Qovunun sağlamlığa faydaları

Qovunun sağlamlığa faydalarıVitamin və mineral tərkibi ilə zəngin olan meyvə və tərəvəzlər, sağlam qidalanmada insanların ehtiyac duyduqları qida qruplarındandır. Zəngin tərkibi olan qovunun (yemiş) insan sağlamlığı üçün təsiri çoxdur. A, B, C, E, D və K vitaminləri mövcuddur. Həmçinin sodium, maqnezium, dəmir cəhətdən də yüksək tərkibə malikdir.

Təzə olaraq yeyilən qovun çəyirdəklərinin faydaları nələrdir?

Sağlamlığa faydalı qida hesab edilən çəyirdəklərin tərkibində dəmir, fosfor, B, C vitaminləri mövcuddur. Protein qaynağıdır. Toz halında istifadə edilir.

Çəyirdək tərkibinin faydaları nələrdir?

Pəhriz lifi – Bir çox müsbət təsirə malikdir. Qalın bağırsaq funksiyalarını tənzimləyir, vücudda qlükoz və lipid maddələr mübadiləsi üzərində təsirlidir. Mineralların sovrulmmasını təmin edir. Qalın bağırsaqda yaranan bəzi xəstəliklər, ürək-damar problemləri, diabet və qəbizliyə qarşı təsirlidir.

Kalsium qaynağı – Bu xüsusiyyəti ilə sümüklərin böyümə və inkişafına dəstəkdir.

Dəmir qaynağıdır – Dəmir, vücudda qan hüceyrəsi quruluşunda mühüm rol oynayır. Dəmir əksikliyi zamanı qan miqdarı azalır, oksigen miqdarında azalma müşahidə edilir.
Qovunun sağlamlığa faydalarıB və C vitamini qaynağıdır – Vitaminlər vücud üçün gərəkli qida maddələridir. Gündəlik olaraq xaricdən alınmasına ehtiyac olan vitaminlərdir. Qovun C vitamini qaynağıdır. C vitamini immunitet sistemini gücləndirir. B vitamini özlüyündə B1, B6, B12 olaraq üç qrupa ayrılır. Qovun çəyirdəyinin tərkibində mövcud olan B vitamini sayəsində hüceyrələri yeniləyir, vücuda enerji verir. Unutqanlıq və yorğunluq üçün faydalıdır.

Probiotik təsir göstərir – Bunun sayəsində qəbizliyin qarşısını alır, immunitet sistemini gücləndirir. Allergiya əlamətlərini azaldır.
Qovunun sağlamlığa faydalarıQovunda hansı vitaminlər mövcuddur?

A vitamini: Toxumaların böyüməsi və bərpası üçün gərəkli olan vitaminlərdən biridir. A vitamini saysində sümük inkişafına dəstək olur, xəstəliklərə qarşı qoruyur, göz sağlamlığına dəstək olur.

D vitamini: Vücudun kalsium və fosfor ehtiyacını qarşılayır. D vitamini qaynağı olan qovunlar, toplanan kalsium və fosforun sovrulmasını təmin edir.

E vitamini: Antioksidantdır. Bu xüsusiyyəti ilə vücudda toxuma və hüceyrələri qoruyur.

Qovunun sağlamlığa faydalarıC vitamini: Vücudun qorunma mexanizmidir. C vitamini qaynağıdır. Bu xüsusiyyəti ilə immunitet sistemini qoruyur, xəstəliklərə qarşı qoruyuculuğu artırır.

B vitamini: B vitamininin bir çox növü mövcuddur. Saç və dırnaqları gücləndirir, unutqanlığa qarşı effektlidir. Yaddaşı gücləndirir, vücuda enerji verir.

Faydaları nələrdir?

İmmuniteti gücləndirir: Vücudun qorunma mexanizmini yaradır. Xətəliklərə qarşı yoluxma ehtimalını azaldır. Xəstəliklərin daha asan keçməsini təmin edir.
Qovunun sağlamlığa faydalarıYaddaşı gücləndirir: Altsheymer kimi xəstəliklərin yaranmasının qarşısını alır.

Görmə pozuntularının yaranması ilə mübarizə aparır: A vitamini sayəsində görmə zəifliyini aradan qaldırır.

Həzm sistemini təmin edir: Qovun lifli meyvədir. Lif sayəsində bağırsaq fəaliyyətini tənzimləyir. Çəkiyə nəzarət edir.

Antioksidant təsir göstərir: Hüceyrələri yarana biləcək zədələnmələrdən qoruyur. Bununla da xəstəliklərin yaranmasının qarşısını alır.

Ürək sağlamlığına faydalıdır: Potasium tərkibi ilə təzyiqi normada saxlayır. Potasium, qan damarlarını genişləndirərək qan axışını tənzimləməyə kömək edir. Zəngin potasium tərkibi ilə böyrək xəstələrinin həkim nəzarəti altında istifadəsi tövsiyə edilir.

Dərini bərpa edir: Yemiş yeməyin dəri üçün faydaları çoxdur. C vitamin tərkibi ilə dəri toxumasının bərpası üçün kollagen yaranmasını dəstəkləyir. C vitamini sayəsində dərini qoruyur.
Qovunun sağlamlığa faydaları


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 16 avqust 2023

Oxşar xəbərlər

Quava meyvəsi faydaları

Orta Amerika, Hindistan başda olmaq üzrə bir çox tropikal və subtropikal bölgədə yetişən quava meyvəsi, quava ağacından əldə edilən qabıqlı bir meyvədir. Oval formalı, rəngi açıq yaşıl və ya sarıdır. xəbər verir ki, antioksidan

Qan artıran qidalar

Anemiya, qana rəngini verən və oksigenin hüceyrələrə daşınmasını təmin edən protein olan hemoqlabinin normal səviyyənin altına düşməsi vəziyyətidir. xəbər verir ki, qanazlığının bir çox səbəbi ola bilər. Düzgün qidalanmama

Xurmanın faydaları və zərərləri

Xurma, tünd rəngi olan və ağacda yetişən meyvədir. Daha çox isti və quru iqlim olan sahələrdə yetişir. İnsan sağlamlığı üçün çox faydalıdır. Yüksək qida dəyəri, normal doğuşu asanlaşdırması və antioksidant təsiri olaraq bilinir

Zəncəfilin faydaları və zərərləri

Zəncəfil, qış aylarında daha çox istifadə edilən, şəfa deposudur. Bir çox vitamin və minerallarla zəngindir. Soyuqdəymə, ishal, mədə bulantısı kimi həzm sistemi problemləri zamanı faydalıdır. İmmunitet sistemini gücləndirir

Xiyarın faydaları

Xiyar, insan orqanizmi üçün əhəmiyyətli tərəvəzlərdən biridir. Xiyarın tərkibində insan vücudu üçün vacib olan 95% su mövcuddur. xəbər verir ki, xiyarı davamlı yemək böyrək daşlarının yaranmasının qarşısını da alır. Xiya

Nar çiçəyinin faydaları

Nar çiçəyi nədir?. Nar çiçəyi, Çin tibbində əhəmiyyətli yeri olan, faydaları ilə diqqət çəkən bitki növüdür. xəbər verir ki, nar meyvəsi yaranarkən öncə çiəkləri açar. Nar çiçəkləri gözəl görüntüyə sahib olduqları kimi qid

Çuğundurun faydaları və zərərləri

Çoxlu şəfası mövcud olan çuğundur, həftədə ən az bir dəfə istifadə edildiyi zaman daxili orqanların qocalmasını dayandırır, hüceyrə zərərinin qarşısını alır və immuniteti gücləndirir. məlumat verir ki, mütəxəssislər, qırmız

Bəhməzin faydaları

Bəhməzin insan vücuduna bir çox faydası mövcuddur. xəbər verir ki, qatqı maddəsi olmayan bəhməzlər istifadə edildiyi zaman boğazda yanma yarada bilər. Mütəmadi istifadə edildiyi zaman piylənmə, qadın xəstəlikləri, qansızlıq

Narın faydaları və zərərləri

Nar, ləzzəti və görüntüsü ilə bir çox qida və salatlarda istifadə edilir. Sağlamlıq cəhətdən isə olduqca faydalıdır. Güclü antioksidantdır və bir çox xəstəliyə qarşı qoruyucu xüsusiyyəti mövcuddur. xəbər verir ki, tərkibind


masaj yuxuda cinsi xestelikler babasil mualicesi tecili tibbi yardim qarin agrisi
masaj
is elanlari