Ölkədə bu xəstəliklə bağlı monitorinqlərə başlanıldı

Ölkədə bu xəstəliklə bağlı monitorinqlərə başlanıldıRespublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən növbəti epizootoloji monitorinqlərə başlanıb.
Bu barədə Axar.az-a AQTA-dan məlumat verilib.
Monitorinqlərin keçirilməsi üçün Agentliyin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşlarından ibarət İşçi Qrupu yaradılıb.
Monitorinqlər zamanı Şabran və Xızı rayonlarındakı Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, əraziylə yanaşı çöl quşlarına ümumi baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə çöl quşları ovlanıb.
Eyni zamanda həmin müddətdə Bakı şəhərində, Quba, Xaçmaz, Cəlilabad, Biləsuvar, Beyləqan, Sabirabad və Abşeron rayonlarında fəaliyyət göstərən sənaye əsaslı iri və kiçik quşçuluq müəssisələrindəki, o cümlədən Bakı şəhərinin, Abşeron, Şabran, Xızı, Ağcabədi, Salyan və Lənkəran rayonlarının ailə təsərrüfatlarındakı ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürülüb, habelə ölkə üzrə təsərrüfatlara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilib və epizootoloji məlumatlar toplanaraq təhlil edilib.
12-16 dekabr tarixlərini əhatə edən monitorinqlər zamanı təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə müşahidələrin aparılması, xəstə və ya tələf olmuş heyvanlara rast gəlindikdə isə diaqnostik nümunələrin götürülməsi də nəzərdə tutulub.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 12 iyun 2023

Oxşar xəbərlər

Çuğundurun faydaları və zərərləri

Çoxlu şəfası mövcud olan çuğundur, həftədə ən az bir dəfə istifadə edildiyi zaman daxili orqanların qocalmasını dayandırır, hüceyrə zərərinin qarşısını alır və immuniteti gücləndirir. məlumat verir ki, mütəxəssislər, qırmız

Qarazirə yağının faydaları

Qara zirə yağının faydaları saymaqla bitməz. Qara zirə (Çörəkotu) daha çox çörək və digər xəmir məhsullarını bəzəmək üçün istifadə edilən toxum olsa da Qarazire yagi sağlamlıq üçün çox faydalıdı. Çörəkotunun mətbəxlərdə istifad

Soğan suyunun faydaları və zərərləri

Soğan mətbəxlərdən əksik olmayan, hər yeməkdə istifadə olunan tərəvəzdir. Təbii antibiotik olan soğanın suyu da insan sağlamlığı üçün əvəzsizdir. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Bəs soğan suyunun faydalar

Zəncəfilin faydaları və zərərləri

Zəncəfil, qış aylarında daha çox istifadə edilən, şəfa deposudur. Bir çox vitamin və minerallarla zəngindir. Soyuqdəymə, ishal, mədə bulantısı kimi həzm sistemi problemləri zamanı faydalıdır. İmmunitet sistemini gücləndirir

Darçının bilmədiyiniz faydaları və zərərləri

Bir çox ədviyyatlar kimi darçının da insan sağlamlığı üçün faydaları bitib tükənməzdir. Cinnamomum adı verilən ağacların iç qabıqlarından əldə edilir. Gözəl qoxusunu və dadını verən isə yağıdır. Bu yağda sinnameldehit adlandırıla

Daha şəfalı ancaq bahalı qida... "Pekan qozu"nun adi qozdan fərqi nədir?

Təbiətin möcüzələrini saymaqla bitməz. Onlardan biri şəfalı xüsusiyyətlərə sahib olan ağacda yetişən pekan(Yapon) qozudur. Dünyada "Pekan" olaraq bilinən bu bitki növünün veteni Amerikadır. Sərt qabıqlı meyvə ola

Qarağatın faydaları

Qarağat bitkisi vitaminlərlə zəngindir. İnsan sağlamlığı üçün olduqca faydalıdır. xəbər verir ki, tərkibi A, K,B5, B6, B1, B2, PP, H, C vitaminləri ilə zəngindir. Bundan əlavə tərkibində təbii turşular, pektin maddəsi, efi

Nar çiçəyinin faydaları

Nar çiçəyi nədir?. Nar çiçəyi, Çin tibbində əhəmiyyətli yeri olan, faydaları ilə diqqət çəkən bitki növüdür. xəbər verir ki, nar meyvəsi yaranarkən öncə çiəkləri açar. Nar çiçəkləri gözəl görüntüyə sahib olduqları kimi qid

Qaraciyərə faydalı qidalar

Qaraciyər, vücudun ən böyük orqanı olması ilə yanaşı özünü yeniləyə bilən tək orqan olması ilə həyati əhəmiyyət kəsb edir. Qarın boşluğunun sağ üstündə yer alır. xəbər verir ki, qaraciyərin funksiyasını normal yeriyə yetirməs


masaj yuxuda bogaz agrisi tecili tibbi yardim goz hekimi hamilelik testi
masaj
is elanlari