Saç biti necə təmizlənir?

Saç biti necə təmizlənir?Saç biti, xüsusilə saçlı dəridə yaşayan kiçik, qanadsız parazitlərdir.

Doktorinfo.az xəbər verir ki, tibbi adı pediculus humanus capitis olan bu bitlər, insan qanıyla qidalanır və baş dərisində qaşıntıya səbəb olur. Qəhvəri rəng və ya qara rəngdə olur.

Sirkələr, saç tellərinə yapışaraq çətin ayrılır və təxminən 7-10 gün ərzində kiçik bitlərə çevrilir. 9-12 gün ərzində böyüyür və yenidən artmağa başlayır. Saç biti problemi yaşandığı zaman təcili müdaxilə gərəkli olur.

Saç biti nə üçün olur?

Saç biti adətən təmas yolu ilə şəxsdən-şəxsə yoluxur. Xüsusilə qucaqlaşma, baş-başa təmas və əşyaların paylaşılması ilə yayılır.

Saç aksessuarları da burada rol oynayır.

Bitlər vücuddan 1 ilə 2 gün uzaqda yaşaya bilər.

Sac biti dislemeyinin elametleri nelerdir?

Bitlər, insan saç dərisinə yerləşir və saç köklərindən qan əmərək qidalanır. Bitlərin səbəb olduğu ən çox yayılan əlamət isə qaşıntıya səbəb olmasıdır.

Digər əlamətlər isə aşağıdakı kimidir:

Qızarıqlıq

Zədələnmə

Kiçik qırmızı nöqtələr

İnfeksiya

Yatmaq çətinlik çəkmə

Sac biti nece temizlenir?

Saç biti dişləmələri, adətən qaşıntıya və dəridə zədələnməyə səbəb olur.

Bu əlamətləri yüngülləşdirmək və saç bitlərini tamamilə ortadan qaldırmaq üçün müxtəlif müalicə üsulları istifadə edilə bilər.

Müalicə üsulları aşağıdakı kimidir:

Bit əleyhinə şampun və lasyonlar saç bitlərini öldürmədə olduqca effektlidir.

İncə dişli bit daraqları, birə və sirkələri təmizləmək üçün istifadə edilir.

Qaşıntını yüngülləşdirmək üçün dəri üzərinə kremlər istifadə edilə bilər.
Saç biti necə təmizlənir?Şiddətli dəri zədələnməsi zamanı aşağı dozda steroid kremlər, iltihab və qaşıntını azaltmada kömək ola bilir.

Yataq dəstləri, geyimlər, şəxsi əşyalar isti su ilə yuyulmalı və yüksək istilikdə qurudulmalıdır.

Daraq, fırça kimi şəxsi əşyalar isti su ilə yuyularaq dezinfeksiya edilməlidir.

Çay ağacı yağı bit malicəsində istifadə edilə bilər. Şampuna bir neçə damla əlavə edilə bilər.

Saç bitindən xilas olmaq üçün daha çox krem, dərman, şampun və lasyonlardan istifadə edilir.

Dərman tətbiqdən sonra saçlı dəridə bir müddət gözlənilir. Ardından yuyulur.

Saç darama təmizliyi 2 həftə ərzində hər 2-3 gündə 1 dəfə olacaq formada və saç nəmliykən 10-15 dəqiqə ərzində tətbiq edilməlidir.

Bit təmizləməyin təbii yolları:

Çay ağacı yağı – Bir miqdar çay ağacı yağı zeytun yağı, kokos yağı kimi daşıyıcı bir yağ ilə saç dərisinə tətbiq olunub bir gecə gözlətdikdən sonra ertəsi gün saçlar saç biti darağı ilə darana bilər.

Alma sirkəsi – Sprey şüşəsinə doldurulur və saç dərisinə püskürdülür. Bir neçə saat gözlətdikdən sonra saçlar daranır.

Kokos yağı – Saça massaj edilir və gözlədilir. Daha sonra saç yuyularaq daranılır.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 26 iyun 2024

Oxşar xəbərlər

Diqqət əksikliyi sindromu

Diqqət əksikliyi nedir?. Mental pozğunluq kimi xarakterizə edilə hal diqqət əksikliyi və hiperaktiv pozğunluqdur. xəbər verir ki, diqqət əksikliyi pozğunluğu, bu sindromdan fərqli bir pozğunluq deyil, eyni sindromun hiperaktivliyi

İdmandan öncə isinmə hərəkətləri

İdmandan öncə isinmə hərəkətləri edilir. İsinmə hərəkətləri əzələləri isidərək genişliyi artırır, oynaqları yağlayar və şikəst qalma riskini əhəmiyyətli dərəcədə azaldar. İsinmə hərəkətlərinin üstünlükləri. xəbər verir ki

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

A vitamini faydaları

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur

Hepatit B peyvəndi

Hepatit B peyvendi nedir?. Hepatit B peyvəndi, hepatit B virusuna qarşı yoluxma olma riskini azaldan və xəstəliyə qarşı antikor istehsal edərək qoruyuculuğu təmin edən güclü peyvənddir. xəbər verir ki, körpələrdə doğuşda

Ət xalı qopartmaq olarmı?

Ət xalı bəzi insanlarda doğuşdan bəzi şəxslərdə isə sonradan yarana bilər. xəbər verir ki, vücudunuzun hansısa bir yerində çıxa bilir. Bəziləri zərərsiz olsa da bəziləri olduqca təhlükəlidir. Et xal qoparilsa ne olur?. Qara

Ən yaxşı nevropatoloq kimdir?

Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede


masaj yuxuda sekis hamilelik testi mede agrisi cinsi xestelikler
masaj
is elanlari