Hansı şokoladı yemək faydalıdır?

Hansı şokoladı yemək faydalıdır?Tərkibində mövcud olan güclü antioksidant xüsusiyyəti ilə vücuddakı toksinlərin atılmasına dəstək olan tünd şokoladın insan sağlamlığına faydaları çoxdur. Bunların arasında beyin funksiyalarının yaxşılaşdırılması, ürək sağlamlığının dəstəklənməsi, stresi azaltmaq kimi bir çox faydalar mövcuddur.

Bir neçə növü var: südlü, ağ, tünd şokolad və s. Bunları fərqləndirən tərkiblərindəki kakaonun miqdarıdır. Bəyaz şokoladda sadəcə şəkər və kakao yağı mövcuddur. Südlüdə isə süd ya da süd tozu, kakao yağı, kakao, şəkər mövcuddur. Tünd şokoladda isə sadəcə kakao yağı, kakao, şəkər mövcuddur. Şokolad üzərində bir neçə araşdırmalar aparılıb. Buna əsasən həddində istifadə edilən, kakao miqdarı normal olan şokoladın faydalarının çox olduğu bildirilib.

Bəs tünd şokoladın faydaları nələrdir?
Hansı şokoladı yemək faydalıdır?Güclü antioksidantdır – Tünd şokoladın kakao miqdarı nə qədər çoxdursa, həm faydası həm də antioksidant xüsusiyyəti bir o qədər yüksəkdir deməkdir. Yüksək xolesterini aşağı salır, vücuddakı toksinlərin atılmasını təmin edir.

Ürək sağlamlığını qoruyur – Yüksək təzyiqi aşağı salır. Tərkibində yer alan flavanoller sayəsində vücuddakı nitrik oksit istehsalını artırır. Nitrik oksit, qan damarlarının genişlənməsi, qan dövranının sürətlənməsi və qan təzyiqinin düşməsi üçün faydalıdır.

Beyin funksiyalarını yaxşılaşdırır – Beyinə gedən qan axışını sürətləndirir. Yaddaşı gücləndirir. Diqqət əksikliyini aradan qaldırır.

Stresi azaldır – Xoşbəxtlik hormonunun istehsalını dəstəkləyir. Psixoloji sıxıntılar üçün faydalıdır. Endorfin hormonu, dopamin, serotonin və oksitosin maddəsi insanların xoşbəxt olmasını və özünü yaxşı hiss etməsini təmin edir.

Qan təzyiqini nizamlayır – Yüksək təzyiqi aşağı salır. Qan damarlarını genişləndirir. Bu səbəbdən yarana biləcək xəstəliklərin yaranma riskini aşağı salır.
Hansı şokoladı yemək faydalıdır?Piylənmə riskini aşağı salır – Həzm sisteminin düzgün fəaliyyətini təmin edir. Normal çəkidə qalmağa kömək edir. Piylənmə riskini aşağı salır.

Bağırsaq sağlamlığını qoruyur – Bağırsaqlarda yararlı olaraq bilinən Lactobacillus və Bifidobacterium kimi bakteriyaların sayılarının artmasına dəstək olur. Həmçinin kakaonun tərkibindəki xüsusiyyətləri sayəsində bağırsaq şişləri kimi ciddi xəstəliklərin yaranma riskini aşağı salır.

Dərinin canlı qalmasını təmin edir – Tərkibində yer alan polifenoller dəridəki canlılığı artırır. Qan dövranını sürətləndirir və canlı qalmasını təmin edir.

Bəs zərərləri nələrdir?

Faydalı olsa da həddindən çox istifadəsi tövsiyə edilmir. Çox istifadə edilərsə piylənmə, diabet, yüksək təzyiq, yüksək xolesterin, ürək-damar xəstəlikləri kimi problemlər ortaya çıxa bilər. Bununla yanaşı allergik təsir göstərə bilər. Hansısa allergiya əlaməti görülərsə dərhal yeyilməsi dayandırılmalıdır.
Hansı şokoladı yemək faydalıdır?Tərkibində hansı vitaminlər mövcuddur?

B qrupu vitaminlər

E vitamini

Kalsium

Maqnezium

Potasium

Kükürd

Tünd şokolad gündəlik nə qədər yeyilməlidir?

Gün ərzində ən çox 20-30 qram arasında və ən az tərkibində 60% kakao olan şokolad yeyilməlidir.


DOKTORINFO.AZ
Sağlam Qida       Tarix: 05 sentyabr 2023

Oxşar xəbərlər

Çuğundurun faydaları və zərərləri

Çoxlu şəfası mövcud olan çuğundur, həftədə ən az bir dəfə istifadə edildiyi zaman daxili orqanların qocalmasını dayandırır, hüceyrə zərərinin qarşısını alır və immuniteti gücləndirir. məlumat verir ki, mütəxəssislər, qırmız

Qarazirə yağının faydaları

Qara zirə yağının faydaları saymaqla bitməz. Qara zirə (Çörəkotu) daha çox çörək və digər xəmir məhsullarını bəzəmək üçün istifadə edilən toxum olsa da Qarazire yagi sağlamlıq üçün çox faydalıdı. Çörəkotunun mətbəxlərdə istifad

Soğan suyunun faydaları və zərərləri

Soğan mətbəxlərdən əksik olmayan, hər yeməkdə istifadə olunan tərəvəzdir. Təbii antibiotik olan soğanın suyu da insan sağlamlığı üçün əvəzsizdir. Ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Bəs soğan suyunun faydalar

Zəncəfilin faydaları və zərərləri

Zəncəfil, qış aylarında daha çox istifadə edilən, şəfa deposudur. Bir çox vitamin və minerallarla zəngindir. Soyuqdəymə, ishal, mədə bulantısı kimi həzm sistemi problemləri zamanı faydalıdır. İmmunitet sistemini gücləndirir

Darçının bilmədiyiniz faydaları və zərərləri

Bir çox ədviyyatlar kimi darçının da insan sağlamlığı üçün faydaları bitib tükənməzdir. Cinnamomum adı verilən ağacların iç qabıqlarından əldə edilir. Gözəl qoxusunu və dadını verən isə yağıdır. Bu yağda sinnameldehit adlandırıla

Daha şəfalı ancaq bahalı qida... "Pekan qozu"nun adi qozdan fərqi nədir?

Təbiətin möcüzələrini saymaqla bitməz. Onlardan biri şəfalı xüsusiyyətlərə sahib olan ağacda yetişən pekan(Yapon) qozudur. Dünyada "Pekan" olaraq bilinən bu bitki növünün veteni Amerikadır. Sərt qabıqlı meyvə ola

Qarağatın faydaları

Qarağat bitkisi vitaminlərlə zəngindir. İnsan sağlamlığı üçün olduqca faydalıdır. xəbər verir ki, tərkibi A, K,B5, B6, B1, B2, PP, H, C vitaminləri ilə zəngindir. Bundan əlavə tərkibində təbii turşular, pektin maddəsi, efi

Nar çiçəyinin faydaları

Nar çiçəyi nədir?. Nar çiçəyi, Çin tibbində əhəmiyyətli yeri olan, faydaları ilə diqqət çəkən bitki növüdür. xəbər verir ki, nar meyvəsi yaranarkən öncə çiəkləri açar. Nar çiçəkləri gözəl görüntüyə sahib olduqları kimi qid

Qaraciyərə faydalı qidalar

Qaraciyər, vücudun ən böyük orqanı olması ilə yanaşı özünü yeniləyə bilən tək orqan olması ilə həyati əhəmiyyət kəsb edir. Qarın boşluğunun sağ üstündə yer alır. xəbər verir ki, qaraciyərin funksiyasını normal yeriyə yetirməs


masaj yuxuda bogaz agrisi tecili tibbi yardim goz hekimi hamilelik testi
masaj
is elanlari