Uşaqların immun sistemini necə gücləndirməli?

Uşaqların immun sistemini necə gücləndirməli?Hər ailə uşağının sağlam formada böyüməsini istəyər. Ancaq bəzi vəziyyətlərdə uşağınız böyüyərkən istənilməyən problemlərlə qarşılaşa bilərsiniz. Bu səbəbdən immunitet sistemini gücləndirməyə çalışarsınız.

Güclü immun sisteminə sahib olmaq vacib faktorlardan biridir. Bu səbəbdən körpəlikdən immun sisteminin gücləndirilməsi vacibdir. Bu zaman qorunma müxanizmi də güclü olur. Həmçinin xəstəliklərə qarşı isə gücləri daha çox olur.

Uşaqların immun sistemini gücləndirmək və qorumaq ancaq valideynlərinin əzmi ilə mümkündür. Uşağın təbiətinə uyğun qidalandırmaq, gigiyena qaydalarına əmək etmək, düzgün geyindirmək əhəmiyyətli rola malikdir. Uşaqlar, xəstəliklərin artdığı payız-qış mövsümündə risk qrupuna daxildirlər.
Uşaqların immun sistemini necə gücləndirməli?İmmun sistemi nə zaman inkişaf etməyə başlayır?

Bu proses ana qarnında artıq başlayır. İlk aylarda adətən immun sistemi zəif olur. Gedərək isə inkişaf etməyə və vücudu qorumağa başlayır. Yeni doğulan uşaqların ana südü içməsi bu səbəbdən olduqca mühümdür.

Hansı vitamin və minerallar immun sistemini gücləndirir?

Uşaqların vücudunu gücləndirmək üçün A, C, D, E vitaminləri ilə sink, selenium, dəmir mineralların kifayət qədər alınması mühümdür. Həmçinin omega 3 və omega 6 yağ asitləri də immun sisteminə təsir göstərir.

A vitamini tərkibli qidalar – Tünd yaşıl və sarı rəngli tərəvəz və meyvələr A vitamini qaynağıdır. Manqo, qovun, ispanaq, bibər, brokoli, kök və s. tərəvəzlər uşaqların qidasında yer almalıdır.
Uşaqların immun sistemini necə gücləndirməli?C vitamini tərkibli qidalar – Xəstəliklərə qarşı yüksək qoruyuculuğu olan C vitamini kivi, portağal, naringi, çiyələk, qovunla yanaşı, brokoli, ispanaq və bibərdə mövcuddur.

D tərkibli qidalar – Günəş işığından qəbul edilən vitamindir. Yeni doğulan uşaqlara da D vitamini dəstəyi təyin edilir. Bununla yanaşı yumurta sarısı, balıq, ətdən də bu vitamini müəyyən qədər əldə edə bilərsiniz.

E tərkibli qidalar – Fındıq yağı, bitki yağları, badam, fısdıq, brokoli, balqabaq, toyuq əti bu vitaminlə zəngindir.

Sink tərkibli qidalar – Qırmızı ət, toyuq, yer fıstığı və badamda mövcuddur.
Uşaqların immun sistemini necə gücləndirməli?Dəmir tərkibli qidalar – Yumurta, bəhməz, yaşıl yarpaqlı tərəvəzlərdə mövcuddur. İmmun sisteminin zəifləməsində dəmir əksikliyinin təsirləri böyükdür. Bu səbəbdən dəmir əksikliyinə qarşı tədbir görmək lazımdır.

Omega 3 və omega 6 tərkibli qidalar – Sistemin tarazlığını qoruyur. Qoz, yumurta, toyuq əti, bitki yağlarında mövcuddur.

Qeyd edək ki, immun sistemini zəiflədən faktorlardan biri də xronik xəstəliklərdir. Alt və üst tənəffüs yolları xəstəlikləri, uşaqlarda tez-tez rastlanılan xəstəliklərdir. 6-9 aylar arasında görülən və sonralar da təkrarlayan bu problemlər immun sisteminin güclənməsini çətinləşdirir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 02 oktyabr 2023

Oxşar xəbərlər

Ağcaqanad dişləməsinə nə yaxşı təsir göstərir?

Öncələr yay aylarında üzə çıxan ağcaqanadlara hazırda iqlim mülayim keçdiyindən hər mövsümdə rastlamaq olar. xəbər verir ki, bəzən ağcaqanad dişləməsi dəridə allergik reaksiya yaradaraq qaşıntı, qızarıqlıq kimi nəticələr

Qanda leykosit nədir?

Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Alkoqolizmin əlamətləri

Alkoqol asıllığı spirtli içkilərin həddindən çox istifadəsini həyata keçirən və nəzarətdən çıxan vəziyyətdir. Bu, həm sağlamlıq həm də fiziki problemlərə yol aça bilər. xəbər verir ki, müalicə edilməzsə daha kəskin hal ala

Ən yaxşı nevropatoloq kimdir?

Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə

A vitamini faydaları

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma


masaj yuxuda tecili tibbi yardim mede agrisi goz hekimi cinsi xestelikler
masaj
is elanlari