Bu qidalar dişlərə zərər verir – Siyahı
Diş sağlamlığına yalnız şəkərli qidalar zərər vermir, çipslər də diş minası üçün təhlükəli məhsullardan biridir.
Axar.az xəbər verir ki, bunu rusiyalı həkim Yuliya Lapuşkina deyib.
"Çipslər çürük bakteriyaların çoxalmasına səbəb olurlar. Böyük miqdarda sitrus meyvələri də zərərlidir. Bu onların tərkibindəki askorbin turşusunun minaya zərər verməsi və orada kiçik dəliklər əmələ gətirməsi ilə bağlıdır. Uşaqların və böyüklərin çox sevdiyi şirniyyat və digər müxtəlif şirin konfetlər dişlər üçün zərərlidir. Onların hissəcikləri minanın səthinə möhkəm yapışır, dişlərarası boşluqlarda ilişib, kariyesə səbəb olan bakteriyalar üçün ideal çoxalma zəmini yaradır", - o bildirib.
Lapuşkinanın sözlərinə görə, kartof həm qaynadılmış, həm də qızardılmış halda diş minası üçün təhlükəlidir. Bu, məhsulun patogen bakteriyaların böyüməsinə səbəb olan nişasta mənbəyi olması ilə əlaqədardır.
Həkimin qənaətinə görə, dişlər üçün təhlükəli olan digər məhsul ətdir. Ət dişlərdə ilişib qalan çoxlu liflərə malik olduğu üçün təhlükəlidir. Buna görə də bu yeməkdən sonra ağız boşluğunun gigiyenasına diqqət edilməlidir.
DOKTORINFO.AZ Tut qurusunun faydaları və zərərləri
Həm çiy halda, həm də qurudulmuş olaraq istifadə edilə bilən tut, qan dövranını sürətləndirir, immunitet sistemini gücləndirməyə, ürək xəstəlikləri və iltihabın qarşısını almağa kömək olur. Əksər zaman qurudulub atışdırmalı
Qaya duzunun faydaları
Qaya duzu nədir?. xəbər verir ki, qaya duzu, yer altındakı duz yataqlarından çıxarılaraq əldə edilən və yenilə bilən duz formasında tapılan təbii sodium klorür formasıdır. İlk olaraq Hindistanın tibb sistemi olaraq ortay
Qəhvə içmək faydalıdır ya zərərli?
Qəhvənin tərkibində yüksək kafein mövcuddur. Bu səbəbdən gündəlik həddindən çox istifadəsi sağlamlıq problemlərinə yol aça bilər. Yuxu problemindən tutmuş vücudda su itkisinə qədər bir çox narahatçılıqlar yaşana bilər. xəbə
Nanənin faydaları
Nanənin faydaları, sağlam həyata təbii üsullarla çatmağınıza kömək ola biləcək qədər çoxdur. Tənəffüsdən mədə problemlərinə qədər bir çox mövzuda sağlamlığınıza dəstək olan nanə, təzə ya da quru olaraq istifadə edilə bilər
İvan çayın faydaları
Tibdə yayğın olaraq istifadə edilən bitki növüdür. Daha çox Rusiya və Avropada populyar olaraq istifadə edilir. İvan çayı fermentə edilmiş dar yarpaklı yangel yarpaqlarından əldə edilir. xəbər verir ki, bu bitki ferment
Xiyarın faydaları
Xiyar, insan orqanizmi üçün əhəmiyyətli tərəvəzlərdən biridir. Xiyarın tərkibində insan vücudu üçün vacib olan 95% su mövcuddur. xəbər verir ki, xiyarı davamlı yemək böyrək daşlarının yaranmasının qarşısını da alır. Xiya
Nanə çayının faydaları və zərərləri
Yeməklərə dad verən gözəl qoxusu ilə sakitləşdirici təsiri olan nanə, ədviyyat olaraq da istifadə edilir. Rahatlaşdırıcı təsiri mövcuddur. Bir çox sahədə istifadə edilən nanə, alternativ tibdə, parfümeriyada da üstünlük verilə
Qozun faydaları və zərərləri
Qoz, hər zaman "beyin yeməyi" olaraq qəbul edilir. Bəlkə quruluşunun da beyinə bənzəmə səbəbi budur. Yağ, protein və lif qaynağıdır. Ürək və sümük sağlamlığını qoruyur və uyğun çəkidə qalmağa kömək edir. Bir ovu