Bir yaşadək uşaqlara meyvə şirələri vermək olmaz - Nazirlik

Bir yaşadək uşaqlara meyvə şirələri vermək olmaz - NazirlikKörpələrin qidalandırması üçün qəbul edilmiş cədvəllərin olmasına baxmayaraq, bu məsələdə hər bir körpəyə fərdi yanaşmaq lazımdır. Elə uşaq var ki, tez-tez yemək istəyir, digəri isə bir dəfəyə çox yeyir və növbəti qidaya qədər olan müddət onun rejimində daha uzun olur.
KONKRET.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-esperti, həkim-pediatr Tərlan Əyyubov bildirib. Onun sözlərinə görə, eyni zamanda, onlar böyüdükcə həm birdəfəlik qida miqdarları, həm də qidalar arasındakı zaman da artır. Tibb mütəxəssisləri uşaqda aclıq hissi yarananda onları qidalandırmağı məsləhət görürlər:
"Əksər yenidoğulmuşlar hər 2-3 saatdan bir və ya gün ərzində 8-12 dəfə qidalana bilərlər. Həyatın ilk günlərində bir qidalanma həcmi 15-20 ml olur, sonra 30-60 ml-ə qədər qalxır və körpənin 3-4 həftəsinə artıq 60-90 ml-ə kimi çatır.
İki ayadək uşaqlar gün ərzində bədən çəkisinin təqribən 1/5 qədər (600-900 ml) qida qəbul edirlər. İki aylıq körpələr birdəfəyə təqribən 120-150 ml, dörd ayında 120-180 ml gündə 6-8 dəfə yeyə bilərlər. 6-12 ay ərzində uşaqlar gün ərzində 210-240 ml olmaqla 4-6 dəfə qidalana bilərlər. 2-4 aylıq uşaqlar üçün gündəlik qidanın həcmi çəkilərinin 1/6-i, yəni 800-1000 ml, 4-6 ay üçün çəkinin 1/7-i (900-1000 ml), 6 aydan 1 yaşadək isə bu çəkinin təqribən 1/8-i, yəni 1000-1200 ml qədər olur.
6 ayadək uşaqda çəki hər ay təqribən 600-800 qr, 6 aydan sonra isə təqribən 400-600 qr artır. Körpələrin ən azı 6 ayadək ana südü ilə qidalanması çox mühüm əhəmiyyət kəsb edir. Çünki hərtərəfli inkişaf üçün, xüsusən də mədə-bağırsaq sisteminin tədricən ağızdan qəbul edilən qidaya öyrəşməsi, immun sisteminin normal fəaliyyəti, ana-uşaq əlaqələrinin yaranması və s. üçün ana südü ilə qidalandırma çox vacibdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) körpələrin ilk 6 ay yalnız ana südü ilə qidalanmasını, 6 aydan sonra isə əlavə qidalarla birlikdə 2 yaşa qədər əmizdirilmənin davam etməsini tövsiyə edir.
Əvvəllər meyvə şirələrini, məsələn alma şirəsini 3 ayından sonra başlayaraq vermək məsləhət görülürdüsə, indi isə ümumiyyətlə meyvə şirələrini 1 yaşadək uşaqlara vermək məsləhət görmürlər. 1 yaşadək uşaqların suya olan tələbatları böyüklərdəki kimi deyil. Belə ki, suyun artıq verilməsi bu yaş qrupunda olan uşaqlarda müəyyən problemlərə gətirib çıxara bilər. Körpələrin suya qarşı olan tələbatı bu yaş qrupunda ana südü və ya süni qida ilə tam qarşılanır. Çünki ana südünün və ya süni qidanın demək olar ki, təqribən 95 faizi sudur və onlar həm qidaya, həm də suya olan tələbatı tam ödəmək iqtidarındadırlar. Bu baxımdan, ÜST istər təbii qidalanmada, istərsə də süni qidalanmada olan 6 ayadək uşaqlara su verilməsini məsləhət görmür.
6 aydan bir yaşadək uşaqlarda isə az-az olmaqla gün ərzində 60-100 ml qədər su verilə bilər. Bu suyun qidalardan sonra verilməsi tövsiyə olunur.
Bu yaşda əlavə su verilməsi sutkalıq qəbul olunmalı südün miqdarını azalda bilər, çünki mədə dolacaq, iştah azalacaq. Nəticədə uşaq süd və ya süni qidanı qəbul etməyəcək, sonda böyümə üçün lazımi kalori və qida maddələrini almadığı üçün kütlə və vitamin, mineral defisiti yarana bilər və ya inkişafı yavaşlayar.
Birinci növbədə uşağın yaşına uyğun qidaları seçmələri lazımdır. Hazırda satılan formulaların üzərində yaşdan asılı olaraq "0","1","2","3" yazıları var. "0" yarımçıq doğulan uşaqlar üçün nəzərdə tutulur, "1" nömrə yazılan formulalar 0-6 yaş qrupu, "2" – uyğun olaraq 6-12, "3" isə 12 aydan böyük yaş qrupu üçün nəzərdə tutulub. Yaş artdıqca uşaqların bu və ya digər minerallara, vitaminlərə, kaloriyə ehtiyacları dəyişdiyi üçün bu formulaların da tərkibləri fərqlidir, və uşağa süni qida veriləndə mütləq onun hansı yaş qrupuna aidliyinə fikir vermək lazımdır.
Əgər uşaqda köp problemləri, laktaz çatışmazlıq, reflyuks xəstəliyi, allergiya və s. yoxdursa standart smeslərdən körpələrə verilə bilər. Ancaq hansısa problem varsa, həkimə müraciət etməlidirlər.
Bəzən olur ki, valideynlər öz-özlərinə yüksək və ya hissəvi hidrolizə edilmiş və ya amin turşu tərkibli formulalara keçirlər. Onu bildirmək istərdim ki, bu düzgün deyil. Hissəvi hidrolizə edilmiş formulalar da allergiya yaranma ehtimalı var, yüksək hidrolizə edilmiş və amin turşu tərkibli formulalar isə müalicəvi formulalar olduqlarından onları özbaşına təyin etmək olmaz. Ümumiyyətlə, allergiya əleyhinə olan smesləri təyin etməzdən əvvəl analiz vermək və əmin olmaq lazımdır ki, süd zulallarına qarşı allergiya var ya yox".
Həkim deyib ki, körpənin gecə qidalanması da lazımdır:
"Bu, elmi cəhətdən sübut edilmiş faktlara əsaslanır. Bir yaşa qədər körpələrdə maddələr mübadiləsi sürətlənir, qida daha tez həzm olunur və təbii ki, gecələr onlarda aclıq hissi yaranır. Süni qidalanmada olan uşaqlara gəldikdə isə, onların gecə oyanıb yeməsi ehtimalları daha azdır. Əksər hallarda 6-7 ayından sonra onlar gecələr qidalanma üçün oyanmırlar.
Belə bir məcburiyyət yaranarsa, təbii qidalanan uşaqlarda 6 ayından sonra, süni qidqalananlarda isə bir qədər tez də etmək olar, ancaq kütlə artımı nəzərə alınmaqla. Südverən analar çoxlu su içməlidirlər, təqribən gün ərzində 2-2,5 litrəyə qədər. Eyni zamanda, bol meyvə-tərəvəzdən istifadə olunmalıdır. Südverən anaların qida rasionunun tərkibində kofein olan qidalardan, "Fast food"lardan, yarımfabrikatlardan, ədviyyatlardan, alkoqoldan, tərkibində civə çox olan dəniz məhsullarından (bəzi balıq növləri – tuna balığı, skumbriya və s.) uzaq durmaları məsləhət görülür".


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 18 iyul 2023

Oxşar xəbərlər

Əncir qurusunun faydaları və zərərləri

Əncir qurusu, vitamin və mineral baxımından zəngin qida qaynağıdır. İnsanlar tərəfindən bol şəkildə istifadə edilir. Əncirin tez yeyilməsi uyğundur, çünki tez xarab olan meyvədir. Ancaq qurudulmuş ənciri uzunmüddətli istifad

Nar qabığının faydaları

Hər mövsüm meyvəsini öz zamanınızda yemək insan orqanizmi üçün olduqca faydalıdır. Nar kimi onun qabığı da faydalıdır. xəbər verir ki, adətən meyvə qabığı yeyildikdən sonra qabığı atılır. Aparılan araşdırmalara görə, meyv

İtburnunun faydaları və zərərləri

İtburnu xalq arasında xüsusilə bitki çayı kimi sevilərək içilir. Qrip və buna bənzər qış xəstəliklərinə qarşı qalxan rolunu oynayır. Bu bitki həmçinin tənəffüs yolu xəstəliklərinə qarşı olduqca faydalıdır. Payız-qış aylarınd

Kartof qabığının faydaları

Kartof insan orqanizmi üçün faydalı tərəvəz hesab edilir. Aparılan araşdırmalara görə, kartofun özü qədər də qabıqları da faydalıdır. Bəs kartof qabığının faydaları nələrdir?. Kartof qabığının çayından istifadə edərək bi

Qozun faydaları və zərərləri

Qoz, hər zaman "beyin yeməyi" olaraq qəbul edilir. Bəlkə quruluşunun da beyinə bənzəmə səbəbi budur. Yağ, protein və lif qaynağıdır. Ürək və sümük sağlamlığını qoruyur və uyğun çəkidə qalmağa kömək edir. Bir ovu

Qaya duzunun faydaları

Qaya duzu nədir?. xəbər verir ki, qaya duzu, yer altındakı duz yataqlarından çıxarılaraq əldə edilən və yenilə bilən duz formasında tapılan təbii sodium klorür formasıdır. İlk olaraq Hindistanın tibb sistemi olaraq ortay

Qaraciyərə faydalı qidalar

Qaraciyər, vücudun ən böyük orqanı olması ilə yanaşı özünü yeniləyə bilən tək orqan olması ilə həyati əhəmiyyət kəsb edir. Qarın boşluğunun sağ üstündə yer alır. xəbər verir ki, qaraciyərin funksiyasını normal yeriyə yetirməs

Orqanizmi xərçəngdən qoruyan qidalar

Düzgün qidalanma xərçəng hüceyrələrinin böyüməsini dayandıra bilər. . xəbər verir ki, hər təbii qidaların faydaları olduqca çoxdur. Sadəcə bəzi qidalar var ki, onlar insan orqanizmini xərçəng xəstəliyindən müdafiə edir. Xərçəngdə

Darçının bilmədiyiniz faydaları və zərərləri

Bir çox ədviyyatlar kimi darçının da insan sağlamlığı üçün faydaları bitib tükənməzdir. Cinnamomum adı verilən ağacların iç qabıqlarından əldə edilir. Gözəl qoxusunu və dadını verən isə yağıdır. Bu yağda sinnameldehit adlandırıla


masaj yuxuda cinsi xestelikler babasil mualicesi mede agrisi goz hekimi
masaj
is elanlari