İnfarkt nədir?

İnfarkt nədir?Sinədə anidən yaranan ağrı və sıxışma hissi infarkt əlamətləri arasında ən əsas simptom olaraq bilinir. Diabet, mənfi qidalanma vərdişləri, hərəkətsizlik, həddindən artıq çəki kimi keyfiyyətsiz həyat tərzi bədbəxt hadisə üçün zəmin yaradır. Düzgün yaşayış tərzi, doğru qidalanma kimi tədbirlər infarkt, ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir. Aparılan araşdırmalara görə, dünyada ən çox rastlanılan ölüm səbəbləri infarkt və insultdur.

Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz.

Doktorinfo.az məlumat verir ki, infarkt zamanı erken müdaxilə böyük əhəmiyyət kəsb edir. Həm həyatı riski azaltmaq üçün həm də ürək əzələsinin zərərsiz xilas ola bilməsi üçün ilkin əlamətlər hiss edilən zaman təcili yardıma müraciət etmək lazımdır.

İnfarktın əsas əlamətləri arasında ürək ağrısı olaraq bilinən sine ağrısı və sancılardır. Sinədə hiss edilən bu ağrılardan biri də sinəyə edilən təzyiq hissi kimidir. Həmçinin sinə ağrısı sol qola, çiyinə, boyuna, qarına, belə təsir edə bilir. Adətən bu ağrılar 10-13 dəqiqə qədər davam edir. İnfarktın digər səbəbləri isə bu formadadır:

Sinədə ağrı – Döş qəfəsinin ortasında hiss edilən ağrı yarana bilər. Bu bir neçə dəqiqə çəkir. Həmçinin həzmsizlik, sinədə ağrı kimi mədə qaynaqlı şikayətlər gündəmə gələ bilər. Əksər zaman infarkt əlamətləri ilə mədə xəstəliyi olan reflüks əlamətləri bir-birlərinə bənzədiklərindən qarışdırıla bilər.
İnfarkt nədir?Üst gövdədə yaranan ağrı – Qollarda, çiyinlərdə, mədənin üst qismində, boyunda, çənədə meydana gələn ağrılar infarkt səbəbli yarana bilər. Qadınlarda infarkt sırasında qarın nahiyəsində və sinənin alt qismində ağrı görülə bilər. Bu səbəbdən diqqətli olunmalıdır və hər ağrı nəzarət altına götürülməlidir. Kişilərdə isə tez-tez belin üst qismində yaranan bir ağrı meydana gəlir.

Nəfəs darlığı – Nefes darlığının yaranması infarktın əlaməti ola bilər. Ağrı əsnasında ya da öncəsində yarana bilər.

Tərləmə - Əgər şəxs hansısa fiziki hərəkət etmirsə və bunun qarşılığında normaldan çox tərləyirsə, bu vəziyyət ürək problemlərindən xəbər verə bilər. Bu tərləmələr soyuq tərləmə formasında özünü biruzə verə bilir.

Halsızlıq – Şəxsin infarkt anında nəfəs darlığına halsizliq, yorğunluq da müşayiət edir.

Döyüntü – Ürəkdə ağrının yaranmasıyla yanaşı döyüntü də infarkt anında tez-tez qarşılaşılan əlamətdir.

İnfarktin sebebleri nelerdir?

Ürəyə qan axışını təmin edən damarlarda yağ formunda plakların yaranması infarktın sebeblerinin ən çox qarşılaşılanıdır. Bununla bərabər damarda tıxanma və yırtılma da infarkta işarət edə bilər.

Siqaretdən istifadə ən böyük faktorlardan biridir. Belə insanlarda görülmə ehtimalı digərlərinə görə üç qat yüksəkdir.
İnfarkt nədir?Qandakı mənfi xolesterin miqdarının yüksəkliyi infarkt riskini artırır. Tərkibində xolesterin miqdarı yüksək olan heyvani qidalar, bəzi dəniz məhsullarından istifadə edərkən diqqətli olmaqda fayda vardır.

Şəkər xəstəliyi də infarkt yaranmasına zəmin yaradan faktordur. Diabet xəstələrində damar divarındakı elastiklik pozulur.

Piylənmə də qan damarlarının mexanizminə zərər verən amildir. Erkən qocalma, damar sərtləşməsinə səbəb olaraq infarkt riskini artırır.

İnfarktın müalicəsi nədir?

Erkən diaqnoz bu zaman çox böyük əhəmiyyət kəsb edir. İlkin tədbirlər də çox vacibdir. Arteriyanın uzunmüddətli spazmasının infarkta səbəb olmaq ehtimalı vardır.

Tromboz damarlarların trombla tıxanması mümkündür. Bu zaman ilk olaraq damar tıxanıqlığını aradan qaldırmaq məqsədilə müxtəlif təcili müalicə üsulları tətbiq edilir: perkütan koroner girişim və damarları açan dərmanlar. Çünki arteriyanın 20-30 dəqiqə qan vurmaması infarkt üçün kifayət edir.
İnfarkt nədir?Miokard infarkt anında nələr edilə bilər?

Bu ciddi vəziyyətdir və dərhal tibbi yardım göstərilməlidir. Əgər bu halla qarşılaşma varsa aşağıdakı addımlar izlənilməlidir.

Təcili tibbi yardıma zəng edin – Xəstəni təcili surətdə xəstəxanaya çatdırmağa çalışın.

Xəstə rahatlandırılmalıdır – Sakitləşdirin və yatızdırın. Hərəkətlərini məhdudlaşdırın və ürək əzələsinə zərər verən hansısa fəaliyyətdən qaçının.

Nitroqliserinin istifadəsi – Əgər şəxs daha öncədən ürek xesteliyi səbəbiylə nitroqliserin istifadə edirsə, həkimin tövsiyə etdiyi formada dərman istifadəsinə icazə verin.

Aspirinin istifadəsi – Əgər şəxs daha öncədən aspirin istifadə etmirsə, təcili yardım gələnə qədər bir aspirin tabletini çeynəyərək udmasına kömək edin. Aspirin, bu ərəfədə infarkt riskini azaldır.

Ürək massajı – Əgər şəxs nəfəs ala bilmirsə, ürək massajı edərək həyat xilas edə bilərsiniz. Ancaq, ürək massajı etmədən öncə bu istiqamətdə təhsil almalısınız.
İlkin müdaxilə həyat xilas edə bilər.

İlkin əlamətlər zamanı həkimə müraicət edilməli və zamanında müdaxilə həyat xilas edə bilər.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 05 iyul 2024

Oxşar xəbərlər

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may

Hansı yataq daha təhlükəlidir?

İnsan sağlamlığında qidalanma ilə yanaşı həyat tərzi də vacibdir. Məsələn, yaşadığınız məkan, şərait, yatdığınız yer belə. xəbər verir ki, aparılan araşdırmalara görə, matraslar yun döşəklərlə müqayisədə daha təhlükəlidir

Qol ağrısının səbəbləri və müalicəsi

Qol ağrısı bir çox səbəblərlə meydana çıxan narahatçılıqdır. Bir anda başlayaraq zamanla keçə bilən və ya eyni zamanda davam edə bilən vəziyyətdir. xəbər verir ki, yazı yazma, alətlərlə məşğul olmaq, ağır əşya qaldırma v

Skafoid sınığı nədir?

Skafoid sınığı, əl biləyinin ön qismində yer alan, əl biləyinin hərəkət qabiliyyəti və genişlikdə rolu olan skafoid sümüyünün qırılmasıdır. xəbər verir ki, baş barmaqda ciddi ağrıya səbəb ola bilər. Adətən əlin üzərinə düşülməs

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Uşaqlarda öskürək zamanı nə etməli?

Uşaqlarda öskürək ancaq qışda deyil, yaz-yay aylarında da tez-tez rast gəlinir. Əksər zaman üst tənəffüs yolları infeksiyasından qaynaqlansa da altında bir çox səbəb də yata bilər. Uşaqlar nə üçün öskürür?. Öskürək adətə

Hepatit B peyvəndi

Hepatit B peyvendi nedir?. Hepatit B peyvəndi, hepatit B virusuna qarşı yoluxma olma riskini azaldan və xəstəliyə qarşı antikor istehsal edərək qoruyuculuğu təmin edən güclü peyvənddir. xəbər verir ki, körpələrdə doğuşda

Ağızdan pis qoxunun gəlməsi

Bir çox insan səhərlər ağzından gələn pis qoxulardan narazıdır. Ağızdan gələn qoxunun bir çox səbəbi ola bilər. xəbər verir ki, səhərlər ağızdan pis qoxu ilə yanaşı acılıq da hiss etmək mümkündür. Bunun əsas səbəblərdən bir

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar


masaj yuxuda mede agrisi boyrek agrisi sekis cinsi xestelikler
masaj
is elanlari