcək tədbirlər sırasındadır. Bundan başqa aşağıdakı vəziyyətləri müşahidə edirsinizsə təcili tibbi yardım alın:

Dəriniz ağ və ya boz rəngi alıb, soyuq və sərtdirsə

Dəriniz uyuşubsa və isinərkən ağrı verirsə

Solğun dəriniz varsa və normal istilik olsa da dəri rənginiz normala dönmürsə...

Bunlar, müalicəni gərəkdirən toxuma zədələnməsinin əlaməti ola bilər. Həmçinin vücudunuzda qabarcıqların yarandığını görürsünüzsə düşünmədən həkimə müraciət edin. Həkim müayinə edərək uyğun müalicə üsulu tərtib edəcək.

Necə müalicə edilir?

Buz yanığı problemi nədir?Əgər bu barədə şikayətiniz varsa, soyuq maddəni dərinizdən uzaqlaşdırın və uyğun istiliyə gətirmək üçün dərinizi ehmalca isidin. Bunun üçün həmin nahiyəni 20 dəq. ərzində ilıq suda gözlədin. Su 40 dərəcə olmalı və 42-dən artıq olmamalıdır. İsti kompreslər edə bilərsiniz.

Əgər ağrılar və yanıqlar geniş əhatəlidirsə mütləq həkimə müraciət edilməlidir.

Bəs yaranmaması üçün nələrə diqqət edilməlidir?

Buz yanıqlarının qarşısını almaq üçün soyuq kompres edilən zaman dərinizlə birbaşa təmas etdirməyin.

Soyuq maddəni dəsmala bükərək dərinizə paltarınızın üzərindən tətbiq edə bilərsiniz.

Bununla yanaşı soyuq havaya uyğun geyinin və dərinizi şiddətli küləklərə qarşı uyğun formada qoruyun.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 23 avqust 2023

Oxşar xəbərlər

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını

Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?

Dırnaq göbələyi, geniş yayılmış göbələk infeksiyasıdır. Əl və ayaq dırnaqlarının uc qisminin altında başlaya bilər. Bu, irəliləyən bir vəziyyətdir. İnfeksiya irəlilədikcə dırnaqda solğun rəng, qalınlaşma, kənarlardan parçalanm

Alkoqolizmin əlamətləri

Alkoqol asıllığı spirtli içkilərin həddindən çox istifadəsini həyata keçirən və nəzarətdən çıxan vəziyyətdir. Bu, həm sağlamlıq həm də fiziki problemlərə yol aça bilər. xəbər verir ki, müalicə edilməzsə daha kəskin hal ala

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

Ağızdan pis qoxunun gəlməsi

Bir çox insan səhərlər ağzından gələn pis qoxulardan narazıdır. Ağızdan gələn qoxunun bir çox səbəbi ola bilər. xəbər verir ki, səhərlər ağızdan pis qoxu ilə yanaşı acılıq da hiss etmək mümkündür. Bunun əsas səbəblərdən bir

Diqqət dağınıqlığı əlamətləri

Diqqət dağınıqlığı həm uşaqlarda həm də böyüklərdə görülür. Bir mövzuda diqqət cəmləşdirə bilməmək, uzun müddət çalışa bilməmək vəziyyəti diqqət dağınıqlığıdır. xəbər verir ki, diqqət dağınıqlığı olan şəxslər qarşısındak

Tomatlı yeməyə duz qatmaq olar?

Tomat, bir çox xanımların yemək bişirəndə əsas köməkçisidir desək yanılmarıq. Yeməyə dad vermək üçün əksər zaman tomatdan istifadə edilir. Həm rəng, həm də dad verən tomat pastası növləri bir çox reseptə daxildir. Sousla

Askarid qurdu əlamətləri

Askarid, silindr formasında, ucları incə, qəhvəyi, sarımtıl rəngli bağırsaq qurduna verilən addır. 25-35 sm uzunluqda olurlar. xəbər verir, dünyada 1,5 milyarddan çox insanın yoluxduğu təxmin edilir. Hər dişi soxulcan günd


masaj yuxuda dis agrisi tecili yardim tecili tibbi yardim mede agrisi
masaj
is elanlari