Su çiçəyi müalicəsi

Su çiçəyi müalicəsiSu çiçəyinin tibbi adı variselladır. Yeniyetməlik çağından öncəki ərəfələrdə daha çox rast gəlinir. Adətən ağırlaşmadan sağalma prosesi baş verir. Xəstəliyin səbəbi virusdur. Su çiçəyi bir dəfə keçirildikdən sonra orqanizm həyat boyu immunitet qazanır, ancaq buna baxmayaraq nadir də olsa təkrarlaya bilər.

Doktorinfo.az xəbər verir ki, ən çox 5-10 yaşlarında, qış sonu və yaz aylarında müşahidə edilir. Çox yoluxucudur. Hava damcı yolu ilə yoluxur. Su çiçəyi keçirən şəxs, xəstəlik əlamətləri başlamazdan iki gün öncə xəstəliyi yoluxdurmağa başlayır. Yoluxuculuq yaralar qabıqlayana qədər davam edir.

Su ciceyinin elametleri nelerdir?

Xəstəliyin əsas göstəricisi içi su dolu səpkilərdir. Səpgilər başlanğıcda şəffaf, daha sonra bulanıq bir hal alır. Qaşıntılı olur və hər nahiyə səpə bilər. Ağız içərisində də səpkilər müşahidə edilə bilər.

Bundan başqa:

Hərarət

İştahsızlıq

Yorğunluq ola bilər.

Su ciceyi kimler ucun risklidir?

Yeni doğulan körpələr

28 həftədən öncə dünyaya gələn körpələr

Xərçəng xəstələri

İmmuniteti aşağı olanlar

Hamilələr
Su çiçəyi müalicəsiSu çiçəyi zamanı istənilməyən vəziyyətlər nələrdir?

Adətən yüngül keçən xəstəlik olsa da nadirən ağırlaşmalar mümkündür.

Ağırlaşmalar nəticəsində xəstəlik sətəlcəmə çevrilə bilər. Bunun isə hətta ölümlə nəticələnmə ehtimalı var. Su çiçəyi əsəb sistemi ilə bağlı problemlərə yol aça bilər. Çox nadirən su çiçəyindən sonra ürək zərlərində iltihablanma, mədədə qastrit, böyrək, oynaq iltihabı baş verir.

Səpkilərə və formalarına, əlamətlərinə görə diaqnoz qoyulur.

Su çiçəyinin mualicesi nece aparılır?

Xəstələr əlamətlərə görə müalicə edilir. Qızdırma varsa buna uyğun dərmanlar istifadə edilir. Ancaq bu vəziyyətdə aspirin zərərlidir. Çünki beyində iltihaba yol aça bilər. Qaşıntılar üçün antihistamin dərmanlardan, məlhəmlərdən istifadə edilir. Qətiyyən səpkilər qaşınmamalıdır. Əgər xəstəliyə bakteriya qoşularsa bu zaman antibiotikdən istifadə edilə bilər. Bu zaman isə dərman təyinatı həkim tövsiyəsi ilə olmalıdır.

Xəstələrə tövsiyələr:

Dəridəki qasintini azaltmaq və mikrobdan qorumaq üçün gündəlik duş almaq tövsiyə edilir. Dırnaqlar qısa kəsilməlidir. Belə xəstələr işə, uşaqlar məktəbə, bağçaya getməməlidirlər.

Bu əlamətlər yaranarsa mütləq həkimə müraciət etmək lazımdır:

Dəridə anormal qızarıqlıq, şişlik

Ağız quruluğu

İdrara gedə bilməmək

Əsəbilik, uyuşma

Qüvvətli öskürək, nəfəs darlığı

Yeriməkdə çətinlik

Şiddətli baş ağrısı

4 gündən artıq davam edən qızdırma

Boyun və bel ağrısı

Su çiçəyindən qorunmağın yolu vurulan peyvənddir.
Su çiçəyi müalicəsiKimler su ciceyi peyvendini vurdurmalidir?

12-18 ay arasındakı bütün körpələr

Daha öncə bu xəstəliyi keçirməmiş və peyvənd olunmamış uşaqlar (13 yaşına qədər tək doza, üzəri olanlar üçün 4-8 həftə arası bütün uşaqlara)

Daha öncə xəstəlik keçirməyən, peyvənd olunmayan böyüklər

Tibb işçiləri


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 01 iyul 2024

Oxşar xəbərlər

Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir

Mədə yarası: Əlamətləri və müalicəsi

Mədə yarası (ülsər) qastrik və ya peptik olaraq da bilinir. Mədə və ya onikibarmaq bağırsağının daxili səthində yaranan bir yara və ya lezyonu ifadə edir. məlumat verir ki, bu yaralar adətən mədə asiti və həzm sistemi tərəfində

Öd kisəsi ağrısı zamanı nə etməli?

Öd kisəsi axacaqlar vasitəsilə qaraciyərə birləşir. xəbər verir ki, öd yağlı qidalar və amin turşularının həzmində iştirak edir. Bes od kisesi agrisina ne sebeb olur?. Xolesistit, . Qalxan xolangit,. Biliar kolik, . Öd daşları,

Kor bağırsaq ağrısı əlamətləri

Apendisit(Kor bağırsaq), təxminən 9 sm uzunluğunda olan kiçik, incə kisədir. Gövdənin sağ alt tərəfində yer alır. xəbər verir ki, apendisitin vücudda hansı funksiyanı yerinə yetirdiyi dəqiq bilinməsə də immunitet sistemiyl

Qarın ağrısı

Bir çox insan qarın ağrısından əziyyət çəkir. Qarın ağrısı, qarın nahiyənizdəki hansısa bir orqandan və ya həzm sisteminizdə yaranan problemdən qaynaqlana bilər. məlumat verir ki, qarın ağrısı adətən mədə ağrısı ilə qarışdırılır

Soyuqda əllərin göyərməsi, Siyanoz xəstəliyi nədir?

Göyərmə olaraq ifadə edilən siyanoz, qırmızı qandakı hemoqlabinə bağlı oksigen çatışmazlığı səbəbiylə dəri, dodaq, dırnaq yataqlarında yaranan mavi və ya göyə bənzər rəng dəyişimidir. Qanın, vücuddakı fərqli toxumalara çatma

Böyrək iltihabı, nefrit xəstəliyi

Böyrək iltihabı, digər adı ilə bilinən nefrit alt sidik yolları deyilən üretra və məsanə qaynaqlı infeksiyanın zamanında ya da doğru müalicə edilə bilməməsi sonrasında böyrəklərin birində və ya ikisində birdən irəliləməs

Qalın bağırsaq iltihabı nədir?

Qalın bağırsağın vəzifəsi, qatı haldakı nəcisi peristaltik hərəkətlərlə (ritmik bağırsaq hərəkətləri) makata doğru itələyərkən nəcisdən duz ilə suyu sovurmaqdır. xəbər verir ki, qalın bağırsağı əhatə edən mukoza zərinin iltihabın

Talassemiya xəstəliyi

Tibb dilində "Talassemiya" olaraq bilinən "Aralıq dənizi anemiyası" irsi qan xəstəliyidir. xəbər verir ki, doğulan uşağa, ana və atasından "Beta talassemiya" geninin keçməsi ilə yaranan qalıc


masaj yuxuda tecili yardim dis agrisi sekis qarin agrisi
masaj
is elanlari