İspanağın faydaları və zərərləri

İspanağın faydaları və zərərləriİspanaq, soyuq aylarda istifadə edilən tərəvəzlərdən biridir. İnsan sağlamlığına və vücuda olan faydaları ilə önə çıxaraq bir çox fərqli formada istifadə edilə bilər. Tərkibində yer alan bol miqdarda vitamin və mineral xüsusiyyətləri ilə mütəmadi olaraq istifadə edilməsi lazım olan tərəvəzdir. Güclü antioksidant xüsusiyyəti ilə xəstəliklərə qarşı qoruyur.
İspanaq çiy və bişmiş halda yeyilir.

Bəs faydaları nələrdir?

Makro və mikro qida tərkibi baxımından zəngindir. Vücudun gündəlik ehtiyacı olduğu vitamin və mineralı qarşılayır.

A vitamin xüsusiyyəti ilə göz sağlamlığını qoruyur, katarakta və gecə korluğu kimi pozuntuların inkişaf etmə ehtimalını azaldır.

Beta-karoten xüsusiyyəi ilə ağciyər sağlamlığını qoruyur, astma və bənzəri tənəffüs xəstəliklərinin səbəb olduğu problemlərin yüngülləşməsində effektlidir.

Potasium baxımından güclü tərkibə malik olan ispanaq təzyiq xəstəliyinin səbəb ola biləcəyi problemlərin yüngülləşməsinə təsir göstərir.

Saç, dırnaq, dəri sağlamlığını yaxşılaşdırır, dərinin gənc qalmasına kömək edir.

K vitamin ehtiyacını qarşılayaraq, sümük və oynaq xəstəliklərinə qarşı qoruyur.

Tərkibində lif mövcuddur. Bununla həzm prosesi düzgün tənzimlənir və ortaya çıxa biləcək qəbizlik və ya həzmsizlik kimi problemlərin qarşısını alır.

Tərkibi ilə xərçəng xəstəliyinin qarşısını alır.

Arıqlamaq istəyənlər ispanaqdan rahatlıqla istifadə edə bilərlər. Tox tutma xüsusiyyəti vardır.

Hamiləlik zamanında uşağın inkişafı üçün faydalıdır.

Ürək-damar xəstəliklərinə qarşı qoruyur.

C vitamini sayəsində vücuddakı yaraları daha tez sağaldır.
İspanağın faydaları və zərərləriİspanaq suyunun faydaları

Bişmiş ispanağın bəzi xüsusiyyətləri istiliklə əlaqədar olaraq azala biləcəyi üçün maye formasında istifadəsi daha faydalı ola bilər. Qida dəyərinin itməməsi və bütün faydalarından yararlanmaq üçün suyu içilə bilər. Arıqlamaq istəyənlər də detoks içkisi kimi istifadə edə bilərlər.

İspanağın zərərləri

Bir çox vitamin və minerallarla zəngindir. Mütəmadi və diqqətli istifadə zamanı vücudun dostudur. Hər qidada olduğu kimi həddindən çox istifadəsi doğru hesab edilmir. Çox yemək böyrək daşlarına səbəb ola biləcək kalsium okslat yaranmasına yol aça bilər. Həddindən çox istifadə edildiyi zaman oksalik asit kalsium ilə birləşir və bağırsaqlarda həll olunmayan duzlar yaradır. Bu duzlar vücud tərəfindən kalsium sovrulmasını sürətləndirir.

Necə istifadə etmək doğru hesab edilir?
İspanağın faydaları və zərərləriİlk olaraq yarpaqları bol su ilə yuyulur və bir müddət sirkəli suda saxlanılmalıdır. Çiy və ya bişmiş olaraq mütəmadi istifadə edilməlidir ki, faydaları vücuda daxil ola bilsin.

İspanağı kimlər yeməməlidir?

Tərkibində K vitamin mövcuddur. Bu səbəbdən qanı duruldur. Bu səbəbdən qan duruldan dərmanlardan istifadə edənlər, ürək-damar xəstəliyi olanlar həkim tövsiyəsindən sonra müəyyən miqdarda istifadə edə bilərlər.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 01 sentyabr 2023

Oxşar xəbərlər

Narın faydaları və zərərləri

Nar, ləzzəti və görüntüsü ilə bir çox qida və salatlarda istifadə edilir. Sağlamlıq cəhətdən isə olduqca faydalıdır. Güclü antioksidantdır və bir çox xəstəliyə qarşı qoruyucu xüsusiyyəti mövcuddur. xəbər verir ki, tərkibind

Şalfeyin faydaları

Adaçayı nədir?. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, adaçayı, digər adı ilə sürvə dünya mətbəxlərində çox istifadə edilən aromaya sahib bitki növüdür. Bəzi insanlar rus dilindən götürülm

Tut qurusunun faydaları və zərərləri

Həm çiy halda, həm də qurudulmuş olaraq istifadə edilə bilən tut, qan dövranını sürətləndirir, immunitet sistemini gücləndirməyə, ürək xəstəlikləri və iltihabın qarşısını almağa kömək olur. Əksər zaman qurudulub atışdırmalı

Qatığın faydaları və zərərləri

Qatıq, vitamin və minerallarla zəngin tərkibi və ləzzəti ilə sevilən qidadır. Protein tərkibli yüksək qidadır. Əlavə qidaya başlayan körpələrə də verilir. Zəngin kalsium tərkibi olan qatığın içərisində potassium, kalsium

Qarağatın faydaları

Qarağat bitkisi vitaminlərlə zəngindir. İnsan sağlamlığı üçün olduqca faydalıdır. xəbər verir ki, tərkibi A, K,B5, B6, B1, B2, PP, H, C vitaminləri ilə zəngindir. Bundan əlavə tərkibində təbii turşular, pektin maddəsi, efi

Çuğundurun faydaları və zərərləri

Çoxlu şəfası mövcud olan çuğundur, həftədə ən az bir dəfə istifadə edildiyi zaman daxili orqanların qocalmasını dayandırır, hüceyrə zərərinin qarşısını alır və immuniteti gücləndirir. məlumat verir ki, mütəxəssislər, qırmız

Badamın faydaları

Tərkibi bir çox vitaminlərlə zəngin olan badamın faydaları tükənməzdir. xəbər verir ki, ləzzəti ilə bir çox insan tərəfindən bəyənilərək yeyilir və həmçinin hazırlanan şirniyyatlarda istifadə edilir.Gündə 25 ədəd çiy olara

Zəncəfilin faydaları və zərərləri

Zəncəfil, qış aylarında daha çox istifadə edilən, şəfa deposudur. Bir çox vitamin və minerallarla zəngindir. Soyuqdəymə, ishal, mədə bulantısı kimi həzm sistemi problemləri zamanı faydalıdır. İmmunitet sistemini gücləndirir

Kətan toxumunun faydaları və zərərləri

Kətan toxumu, faydaları səbəbiylə qidalanmada əsas yer tutur. Kətan toxumu dedikdə ilk ağıla omega 3 qaynağı gəlir. Görüntüsü ilə küncütə bənzəyir. Həzmi rahat olan qidanın faydaları çoxdur. Kətan toxumu, yağ, lif və antioksidan


masaj yuxuda boyrek agrisi bogaz agrisi sekis qarin agrisi
masaj
is elanlari